• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən «Azərbaycan-Almaniya ali təhsil günləri» çərçivəsində «Azərbaycan və Alman universitetləri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər» mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə təhsil sahəsində əməkdaşlıq sayəsində reallaşan «Azərbaycan-Almaniya ali təhsil günləri» mövzusunda keçirilən beynəlxalq konfransın məqsədlərindən söz açıb. Nazir bildirib ki, 3 gün davam edəcək konfransda Almaniyanın 22 universitetindən 30-dan çox nümayəndə iştirak edir. Bu ilin aprel ayında Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının dəvəti ilə Almaniyada olarkən «Azərbaycan-Almaniya ali təhsil günləri»nin keçirilməsinin qərara alındığını söyləyən Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin fəaliyyəti, gördüyü işlər barədə məlumat verərək deyib ki, bu təşkilatdan dəstək alan bir çox tələbə, müəllim, tədqiqatçı və alim xaricdə olduqca dəyərli təcrübə əldə etmək imkanı qazanıblar. Açılış mərasimində çıxış edən DAAD-ın Şimal bölməsinin Baş direktoru xanım Anet Julius, Almaniyanın Azərbaycandakı səfiri Kristofer Stankina beynəlxalq konfransın işinə uğurlar arzulayıblar. Sonra plenar iclas keçirilib. Köln Tətbiqi Elmlər İnstitutunun TEMPUS üzrə koordinatoru professor Rza Talebinin «Köln Tətbiqi Elmlər İnstitutu ilə Azərbaycan universitetləri arasında 1992-2009-cu illər ərzində uğurlu əməkdaşlığın nəticələri», ADNA-nın professoru Ramiz Hümbətovun «TEMPUS proqramı çərçivəsində müasir biliklərin və tədris texnologiyalarının Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) yayılması (uğurlar, yanaşmalar və çətinliklər)» mövzularında məruzələri dinlənilib. Beynəlxalq konfrans öz işini davam etdirir.

Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim gününə həsr olunmuş mərasim keçirilib.

Öncə rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş müəllimlər Fəxri Xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara cansağlığı, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısından söz açan nazir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edib. Misir Mərdanov ölkə Prezidentinin bir qrup təhsil işçisinin təltif olunması haqqındakı son Sərəncamlarını müvafiq sahəyə olan diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirib. Təhsil naziri bildirib ki, son illər ölkə Prezidentinin Sərəncamı ilə 1300-dək müəllim Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə müxtəlif təltiflərə layiq görülüb. Nazir həmçinin Heydər Əliyev Fondunun müvafiq sahənin inkişafı üçün gördüyü mühüm tədbirləri də xüsusi qeyd edib. Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən təltif olunan təhsil işçiləri haqqında məlumat verərək bildirib ki, 72 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2 nəfər “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adlarına, 58 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib. Tədbirdə təltif olunan təhsil işçiləri onların əməyinə verilən belə yüksək qiymət üçün dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Avqustun 21-də təhsil naziri Misir Mərdanov Şüvəlandakı 16 nömrəli internat məktəbin bazasında fəaliyyət göstərən yay təlim-istirahət düşərgəsində dincələn istedadlı şagirdlərlə görüşüb.

Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya fənləri üzrə münsiflər heyətlərinin sədrləri, tanınmış alimlər, professorlar Vaqif Abbasov, Ədalət Fərəcov, Təhsil Nazirliyinin tabeliyindəki bəzi liseylərin direktorları və KİV nümayəndələri iştirak ediblər. Təhsil naziri Misir Mərdanov şagirdləri salamlayaraq bildirib ki, hazırda onların dincəldikləri yay təlim-istirahət düşərgəsi təhsilə, istedadlı uşaq və gənclərə daim xüsusi diqqət və qayğı göstərən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş «Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)»nın icrası ilə bağlı Təhsil Nazirliyinin qəbul etdiyi Fəaliyyət Planına əsasən təşkil olunub. Həmin plana uyğun olaraq xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması üçün artıq ikinci ildir ki, bölgələrdə və paytaxtda bir neçə mərhələdə seçim aparıldığını qeyd edən nazir deyib ki, builki seçimlərin son mərhələsinə 600-dən çox şagird qatılsa da, onların arasından ən istedadlı 50 şagird seçilib. İstedadlı şagirdlərin gələcək uğurlarının izlənilməsinin vacibliyini vurğulayan Misir Mərdanov bildirib ki, onların inkişafı üçün hər cür şərait yaradılmalı, istedadlı uşaqların potensialı ölkənin ümumi inkişafına yönəldilməlidir. Bu baxımdan proqram çərçivəsində 2006-cı ildən bəri görülmüş işlərə toxunan Misir Mərdanov bir sıra rayonlarda 50 məktəbdə liseylərin, lisey siniflərinin yaradıldığını, həmin məktəblərin dövlət vəsaiti hesabına təmir olunaraq avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Sonra nəfis şəkildə çap edilmiş «Elementar-riyaziyyatın əlavə fəsilləri və olimpiadalar», «Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant», «Kimyadan olimpiada məsələləri» adlı kitablar şagirdlərə paylanıb. Nazir istedadlı şagirdlərlə səmimi söhbət edib, onların istirahətinin necə keçməsi ilə maraqlanıb. Günlərinin xoş, istirahətlərinin mənalı keçdiyini, gündəlik idmanla məşğul olduqlarını, kitabxanada mütaliə etdiklərini, kompüterlə işlədiklərini, vaxtaşırı gəzintiyə çıxdıqlarını bildirən şagirdlər onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını söyləyiblər. Daha sonra təhsil naziri istedadlı şagirdlərin nə kimi problemlərinin, hansı arzu və istəklərinin olması ilə maraqlanıb, onları düşündürən sualları ətraflı cavablandırıb. Düşərgədə yaradılmış nümunəvi şəraitə görə 16 nömrəli internat məktəbin rəhbərliyinə və bu işdə əməyi olan digər şəxslərə təşəkkür edən nazir istedadlı şagirdlərlə xatirə şəkli çəkdirib.

Oktyabrın 9-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Təhsil nazirinin müavini Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Müvafiq sahəyə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edən nazir müavini ümummilli liderimiz Heydər Əliyevin idmanın inkişafı üzrə verdiyi sərəncamlardan, göstərdiyi yüksək qayğıdan, habelə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu ənənənin uğurla davam etdirilməsindən söz açıb. Azərbaycanda sevilən idman növlərindən olan şahmatın zəngin tarixi haqqında danışan E.Qasımov şahmatçılarımızın qazandıqları nailiyyətləri məhz müvafiq dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Nazir müavini əlavə edib ki, 1992-ci ildən başlayaraq dünya və Avropa birinciliklərində, eləcə də yüksək kateqoriyalı turnirlərdə 72-dən artıq medal qazanılıb, onlardan da 26-sı qızıl medaldır. Hazırda Azərbaycanda 21 beynəlxalq qrossmeyster, 12 beynəlxalq dərəcəli idman ustası olduğu barədə məlumat verən Elmar Qasımov daha sonra nəzərə çatdırıb ki, dünya reytinq cədvəlində iki şahmatçımız - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov daim birinci onluqdadırlar. Nazir müavini “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın şahmatçılar üçün yeni qələbələr qazanmağa zəmin yaratdığını vurğulayaraq bildirib ki, bu sənəd qəbul edildikdən sonra şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlar və kompüterlərlə təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Nazir müavini son dövrlərdə yeni açılan şahmat məktəbləri haqqında da məlumat verib. E.Qasımov görülən işlərlə yanaşı mövcud problemlərə, şahmat məktəblərində çalışan məşqçi müəllimlərin ixtisasartırma kurslarından keçmələri, bu sahə üzrə Azərbaycan dilində metodiki vəsaitin azlığı və digər mühüm məsələlərə də toxunub, müvafiq şəxslərə tapşırıqlar verib. Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov son dövrlərdə ölkəmizdə idmanın daha sürətlə inkişafı, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər və dövlətimizin bu sahəyə xüsusi diqqət göstərdiyini qeyd edib. M. Rəhimov uşaq-gənclər şahmat məktəbləri yetirmələrinin uğurları, onların turnir və yarışlarda əldə etdikləri nəticələri nəzərə çatdırıb. Sonda bir neçə uşaq-gənclər şahmat məktəbinin rəhbərləri mövcud vəziyyətdən söhbət açıb, müvafiq sahəyə dair təkliflərlə çıxış ediblər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun yaradılacaq Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdən ibarət olacaqdır. Qeyd edək ki, elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadəsi nəzərdə tutulur. Milli Təhsil Portalında yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulan bütün məktəblər istifadə edə biləcəkdir. Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi “Təhsil haqqında” Qanunun, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumunu) və digər müvafiq sənədlərin tələblərinə uyğun həyata keçiriləcəkdir.

Martın 19-da Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Gəncə Humanitar Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclasda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası üzrə Akkreditasiya komissiyasının sədri Fəxriyyə Kərimova bu təhsil müəssisəsində tədrisin təşkili vəziyyətinin ətraflı təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətinin öyrənildiyini nəzərə çatdırıb. Daha sonra iclas iştirakçılarını tədris ocağının fəaliyyətinin statusuna uyğunluğu üzrə nəticələri ilə tanış edən komissiya sədri müvafiq ixtisaslar üzrə kadr hazırlığı və digər meyarlara görə Akkreditasiya komissiyasının gəldiyi qənaət barədə məlumat verib. Gəncə Humanitar Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Aybəniz Əhmədova bu təhsil ocağının tədris şəraiti, maddi-texniki bazası və pedaqoji heyəti haqqında müvafiq göstəriciləri təqdim edib. O, kollecin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün komissiyanın təklif və tövsiyələrini diqqətə çatdırıb. Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Gültəkin Əliyeva iclas iştirakçılarını kollecin ümumi fəaliyyəti və komissiyanın gəldiyi qənaətlə tanış edib. Sonra hər üç tədris müəssisəsi üzrə akkreditasiyanın nəticələrinə dair iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib. İclasda təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edilməsi məsələsinə toxunub. Akkreditasiya komissiyasının iclasında hər üç təhsil müəssisəsinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə cavab verdiyi nəzərə alınaraq, onların fəaliyyəti “kafi” qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq–gənclər idman və şahmat məktəblərinin yetirmələri 2011-ci ildə respublika yarışlarında, dünya birinciliyi, Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar.

Ötən il məktəblilər ümumilikdə 1966 medal əldə ediblər. Onlardan 312-si qızıl, 231-i gümüş, 1210-u bürünc olmaqla 1753 medal respublika birinciliyi və çempionatlarında qazanılıb. Beynəlxalq yarışlarda qazanılmış 213 medalın 65-i qızıl, 50-si gümüş, 98-i isə bürüncdür.

Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi oktyabrın 5-dən 9-dək Cenevrədə keçirilən “ITU World Telecom 2009” Forumunda təqdim olunub.

Forum çərçivəsində keçirilən görüşlərdə digər ölkələrin nümayəndələrinə Azərbaycan Təhsil Şəbəkəsinin (AZEDUNET) və Məlumat və Resurs Mərkəzinin yaradılması, “Elektron məktəb” və “Bir şagird– Bir kompüter” layihələri, həmçinin Milli Tədris Portalı da daxil olmaqla Dövlət Proqramının müxtəlif komponentləri haqqında məlumatlar verilib. “ITU World Telecom 2009” çərçivəsində Azərbaycan təhsil sisteminin informasiyalaşdırıması haqqında iki sənədli film və “Elektron Təhsil” jurnalının ingilis dilində olan xüsusi buraxılışı təqdim olunub. Forumda Azərbaycanın Milli Stendində informasiya texnologiyalarının tətbiqi sahəsində ölkənin qabaqcıl təcrübəsi təqdim olunub.

Aprelin 4-də Təhsil Nazirliyində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayıb. Nazir bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin təşkilatçılığı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə keçirilir. Misir Mərdanov Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və iştirakçı ölkələrin sayının ildən-ilə artdığını deyib. Bu il keçirilən olimpiadanın coğrafiyasının çox geniş və əhatəli olduğunu qeyd edən təhsil naziri dünyanın 42 ölkəsindən 400-dək şagirdin müvafiq yarışmada iştirak etdiyini bildirib. Nazir olimpiadanın yekununda daha güclülərin qalib gələcəyinə və ədalətli qərar qəbul olunacağına əminliyini vurğulayıb. Olimpiadanın ölkəmizin daha yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə etməsində mühüm əhəmiyyətini nəzərə çatdıran təhsil naziri bu tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü     bildirib. Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın zəngin tarixi, təhsil sistemi, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı müəllim və şagirdlərlə əlaqələr yaratmağı tövsiyə edib. Çıxışının sonunda nazir olimpiada iştirakçılarına uğurlar arzulayıb və onların hər birinin öz ölkələrinə xoş təəssüratla qayıdacaqlarına ümid etdiyi deyib. Sonra Tailand, Bosniya, Monqolustan, Nigeriya, Anqola və digər ölkələrdən olan iştirakçılar bu görüşdən məmnun olduqlarını vurğulayıb, göstərilən səmimi münasibət üçün təşəkkürlərini bildiriblər. Görüşdə  “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən  və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz də iştirak edib.  

Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ifa üzrə I respublika müsabiqəsinə yekun vurulub.

Qeyd edək ki, Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il tarixli, 1698 nömrəli əmri ilə keçirilmiş müsabiqənin kollecdaxili və zona mərhələlərinə yüzlərlə tələbə qatılıb. Müsabiqənin keçirilməsində əsas məqsəd xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında musiqiyə, şeirə olan marağı artırmaq, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaqdan ibarət olub. Müsabiqənin respublika mərhələsinin münsiflər heyətində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, uşaq yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri təmsil olunublar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı