• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın görkəmli memarı və dövlət xadimi, memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Ənvər Qasımzadənin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş “Müasir Azərbaycan memarlığının problemləri” adlı elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova açaraq qonaqları və Ənvər Qasımzadənin tədbirə dəvət olunmuş ailə üzvlərini salamlayıb. Böyük şəxsiyyət, dövlət xadimi olan Ənvər Qasımzadənin həyat və yaradıcılığı haqqında söhbət açan rektor, iki bölmə üzrə aparılacaq konfrans barədə tədbir iştirakçılarına məlumat verib.
“Akademik Ənvər Qasımzadənin həyat və yaradıcılığı” adlı geniş məruzə ilə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva görkəmli memar haqqında maraqlı məlumatları diqqətə çatdırıb. Ənvər Qasımzadənin ömür yolundan ətraflı bəhs edən N.Abdullayeva onun qazandığı uğurlarda zəhmətsevərliyinin, təvazökarlığının və milli təəssübkeşliyinin mühüm rol oynadığını söyləyib.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov Ənvər Qasımzadənin mənalı həyat yolundan geniş söhbət açaraq cəmi 57 il ömür sürmüş tanınmış memarın böyük işlər və layihələr həyata keçirdiyini, onun haqqında gənc nəslin çox az məlumata malik olduğunu deyib. Nazir Ə.Qasımzadə haqqında gənclərə daha geniş məlumat verilməsinin zəruriliyini qeyd edib.
Misir Mərdanov bildirib ki, Ə.Qasımzadə tanınmış ictimai xadim, görkəmli memar, xeyirxah, vətənpərvər və təvazökar insan kimi hər zaman xatırlanacaq. Nazir çıxışının sonunda Ənvər Qasımzadənin 100 illik yubleyi münasibəti ilə keçirilən bu tədbirin təşkilatçılarının əməyini yüksək dəyərləndirib.
Tədbirdə daha sonra professor Nurqələm Mikayılov, professor Rəhim Şükürov, dosent Rizvan Allahverdiyev çıxış edərək Ənvər Qasımzadə haqqında öz xatirələrini danışıblar.
Konfransda, həmçinin müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlmiş gənc memarlara diplom və hədiyyələr təqdim olunub.
Sonda tədbir iştirakçıları Ənvər Qasımzadənin həyat və yaradıcılığına həsr edilmiş filmə baxıblar.


10 il əvvəl