• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 27-də Təhsil Nazirliyində "Ümumi təhsildə kurikulum islahatı və onun idarəolunması" mövzusunda təlim kurslarının təşkili vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq öncə zala toplaşanları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 2008-ci ildən başlayaraq müəllimlər üçün kurikulumlar üzrə təlimlərin keçirildiyini diqqətə çatdıran nazir son 5 ildə bu istiqamətdə müəyyən işlərin görüldüyünü, ötən müddət ərzində 73000 müəllimin müvafiq kurslardan keçərək zəruri bilik və bacarıqlara yiyələndiyini söyləyib. Misir Mərdanov bildirib ki, VII-XI siniflərin fənn kurikulumları üzrə dərs aparacaq müəllimlər üçün müvafiq təlim kursları növbəti illərdə də davam etdiriləcəkdir.
Təhsil naziri kurikulum islahatının müvəffəqiyyətlə həyata keçirilməsinin və yeni kurikulumların tətbiqinin səmərəli idarə olunmasının müəllimlərlə yanaşı, rəhbər təhsil işçilərinin də müvafiq təlim kurslarından keçməsini zərurətə çevirdiyini deyib, bu məqsədlə 4000 nəfər rəhbər təhsil işçisini əhatə edən "Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması" mövzusunda təlim kurslarına başlandığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, kurslar Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində keçirilmiş tenderdə qalib gələn "Təlim və İnkişaf Mərkəzi" MMC və "Mədəd Azərbaycan" MMC tərəfindən aparılır.
Bu işə çox ciddi yanaşılmasının vacibliyini vurğulayan Misir Mərdanov Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi və Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyası tərəfindən təlim kurslarının monitorinqinin aparıldığını, təlimlər başa çatdıqdan sonra monitorinqin nəticələrinə dair arayışların müzakirəyə təqdim olunacağını bildirib. Monitorinq nəticəsində ümumilikdə təlimlərin yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir eyni zamanda bir sıra problemlərin də aşkarlandığını və bugünkü müşavirənin də məhz onların vaxtında aradan qaldırılması məqsədilə keçirildiyini söyləyib. Təhsil naziri həmin problemlərin bir neçəsini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, təlim keçən təşkilatlar növbəti mərhələlərdə onların həll edilməsinə nail olmalıdırlar.
Müşavirədə Bakıdakı 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova, "Zəngi" liseyinin direktoru Bayram Heydərov, 212 nömrəli tam orta məktəbin direktoru Qurban Həsənov, 167 nömrəli tam orta məktəbin direktoru Vaqif Quliyev, 7 nömrəli tam orta məktəbin direktoru Gülnaz Mehdiyeva, "Mədəd Azərbaycan" MMC-nin təlimçisi Bəhruz Mehdiyev, Kurikulum Mərkəzinin əməkdaşı Könül Mahmudova, akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəhman Nəbiyev, Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin proqram direktoru Elmina Kazımzadə, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova və başqaları çıxış edərək, təlim kursları ilə bağlı fikirlərini bildirib, müvafiq problemlərin aradan qaldırılması ilə istiqamətində təkliflər irəli sürüblər.


10 il əvvəl