SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 17-də akademik Zərifə Əliyeva adına liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin yekun mərhələsi olub.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov iştirak ediblər.
Qeyd edək ki, inşa yazı müsabiqəsi Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Ümumi təhsil məktəblərinin VII-XI sinif və ilk peşə ixtisas təhsili müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqə 3 mərhələdə – məktəb, rayon (şəhər) və respublika mərhələsində həyata keçirilir. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprel ayının əvvəlində yekunlaşdırılıb.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin artıq altıncı ildir ki, keçirildiyini qeyd edib. Nazir 114 nəfər şagirdin müsabiqənin respublika mərhələsində iştirak etmək hüququ qazandığını söyləyib.
Ölkəmizin bütün bölgələrinin təmsil olunduğu müsabiqə iştirakçılarının minlərlə şagirdin arasından seçildiyini vurğulayan təhsil naziri bildirib ki, müsabiqəyə ulu öndərin anadan olmasının ildönümü ərəfəsində yekun vurulacaq. Misir Mərdanov müsabiqə qaliblərinə mükafatların, müxtəlif hədiyyələrin təqdim olunacağını söyləyib və ən yaxşı işlərin kitab şəklində nəşr edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb və onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə ümid etdiyini vurğulayıb.
Sonra müsabiqənin respublika mərhələsinin mövzusu elan edilib. Məktəblilər “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir” mövzusunda inşa yazmağa başlayıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl