SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 13-də Bakıdakı “Şəfa” stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov son illər respublikamızda idmana göstərilən dövlət qayğısından bəhs edib. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqəti nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışan Q.Novruzov ali təhsil müəssisələri arasında keçirilən futbol üzrə ölkə çempionatının artıq bir ənənəyə çevrildiyini nəzərə çatdırıb. Gənclərin bu yarışa xüsusi maraq göstərmələrinin sevindirici hal olduğunu vurğulayan nazir müavini çempionatda 19 komandanın iştirak etdiyini və regionlardan olan ali məktəb komandalarının növbəti turlara qatılacağını bildirib. İştirakçı komandalara uğurlar arzulayan Q.Novruzov çempionatın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ali təhsil müəssisələrinin komandalarına uğurlar arzulayaraq ən güclü olanın qalib gələcəyinə inamını ifadə edib. Ölkəmizin bütün sahələr üzrə sürətlə inkişaf etdiyini söyləyən A.Məhərrəmov ən mötəbər beynəlxalq yarışların Azərbaycanda keçirilməsi üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.
AFFA-nın vitse-prezidenti Rauf Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş çempionatın açılış mərasimi münasibətilə iştirakçıları təbrik edib. Bu turnirin artıq dördüncü dəfə keçirildiyini və ildən-ilə təkmilləşdiyini bildirən R.Əliyev Azərbaycanda futbolun inkişafını təqdirəlayiq olduğunu vurğulayıb.
Sonra çempionata qatılmış komandaların kapitanları Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağını qaldırıblar.
Daha sonra ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının ilk oyunu keçirilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl