• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 12-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin akkreditasiyasının nəticələri müzakirə olunub. 
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının ilk dəfə aparıldığını qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub.
Bakı şəhər 164 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Bəhram Şiriyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. B.Şiriyev 164 nömrəli tam orta məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların ali məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən söz açıb.
Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Nizami Əzizov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. N.Əzizov Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fəaliyyəti, pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.
Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Qurban Həsənov təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib, ümumilikdə akkreditasiyanın nəticələrindən söz açıb.
Lənkəran şəhər 6 nömrəli məktəb-liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Nizami Novruzov tədris ocağında aparılmış araşdırmaya dair məlumat verib. N.Novruzov liseydə təhsilin səmərəli təşkili baxımından yaradılmış şərait, tədris ocağının maddi-texniki bazası, təhsilin məzmunu, məzunların ali məktəblərə qəbul göstəricilərindən bəhs edib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb.
Sonra qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 Təhsil naziri orta ümumi təhsil müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb və Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin  fəaliyyətinin “yaxşı”, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin fəaliyyətinin isə “kafi” qiymətləndirilməsi, qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.


10 il əvvəl