SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 10-da Heydər Əliyev Sarayında Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Bizim uşaq dünyamız" adlı hesabat tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Fəttah Heydərov, Hadi Rəcəbli, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov və digər şəxslər iştirak ediblər.
Öncə mərkəzin fəaliyyəti barədə film nümayiş olunub. 1800-ə yaxın uşaq, yeniyetmə və gəncin mərkəzdəki 32 adda dərnəkdə öz asudə vaxtlarını səmərəli keçirdikləri, uşaqların dünyagörüşlərinin formalaşdırılması, məlumat dairələrinin genişləndirilməsi, bacarıqlarının üzə çıxarılması məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, mərkəzin 38 illik fəaliyyəti ərzində yeniyetmələr rayon, şəhər, respublika, hətta beynəlxalq səviyyəli uşaq tədbirlərində böyük uğurlar qazanıblar. Cari tədris ili ərzində mərkəzin gördüyü işlərdən və qazandığı nailiyyətlərdən bəhs olunub.
Sonra səhnədə ayrı-ayrı dərnəklərin üzvləri məharətlərini göstəriblər. "Şirinlər", "Balaca aşpazlar", "Sehrli otaq" rəqs qrupunun, "Şən sirk", "Çiçəyim" uşaq teatr studiyasının üzvlərinin çıxışları maraqla qarşılanıb. Beynəlxalq festivallarda, bayramlarda, şənliklərdə, müsabiqə və sərgilərdə Azərbaycanı təmsil edən yeniyetmələr milli və dünya xalqlarının rəqslərini məharətlə ifa ediblər.
Sonra dərnəklərin nailiyyətlərini əks etdirən fotoslaydlar nümayiş etdirildi. Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində "Ən çox sevdiyim idman növü" mövzusunda keçirilmiş IV Beynəlxalq Uşaq İncəsənət Festivalında I yeri tutan 12 yaşlı Nərmin İsmayılzadə və gənc fototurist dərnəyinin üzvü Şamil Quluzadənin uğurlarından söz açılıb.
Tədbirin sonunda qonaqlar mərkəzin yaradıcı heyətinə öz təşəkkürlərini və xoş arzularını bildirib, bütün çıxışlardan məmnun qaldıqlarını ifadə ediblər.
Təhsil nazirinin müavini Qulu Novruzov yeniyetmələrin cəsarətli, olduqca maraqlı, orijinal, rəngarəng çıxışlarını, qazanılmış uğurları yüksək dəyərləndirib. Q.Novruzov Təhsil Nazirliyinin diplomunu Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qətiyə təqdim edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl