SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 28-də Xalq Təhsili Muzeyinin yaranmasının 80 illik yubileyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi keçirilib.
Tədbir iştirakçılarını salamlayan Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova bildirib ki, 1932-ci ildən fəaliyyət göstərən muzeyin əsas məqsədi Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirməkdən, təhsilin bütün pillələrində qazanılmış uğurların təbliğ olunmasından ibarətdir. Muzeyin ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini əks etdirən zəngin materialların olduğunu nəzərə çatdıran direktor bütün bunların təhsil tarixinin öyrənilməsi və təbliği sahəsindəki müstəsna əhəmiyyətindən söhbət açıb.
Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa uyğun ekspozisiyasının altı salonda yerləşdirildiyini söyləyən L.Bayramova kollektivinin səyi nəticəsində xalq maarifinin inkişafına dair bir çox zəngin materialların da muzey fonduna daxil edildiyini bildirib. Direktor onu da qeyd edib ki, toplanmış hər bir sənəd, material və eksponatlardan pedaqoji fikir tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil və mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kinematoqrafiya işçiləri, eləcə də digər mütəxəssislərin istifadəsi üçün hərtərəfli şərait yaradılır. L.Bayramova Xalq Təhsili Muzeyinin 80 illik yubileyi ərəfəsində muzey əməkdaşlarından 2 nəfərin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 12 nəfərin isə Fəxri fərmanla təltif edilməsini muzey işçilərinə göstərilən diqqət və qayğının parlaq təcəssümü kimi səciyyələndirib.
Təhsil nazirinin müavini Qulu Novruzov muzeyin kollektivini təbrik edərək Xalq Təhsili Muzeyinin zəngin təhsil tariximizi yaşadan bir qurum olduğunu vurğulayıb. Muzey işinin olduqca əhəmiyyətli və müqəddəs xarakter daşıdığını nəzərə çatdıran nazir müavini tarixi ənənələrin gələcək nəsillərə çatdırılması baxımından Xalq Təhsili Muzeyinin fəaliyyətinin əhəmiyyətinə toxunub.
Müstəqillik illərində Azərbaycanın həyatında müşahidə edilən hərtərəfli inkişaf tendensiyasının təhsil sahəsində də özünü qabarıq şəkildə büruzə verdiyini önə çəkən Q.Novruzov bütün bunların Xalq Təhsili Muzeyinin fəaliyyətinin müasir tələblər baxımından qurmağa kömək etdiyini bildirib. Son illərdə Azərbaycanın zəngin təhsil tarixinin araşdırılaraq xalqa çatdırılması istiqamətində görülmüş əhəmiyyətli işlərdən bəhs edən nazir müavini təhsilin tarixi inkişaf yolunun öyrənilməsinin perspektivlərin müəyyənləşdirilməsi baxımından zəruri olduğunu nəzərə çatdırıb.
Çıxış edən tanınmış alimlər, görkəmli pedaqoqlar və ziyalılar Xalq Təhsili Muzeyinin yaranmasının 80 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və kollektivə gələcək işlərində uğurlar arzulayıblar.
Daha sonra Xalq Təhsili Muzeyinin yaranmasının 80 illik yubileyi münasibətilə təşkil olunmuş sərgiyə baxış keçirilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl