• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 27-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası» rəsm qalereyasında uşaq yaradıcılıq mərkəzləri dərnək üzvlərinin əl işlərindən ibarət respublika müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

İlk öncə mərasim iştirakçıları uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Uşaqların yaradıcılıq təxəyyülünün məhsulu olan bir-birindən gözəl əl işləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbiri Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov giriş sözü ilə açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb. A.İbrahimov bildirib ki, müsabiqə 3 nominasiya – dekorativ tətbiqi sənət, dizayn, floristika-nəbatat aləmi üzrə 20 növdə keçirilib. Müsabiqənin 2 mərhələdə (rayon (şəhər), respublika) təşkil olunduğunu söyləyən A.İbrahimov rayon (şəhər) mərhələsində 3 mindən çox məktəblinin iştirak etdiyini nəzərə çatdırıb. Şöbə müdiri deyib ki, müsabiqənin Respublika mərhələsinə 500-ə yaxın əl işi təqdim edilib və münsiflər heyətinin qərarına əsasən onlardan 60-ı qalib elan olunub. O, təqdim olunan əl işlərinin yüksək səviyyədə hazırlandığını vurğulayaraq qalibləri təbrik edib.
Təhsil nazirinin müavini Qulu Novruzov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bu müsabiqənin keçirilməsində əsas məqsədin istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması olduğunu deyən Q.Novruzov belə tədbirlərin, eyni zamanda ölkəmizdə istedadlı və bacarıqlı uşaqların aşkarlanmasına imkan yaratdığını söyləyib. Nazir müavini müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirərək qaliblərə müvəffəqiyyətlər arzulayıb, iştirakçıları qarşıdan gələn 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkilləri Qənirə Paşayeva, Sədaqət Vəliyeva, gənclər və idman nazirinin müavini İntiqam Babayev başa vurduğumuz 2012-ci ilin ölkəmiz üçün yaddaqalan hadisələrlə zəngin olduğunu deyərək, bugünkü sərgidə nümayiş olunan əl işlərindən yüksək zövq aldıqlarını söyləyiblər. Çıxış edənlər müsabiqənin Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı uşaqların bir araya gəlməsində, onların tanınmasında mühüm rol oynadığını xüsusi vurğulayıb və məktəblilərə ən xoş arzularını çatdırıblar.
Mərasimin sonunda qaliblərə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.


10 il əvvəl