• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 12-də Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseydə nazirlik sistemində fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilmiş “Uşaq və yeniyetmələrin Respublika elmi-texniki yaradıcılıq müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin 2012-ci il tarixli, 6 fevral 165 nömrəli əmri ilə rayon (şəhər) və Respublika mərhələləri olmaqla 7 zona üzrə keçirilib. Texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin Respublika mərhələsinə 209 iş təqdim edilib. Münsiflər heyəti seçimi əsasında 45 nəfəri qalib olaraq müəyyənləşdirilib.
Öncə iştirakçılar liseyin qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, qarşısına gül dəstələri qoyublar.
Sonra respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov nümayiş olunan aviamodel və kosmik modelləri yüksək qiymətləndirərək son illər texniki yaradıcılıq mərkəzlərinin fəaliyyətinin genişlənməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin sayının artmasının əhəmiyyətinə toxunan nazir müavini xaricdə təhsillə bağlı dövlət proqramının həyata keçirilməsində texniki və mühəndislik sahələrinin proritet təşkil etdiyini nəzərə çatdırıb. Dərnək üzvlərinin hərbi texnika modellərinə üstünlük vermələrini şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinin bariz nümunəsi olduğunu vurğulayan Q.Novruzov bunu ölkəmizin ərazi bütövlüyünün qorunması naminə atılan addımların tərkib hissəsi kimi səciyyələndirib. Müsabiqə qaliblərini təbrik edən Qulu Novruzov fərqlənən şagirdlərin gələcəkdə peşəkar mühəndis kimi yetişəcəyinə ümidvar olduğunu bildirib.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov şagirdlərdə olan hərbi vətənpərvərlik ruhunu yüksək qiymətləndirərək müsabiqənin əhəmiyyətindən bəhs edib. Hərbi texnika modelinin hazırlanmasının yüksək bacarıq tələb etdiyini bildirən N.Orucov qalibləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonda müsabiqənin Respublika mərhələsində I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.


10 il əvvəl