• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 11-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan Respublikası Təhsil və Səhiyyə nazirliklərinin birgə təşəbbüsü ilə “Narkotiklərə yox deyək!” devizi altında kampaniyaya start verilib.

Kampaniya gənclərin narkomaniyanın zərəri barədə məlumatlandırılması və onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədini daşıyır.
Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev, Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə həyata keçirilir.
Öncə iştirakçılar liseyin foyesində təşkil olunmuş “Narkotiklərə yox deyək!” devizi altında cəkilmiş rəsmlərə baxıblar.
Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva tədbiri giriş sözü ilə açaraq bu kampaniyanın əhəmiyyətindən bəhs edib. M.Vəliyeva narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin zəruriliyini vurğulayıb, bu baxımdan hər bir vətəndaşın üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.
Təhsil nazirinin müavini Qulu Novruzov Təhsil və Səhiyyə nazirliklərinin birgə təşəbbüsü ilə ümumi təhsil müəssisələrində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı “Narkotiklərə yox deyək!” devizi altında keçirilən maarifləndirmə kampaniyasına akademik Zərifə Əliyeva adına liseydə start verilməsinin rəmzi məna daşıdığını bildirib. Nazir müavini qeyd edib ki, Zərifə Əliyeva adına lisey şagirdlərə saglam həyat tərzinin aşılanması baxımından həyata keçirilən tədbirlərin zənginliyinə görə ölkəmizdə ən nümunəvi təhsil ocaqlarındandır.
Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirən Q.Novruzov mövcud problemlə bağlı həyata keçirilən dövlət proqramı çərçivəsində görülmüş işlərdən söhbət açıb. Narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirlərini ən effektiv vasitələrdən biri kimi səciyyələndirən nazir müavini gənclər arasında narkomanların sayının artmasının, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsinin, narkomaniya ilə əlaqədar cinayətlərin çoxalmasının qarşısının alınması üçün belə tədbirlərin keçirilməsinin vacibliyini nəzərə çatdırıb. Gənclərin pis vərdişlərdən uzaq olması və saglam həyat tərzi keçirmələri üçün məktəbdənkənar müəssisələrə maraq göstərmələrinin müsbət nəticələrinə toxunan Q.Novruzov narkomaniyaya qarşı mübarizədə onların üzərinə böyük məsuliyyət düşdüyünü və Azərbaycan gənclərinin bu vəzifənin öhdəsindən uğurla gələ biləcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev və başqaları narkotiklərin qeyri-qanuni dövriyyəsinin, istifadə miqyasının genişlənməsinin ciddi təhlükələrə zəmin yaratdığını qeyd ediblər. Bildirilib ki, əhalinin sağlamlığına və xalqın genefonduna, sosial-iqtisadi və siyasi stabilliyə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan narkomaniya ilə mübarizədə bütün səylər birləşdirilməli, bu işə ictimai dəstək artırılmalıdır.
Sonra iştirakçılar narkomaniyanın törətdiyi fəsadlar və bəşəriyyətə vurduğu ziyanlar haqqında təqdimatları dinləyiblər.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


10 il əvvəl