• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 10-da Heydər Əliyev Sarayında Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Bizim uşaq dünyamız" adlı hesabat tədbiri keçirilib.

Tədbirdə  Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Şəhər İcra Hakimiyyəti  başçısının müavini Fidumə  Hüseynova, Nizami Rayon İcra  Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Fəttah Heydərov, Hadi Rəcəbli, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar  müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov və digər şəxslər iştirak ediblər. Öncə mərkəzin fəaliyyəti barədə  film nümayiş olunub. 1800-ə yaxın uşaq, yeniyetmə və gəncin mərkəzdəki 32 adda dərnəkdə öz asudə vaxtlarını səmərəli keçirdikləri, uşaqların dünyagörüşlərinin formalaşdırılması, məlumat dairələrinin genişləndirilməsi, bacarıqlarının üzə çıxarılması məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, mərkəzin 38 illik fəaliyyəti ərzində yeniyetmələr  rayon, şəhər, respublika, hətta beynəlxalq səviyyəli uşaq tədbirlərində böyük uğurlar qazanıblar. Cari tədris ili ərzində  mərkəzin gördüyü işlərdən və qazandığı nailiyyətlərdən bəhs olunub. Sonra səhnədə ayrı-ayrı dərnəklərin üzvləri  məharətlərini göstəriblər. "Şirinlər", "Balaca aşpazlar", "Sehrli otaq" rəqs qrupunun, "Şən sirk", "Çiçəyim" uşaq teatr studiyasının üzvlərinin çıxışları maraqla qarşılanıb. Beynəlxalq festivallarda, bayramlarda, şənliklərdə, müsabiqə və sərgilərdə Azərbaycanı təmsil edən yeniyetmələr milli və dünya xalqlarının rəqslərini məharətlə ifa ediblər. Sonra  dərnəklərin  nailiyyətlərini əks etdirən fotoslaydlar nümayiş etdirildi. Amerika Birləşmiş Ştatlarının  Vaşinqton şəhərində  "Ən çox sevdiyim idman növü" mövzusunda keçirilmiş IV Beynəlxalq Uşaq İncəsənət Festivalında I yeri tutan 12 yaşlı  Nərmin İsmayılzadə və  gənc fototurist dərnəyinin üzvü Şamil Quluzadənin uğurlarından söz açılıb. Tədbirin  sonunda   qonaqlar mərkəzin yaradıcı heyətinə öz təşəkkürlərini və xoş arzularını bildirib, bütün çıxışlardan məmnun qaldıqlarını ifadə ediblər. Təhsil nazirinin müavini Qulu Novruzov yeniyetmələrin cəsarətli, olduqca  maraqlı, orijinal, rəngarəng  çıxışlarını, qazanılmış uğurları yüksək dəyərləndirib. Q.Novruzov Təhsil Nazirliyinin diplomunu Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq  Mərkəzinin direktoru Lalə Qətiyə təqdim edib.

Aprelin 11-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan Respublikası Təhsil və Səhiyyə nazirliklərinin birgə təşəbbüsü ilə “Narkotiklərə yox deyək!” devizi altında kampaniyaya start verilib.

Kampaniya gənclərin narkomaniyanın zərəri barədə məlumatlandırılması və onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədini daşıyır. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev, Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə həyata keçirilir. Öncə iştirakçılar liseyin foyesində təşkil olunmuş “Narkotiklərə yox deyək!” devizi altında cəkilmiş rəsmlərə baxıblar. Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva tədbiri giriş sözü ilə açaraq bu kampaniyanın əhəmiyyətindən bəhs edib. M.Vəliyeva narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin zəruriliyini vurğulayıb, bu baxımdan hər bir vətəndaşın üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Təhsil nazirinin müavini Qulu Novruzov Təhsil və Səhiyyə nazirliklərinin birgə təşəbbüsü ilə ümumi təhsil müəssisələrində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı “Narkotiklərə yox deyək!” devizi altında keçirilən maarifləndirmə kampaniyasına akademik Zərifə Əliyeva adına liseydə start verilməsinin rəmzi məna daşıdığını bildirib. Nazir müavini qeyd edib ki, Zərifə Əliyeva adına lisey şagirdlərə saglam həyat tərzinin aşılanması baxımından həyata keçirilən tədbirlərin zənginliyinə görə ölkəmizdə ən nümunəvi təhsil ocaqlarındandır. Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirən Q.Novruzov mövcud problemlə bağlı həyata keçirilən dövlət proqramı çərçivəsində görülmüş işlərdən söhbət açıb. Narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirlərini ən effektiv vasitələrdən biri kimi səciyyələndirən nazir müavini gənclər arasında narkomanların sayının artmasının, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsinin, narkomaniya ilə əlaqədar cinayətlərin çoxalmasının qarşısının alınması üçün belə tədbirlərin keçirilməsinin vacibliyini nəzərə çatdırıb. Gənclərin pis vərdişlərdən uzaq olması və saglam həyat tərzi keçirmələri üçün məktəbdənkənar müəssisələrə maraq göstərmələrinin müsbət nəticələrinə toxunan Q.Novruzov narkomaniyaya qarşı mübarizədə onların üzərinə böyük məsuliyyət düşdüyünü və Azərbaycan gənclərinin bu vəzifənin öhdəsindən uğurla gələ biləcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev və başqaları narkotiklərin qeyri-qanuni dövriyyəsinin, istifadə miqyasının genişlənməsinin ciddi təhlükələrə zəmin yaratdığını qeyd ediblər. Bildirilib ki, əhalinin sağlamlığına və xalqın genefonduna, sosial-iqtisadi və siyasi stabilliyə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan narkomaniya ilə mübarizədə bütün səylər birləşdirilməli, bu işə ictimai dəstək artırılmalıdır. Sonra iştirakçılar narkomaniyanın törətdiyi fəsadlar və bəşəriyyətə vurduğu ziyanlar haqqında təqdimatları dinləyiblər. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Aprelin 12-də Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseydə nazirlik sistemində fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilmiş “Uşaq və yeniyetmələrin Respublika elmi-texniki yaradıcılıq müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin 2012-ci il tarixli, 6 fevral 165 nömrəli əmri ilə rayon (şəhər) və Respublika mərhələləri olmaqla 7 zona üzrə keçirilib. Texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin Respublika mərhələsinə 209 iş təqdim edilib. Münsiflər heyəti seçimi əsasında 45 nəfəri qalib olaraq müəyyənləşdirilib. Öncə iştirakçılar liseyin qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, qarşısına gül dəstələri qoyublar. Sonra respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov nümayiş olunan aviamodel və kosmik modelləri yüksək qiymətləndirərək son illər texniki yaradıcılıq mərkəzlərinin fəaliyyətinin genişlənməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin sayının artmasının əhəmiyyətinə toxunan nazir müavini xaricdə təhsillə bağlı dövlət proqramının həyata keçirilməsində texniki və mühəndislik sahələrinin proritet təşkil etdiyini nəzərə çatdırıb. Dərnək üzvlərinin hərbi texnika modellərinə üstünlük vermələrini şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinin bariz nümunəsi olduğunu vurğulayan Q.Novruzov bunu ölkəmizin ərazi bütövlüyünün qorunması naminə atılan addımların tərkib hissəsi kimi səciyyələndirib. Müsabiqə qaliblərini təbrik edən Qulu Novruzov fərqlənən şagirdlərin gələcəkdə peşəkar mühəndis kimi yetişəcəyinə ümidvar olduğunu bildirib. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov şagirdlərdə olan hərbi vətənpərvərlik ruhunu yüksək qiymətləndirərək müsabiqənin əhəmiyyətindən bəhs edib. Hərbi texnika modelinin hazırlanmasının yüksək bacarıq tələb etdiyini bildirən N.Orucov qalibləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Sonda müsabiqənin Respublika mərhələsində I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

Aprelin 13-də Bakıdakı “Şəfa” stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov son illər respublikamızda idmana göstərilən dövlət qayğısından bəhs edib. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqəti nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışan Q.Novruzov ali təhsil müəssisələri arasında keçirilən futbol üzrə ölkə çempionatının artıq bir ənənəyə çevrildiyini nəzərə çatdırıb. Gənclərin bu yarışa xüsusi maraq göstərmələrinin sevindirici hal olduğunu vurğulayan nazir müavini çempionatda 19 komandanın iştirak etdiyini və regionlardan olan ali məktəb komandalarının növbəti turlara qatılacağını bildirib. İştirakçı komandalara uğurlar arzulayan Q.Novruzov çempionatın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ali təhsil müəssisələrinin komandalarına uğurlar arzulayaraq ən güclü olanın qalib gələcəyinə inamını ifadə edib. Ölkəmizin bütün sahələr üzrə sürətlə inkişaf etdiyini söyləyən A.Məhərrəmov ən mötəbər beynəlxalq yarışların Azərbaycanda keçirilməsi üçün geniş imkanların  olduğunu nəzərə çatdırıb. AFFA-nın vitse-prezidenti Rauf Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş çempionatın açılış mərasimi münasibətilə iştirakçıları təbrik edib. Bu turnirin artıq dördüncü dəfə keçirildiyini və ildən-ilə təkmilləşdiyini bildirən R.Əliyev Azərbaycanda futbolun inkişafını təqdirəlayiq olduğunu vurğulayıb. Sonra çempionata qatılmış komandaların kapitanları Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağını qaldırıblar. Daha sonra ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının ilk oyunu keçirilib.

Avqustun 20-də Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın iqtisadiyyatı kimi ölkəmizin elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub. Nazir deyib ki, mövcud intellektual potensialın zənginləşdirilməsi zərurəti Azərbaycanın elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları sahəsində bilikləri mənimsəyən və beynəlxalq diplomatik təcrübəyə yiyələnən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 2007-ci ildən etibarən uğurla həyata keçirildiyini söyləyən Misir Mərdanov proqramın əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Dövlət Proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, 2007-ci ildə xaricə 74 tələbə, 2008-ci ildə 120 tələbə göndərilmişdisə, 2009-2010-cu dərs ilində bu göstəricinin 250 nəfərə çatacağı gözlənilir. Növbəti tədris ilində azərbaycanlı tələbələrin Dövlət Proqramı çərçivəsində 20-dən artıq ölkədə təhsil alacağını qeyd edən təhsil naziri Dövlət Proqramına uyğun olaraq xaricə göndərilən tələbələrin ümumi sayının 450-yə çatacağını, ötən 2 il ərzində göndərilən tələbələrdən artıq 8-nin məzun olduğunu, 35 nəfərin isə bu il təhsillərini başa vuracağını söyləyib. Təhsil naziri Misir Mərdanov onu da bildirib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və idarə olunan xaricdə təhsil proqramları ilə 1000-dən çox azərbaycanlı gənc xaricdə təhsil alır və onlardan 832 nəfəri Təhsil Nazirliyinin bir sıra ölkələrlə imzaladığı ikitərəfli müqavilə və sazişlər çərçivsində təhsillərini davam etdirir. Daha sonra çıxış edən xarici işlər nazirinin müavini Hafiz Paşayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, xalq yazıçısı Çingiz Abdullayev, Almaniyada yaşayan tanınmış azərbaycanlı professor Məsud Əfəndiyev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov xaricdə təhsil alan azərbaycanlı gənclərin elmi biliklərə dərindən yiyələnmələrinin vacibliyindən, onlara göstərilən dövlət qayğısının əhəmiyyətindən, hər bir ölkədə Azərbaycanı layiqincə təmsil etmələrinin zəruriliyindən söz açıblar. Qeyd olunub ki, neft kapitalının insan kapitalına çevrilməsi məsələsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunduğu Azərbaycanda gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır. Onlara göstərilən diqqət və qayğıdan, ölkə rəhbəri cənab İlham Əliyevin gənclərin ən ümdə arzularının reallaşmasına xidmət edən siyasətindən razılıqla bəhs edən xaricdə təhsil alan tələbələr yaxşı bir mütəxəssis kimi yetişmək üçün var qüvvələrini sərf edəcəklərini bildirib, gələcəkdə Azərbaycanın sosial-iqtisadi, elmi və mədəni inkişafına layiqli töhfələr verəcəklərinə əminliklərini ifadə ediblər.  

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin mart ayında 1629 müraciət daxil olub.

Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük əksəriyyəti ümumi təhsil məktəblərinə, digər bir qismi ali və orta ixtisas təhsili müəssisələrinə aiddir. “Qaynar xətt” xidmətinə məktəbdənkənar, texniki peşə təhsili müəssisələri, eləcə də xaricdə təhsil məsələləri ilə bağlı müraciətlər də daxil olub. Sorğu xarakterli müraciətlər təhsil sisteminin demək olar ki, bütün sahələrini əhatə edib. Belə ki, hazırda təhsil sistemində həyata keçirilən proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Digər sorğular təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədardır. Təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu ilə əlaqədar müraciətlərin sayı da artıb. Həmçinin, “Qaynar xətt” xidmətinə müəllimlərin dərs yükü normaları və dərslərin bölünməsi, məktəbli formasının tətbiqi, eləcə də digər məsələlər barədə müxtəlif məzmunlu sorğular daxil olub. Bütün sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qeydə alınıb və cavablandırılıb. "Qaynar xətt" xidmətinə 49 şikayət xarakterli müraciət olunub. Bu müraciətlərin təhlili göstərir ki, onların böyük əksəriyyəti ümumi təhsil müəssisələri ilə əlaqədardır. Ötən ay Bakı şəhər ümumi təhsil məktəblərindən 18, Sumqayıtdan 4, Abşeron rayonundan 4, Şəkidən 2, Qusar, Bərdə, Şəmkir, Oğuz, İmişli, Goranboy, Saatlı, Cəbrayıl, Xaçmaz, Cəlilabad, Lerik rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət xarakterli müraciət daxil olub. Ümumi təhsil müəssisələri ilə bağlı şikayətlərin əksəriyyətini müəllimlərin, valideynlərin müraciətləri təşkil edir. Həmin müraciətlərdə tədris prosesinin təşkili, müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi, müəllim-şagird münasibətləri sahəsində yol verilən nöqsanlar öz əksini tapıb, valideynlərə qarşı qanunsuz tələblər və bir sıra hallarda dərslərin keçirilməməsi ilə bağlı narahatlıq ifadə olunub. "Qaynar xətt" xidmətinə texniki peşə təhsili müəssisələrindən daxil olan 2 şikayət əmək haqqı və təqaüdlərin gecikdirilməsi ilə bağlıdır. Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 8 şikayətdə imtahanların nəticələrindən narazılıq, tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər məsələlər əksini tapıb. Onlardan 2-si dövlət, 4-ü özəl ali təhsil, 2-si orta ixtisas təhsili müəssisələrindən qəbul edilib.

Aprelin 17-də akademik Zərifə Əliyeva adına liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin yekun mərhələsi olub.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov iştirak ediblər. Qeyd edək ki, inşa yazı müsabiqəsi Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Ümumi təhsil məktəblərinin VII-XI sinif və ilk peşə ixtisas təhsili müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqə 3 mərhələdə – məktəb, rayon (şəhər) və respublika mərhələsində həyata keçirilir. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprel ayının əvvəlində yekunlaşdırılıb. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin artıq altıncı ildir ki, keçirildiyini qeyd edib. Nazir 114 nəfər şagirdin müsabiqənin respublika mərhələsində iştirak etmək hüququ qazandığını söyləyib. Ölkəmizin bütün bölgələrinin təmsil olunduğu müsabiqə iştirakçılarının minlərlə şagirdin arasından seçildiyini vurğulayan təhsil naziri bildirib ki, müsabiqəyə ulu öndərin anadan olmasının ildönümü ərəfəsində yekun vurulacaq. Misir Mərdanov müsabiqə qaliblərinə mükafatların, müxtəlif hədiyyələrin təqdim olunacağını söyləyib və ən yaxşı işlərin kitab şəklində nəşr edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb və onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə ümid etdiyini vurğulayıb. Sonra müsabiqənin respublika mərhələsinin mövzusu elan edilib. Məktəblilər “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir” mövzusunda inşa yazmağa başlayıblar.

Aprelin 18-də təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov türkdilli ölkələrin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən söz açıb. Nazir xalqlarımızın daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin zəruriliyini vurğulayıb. Misir Mərdanov Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Hazırda 4 mindən çox azərbaycanlı gəncin Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil aldığını qeyd edən nazir, həmçinin Azərbaycanın ali təhsil müəssisələrində 3 mindən artıq türkiyəli tələbənin oxuduğunu söyləyib. Təhsil naziri bunu ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirib. Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Türkiyə liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bu quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan addımlardan bəhs edib. Qonaq hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb və bu baxımdan təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib. Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı, həmçinin ortaq dərsliklərin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşünün keçirilməsinin nəzərdə tutulduğunu söyləyən baş katib müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib. Daha sonra görüşdə türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aprelin 18-də Təhsil Nazirliyində 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib.

İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər dərsliklərin hazırlığı istiqamətində əldə olunmuş yeniliklər və müsbət irəliləyişlərdən söz açıb. Müvafiq sahədəki müəyyən problemlərə toxunan nazir bu işdə istər nəşriyyat-poliqrafiya müəssisələri və onların seçdiyi müəlliflər, istərsə də Dərslikləri Qiymətləndirmə Şurası və onun ekspertlərinin məsuliyyət daşıdığını qeyd edib.  Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin məsuliyyətinin artırılmasından danışan Misir Mərdanov ekspertlərin seçimi, onların işinin səmərəli təşkili, dərsliklərin vaxtında çap olunub yerlərə çatdırılmasının diqqətdə saxlanılmasının zəruriliyini bildirib. Nazir əlavə edib ki, nəşriyyat-poliqrafiya müəssisələri dərsliklərin keyfiyyətini artırmalı, tərtibatı yaxşılaşdırmalı, redaktə və korrektə işini gücləndirməli, ekspertlərin işinə mane olmamalı, Dərslikləri Qiymətləndirmə Şurasının qərarlarına hörmətlə yanaşmalıdırlar. Nazir, həmçinin Dərslikləri Qiymətləndirmə Şurasının fəaliyyətinin səmərəli təşkilinin, şuranın hər bir üzvünün çıxarılan qərarlarda öz məsuliyyətini dərk etməsinin, onların qiymətləndirmədə yaxından iştirak edərək ekspertlərə elmi və praktik kömək göstərməsinin vacibliyinə toxunub.  Misir Mərdanov qeyd edib ki, Dərslikləri Qiymətləndirmə Şurası ekspertlərinin tərkibində dəyişikliklər aparılmalı, yeni üzvlər qəbul edilməli və onlar müəyyən kurslardan keçirilməlidirlər.  Nazir bununla əlaqədar tapşırıq və tövsiyələrini də verib.    Təhsil naziri Misir Mərdanov 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanıb çap olunması ilə bağlı 13 nəşriyyat-poliqrafiya müəssisəsinin Tender komissiyasına müraciət etdiyini deyib. Nazir “Dərsliklərin qiymətləndirilməsi meyarları”na yenidən baxıldığını, müvafiq təkliflər nəzərə alınaraq təkmilləşdirildiyini və Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq edildiyini bildirib.   Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri, millət vəkilləri Musa Qasımlı və Nizami Cəfərov, şuranın digər üzvləri Sabir Mirzəyev, Mirzəli Murğuzov, Ceyran Bayramova, Validə Məmmədova, eləcə də “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov, “Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.  

Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın görkəmli memarı və dövlət xadimi, memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Ənvər Qasımzadənin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş “Müasir Azərbaycan memarlığının problemləri” adlı elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova açaraq qonaqları və Ənvər Qasımzadənin tədbirə dəvət olunmuş ailə üzvlərini salamlayıb. Böyük şəxsiyyət, dövlət xadimi olan Ənvər Qasımzadənin həyat və yaradıcılığı haqqında söhbət açan rektor, iki bölmə üzrə aparılacaq konfrans barədə tədbir iştirakçılarına məlumat verib. “Akademik Ənvər Qasımzadənin həyat və yaradıcılığı” adlı geniş məruzə ilə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva görkəmli memar haqqında maraqlı məlumatları diqqətə çatdırıb. Ənvər Qasımzadənin ömür yolundan ətraflı bəhs edən N.Abdullayeva onun qazandığı uğurlarda zəhmətsevərliyinin, təvazökarlığının və milli təəssübkeşliyinin mühüm rol oynadığını söyləyib. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov Ənvər Qasımzadənin mənalı həyat yolundan geniş söhbət açaraq cəmi 57 il ömür sürmüş tanınmış memarın böyük işlər və layihələr həyata keçirdiyini, onun haqqında gənc nəslin çox az məlumata malik olduğunu deyib. Nazir Ə.Qasımzadə haqqında gənclərə daha geniş məlumat verilməsinin zəruriliyini qeyd edib. Misir Mərdanov bildirib ki, Ə.Qasımzadə tanınmış ictimai xadim, görkəmli memar, xeyirxah, vətənpərvər və təvazökar insan kimi hər zaman xatırlanacaq. Nazir çıxışının sonunda Ənvər Qasımzadənin 100 illik yubleyi münasibəti ilə keçirilən bu tədbirin təşkilatçılarının əməyini yüksək dəyərləndirib. Tədbirdə daha sonra professor Nurqələm Mikayılov, professor Rəhim Şükürov, dosent Rizvan Allahverdiyev çıxış edərək Ənvər Qasımzadə haqqında öz xatirələrini danışıblar. Konfransda, həmçinin müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlmiş gənc memarlara diplom və hədiyyələr təqdim olunub. Sonda tədbir iştirakçıları Ənvər Qasımzadənin həyat və yaradıcılığına həsr edilmiş filmə baxıblar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı