SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 19-da Tofiq İsmayılov adına Uşaq - Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə paytaxtın ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri şagirdlərinin o müdhiş gecəyə həsr etdikləri rəsm əsərləri nümayiş olunur. Sərginin açılış mərasimində iştirak edən təhsil naziri Misir Mərdanov 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu vurğulayıb. Nazir bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu qanlı hadisələr öz siyasi-hüquqi qiymətini alıb, faciənin əsl mahiyyəti dünyaya çatdırılıb. Sonra məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Qeyd edək ki, sərgidə yeniyetmə rəssamların 20 Yanvar faciəsini rəsmlər vasitəsi ilə əks etdirən 180-dən artıq əsəri nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
08/07/2015 16:52
Yanvarın 26-da təhsil naziri Misir Mərdanov Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşüb.
Yanvarın 26-da təhsil naziri Misir Mərdanov Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşüb. Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran mühüm vəzifələrdən söz açıb. Təhsil naziri müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla Türkiyə arasında təhsil və elmi əlaqələrin inkişafına daim böyük önəm verdiyini, bu kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli maraqlarımız baxımından əhəmiyyətini diqqətə çatdıran Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin uğurları barədə ətraflı məlumat verib. Təhsil naziri Qafqaz Universitetlər Birliyinin ali məktəblərimiz arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıracağına əminliyini ifadə edib, bu qurumun yaradılmasında əməyi olanlara təşəkkürünü bildirib. Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz 2009-cu ildə yaradılan, 24 universitetin təmsil olunduğu qurumun qısa müddətdə keçdiyi inkişaf yolundan danışıb. Rektor bildirib ki, Qafqaz Universitetlər Birliyinin əsas məqsədi müxtəlif ölkələrin ali məktəbləri arasında birgə əməkdaşlığı genişləndirmək, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək, dünyanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulması işinə təkan vermək, müəllim və tələbə mübadiləsini dəstəkləməkdən ibarətdir. Qafqaz Universitetinin rektoru Sami Özcan qeyd edib ki, bu gün Azərbaycanın və Türkiyənin inkişaf yolu bütün sahələrdə münasibətlərin daha da dərinləşdirilməsini zərurətə çevirib. Universitetlərarası əlaqələrin inkişafına diqqət çəkən qonaq bu baxımdan Qafqaz Universitetlər Birliyi çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən söz açıb. Misir Mərdanov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin inkişafı yolunda birgə elmi araşdırmaların əhəmiyyətinə toxunub, tariximizin dolğun şəkildə gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Bu işdə Qafqaz Universitetlər Birliyinin üzvü olan tədris ocaqlarının üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyən nazir birgə konfrans və simpoziumların keçirilməsinin zəruriliyini qeyd edib. Qafqaz Universitetlər Birliyinin ali məktəblər arasındakı əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edən təhsil naziri bu qurumun fəaliyyətinə hər cür dəstək veriləcəyini diqqətə çatdırıb. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Yanvarın 27-də Təhsil Nazirliyində müşavirə keçirilib.
Yanvarın 27-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov tədbirin gündəliyi barədə iclas iştirakçılarına məlumat verib. Nazir müzakirə olunacaq əsas məsələnin elektron xidmətlərin təşkili ilə əlaqədar müvafiq sənədlərin icrası və qarşıda duran vəzifələr olduğunu bildirib. Təhsil naziri Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli fərmanına əsasən nəzərdə tutulan məsələlərdən söz açıb. Nazir bu sənədin dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması baxımından mühüm əhəmiyyətini və müvafiq tapşırıqların yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Daha sonra Misir Mərdanov müvafiq fərmanın birinci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları”nın və “Elektron xidmət növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” qərar imzaladığını deyib. Nazir bu siyahıda Təhsil Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət növlərinin müəyyənləşdirildiyini nəzərə çatdırıb, həmin sənədə bir sıra əlavələrin daxil edilməsi barədə təkliflər verildiyini bildirib. Eyni zamanda Misir Mərdanov “Elektron xidmət növlərinin siyahısı”na uyğun olaraq Təhsil Nazirliyinin internet saytının müvafiq bölməsində verilmiş məlumatların mütəmadi yeniləşdirilməsinin və təkmilləşdirilməsinin zəruriliyini qeyd edib. Nazir elektron sənəd dövriyyəsi və elektron imzanın tətbiqini də elektron xidmətlər sahəsində əhəmiyyətli məsələlər kimi dəyərləndirib və bu sahədə müvafiq işlərin görülməsinin labüd olduğunu nəzərə çatdırıb. Qarşıda duran vəzifələrdən danışan təhsil naziri müvafiq struktur bölmə rəhbərlərinə qeyd edilən məsələlərin yaxın müddətdə həll edilməsi, lazımi tədbirlərin reallaşdırılması və “Qaynar xətt” xidməti telefonlarının üçrəqəmli sistemə keçirilməsi ilə bağlı tapşırıqlar verib. Sonra Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov elektron xidmətlərin göstərilməsinin təşkili istiqamətində mövcud təcrübədən söz açıb, milli təhsil məlumat bazasının yaradılması üzrə mühüm nailiyyətlər əldə olunduğunu və hazırda bununla bağlı iş aparıldığını söyləyib. S.Məmmədov “Elektron xidmət növlərinin siyahısı”nda əksini tapan məsələlər və əlavələrlə bağlı fikirlərini də bildirib. Ultra” Şirkətinin prezidenti Tahir Mirkişili İKT-nin insan həyatında oynadığı roldan söz açaraq Təhsil Nazirliyinin müvafiq sahədə həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyət daşıdığını deyib. O, məktəblərin İKT avadanlıqları ilə təmin edilməsi, Data Mərkəzin yaradılması, müəllimlər üçün təlimlərin keçirilməsi, müəllimlərin işə qəbulu prosesində elektron mexanizmin tətbiqi və digər bu kimi istiqamətlər üzrə irəliləyişləri xüsusi qeyd edib. T.Mirkişili, həmçinin Təhsil Nazirliyi daxilində elektron sənəd mübadiləsinin yaradılması, elektron imzanın tətbiq edilməsi ilə bağlı təkliflərini nəzərə çatdırıb. Müşavirədə təhsil naziri Misir Mərdanov müvafiq struktur bölmə rəhbərlərinə cari məsələlərlə bağlı bir sıra tövsiyə və tapşırıqlarını verib.
08/07/2015 16:52
Yanvarın 27-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının nümayəndələri ilə görüşüb.
Yanvarın 27-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının nümayəndələri ilə görüşüb. Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanla Almaniya arasında təhsil və elm sahələri üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirib. Nazir təhsil sahəsində səmərəli əlaqələrin qurulmasında Alman Akademik Mübadilə Xidmətinin gördüyü işlərin böyük önəm daşıdığını qeyd edib. DAAD-ın Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Qreqor Berqxorn Azərbaycanla Almaniyanın təhsil sahəsi üzrə əlaqələrinin uğurlu inkişafından razılığını bildirib. Q.Berqxorn Alman Akademik Mübadilə Xidmətinin ikitərəfli təhsil əlaqələrinin inkişafına bundan sonra da layiqli töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb. DAAD-ın təqaüd proqramları çərçivəsində bu il Azərbaycana 8 yer ayrıldığını nəzərə çatdıran qonaq seçim turuna 150 nəfərin qatıldığını söyləyib. Müraciət edənlər arasında 1 illik elmi tədqiqatlara maraq göstərən gənc alimlərin az olduğuna diqqət çəkən Q.Berqxorn Azərbaycanla Almaniya arasında elmin inkişafı ilə bağlı proqramın hazırlanması məsələsinə toxunub. Almaniyalı mütəxəssislərin Azərbaycanın ali məktəblərində çalışması məsələsindən bəhs edən qonaq, bu işin təmsil etdiyi ölkədə təhsil almaq istəyən tələbələrin dil öyrənməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti nümayəndələrinin Azərbaycanın ali məktəblərində görüşlər keçirməsinin, tələbə və gənc alimlərə təklif olunan təqaüdlərlə bağlı ətraflı məlumat verilməsinin vacibliyini nəzərə çatdırıb. Nazir bildirib ki, Azərbaycan DAAD təqaüdləri çərçivəsində daha çox tibb, riyaziyyat, kimya, fizika, mühəndislik, kompüter texnologiyaları, ekologiya və turizm sahələri üzrə mütəxəssislərin hazırlanmasında və ayrılan yerlərin sayının artırılmasında maraqlıdır. Ölkəmizin ali məktəbləri ilə Almaniya universitetləri arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyinə toxunan təhsil naziri elmin inkişafı ilə bağlı müvafiq proqramın hazırlanması üçün birgə işçi qrupunun təşkil edilməsinin mümkünlüyünü qeyd edib. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Yanvarın 28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev muzey-lektoriyasının açılışı və Britaniya Şurası ilə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Yanvarın 28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev muzey-lektoriyasının açılışı və Britaniya Şurası ilə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Mərasim iştirakçıları ulu öndərin həyatını, çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla tanış olublar. Daha sonra ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlara həsr olunmuş film nümayiş olunub. Tədbir iştirakçılarına ətraflı məlumat verən institutun rektoru Asəf Zamanov bu təhsil ocağının keçdiyi zəngin inkişaf yolu, beynəlxalq əlaqələri barədə söhbət açıb. İnstitutda son 4 il ərzində bir neçə nüfuzlu beynəlxalq elmi konfransın keçirildiyini diqqətə çatdıran rektor bildirib ki, əsas məqsəd təhsilə və ölkədə aparılan təhsil islahatlarına layiqli töhfə verməkdən ibarətdir. Sonra Britaniya Şurası ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun yüksək səviyyəli elm və təhsil mərkəzinə çevirilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Nazir qeyd edib ki, institutda hazırlanmış dərsliklər, dərs vəsaitləri, əməkdaşların elmi əsərləri bu təhsil müəssəsinin kadr potensialının imkanlarından xəbər verir. Britaniya Şurasının Təhsil Nazirliyi ilə sıx əlaqə yaratdığını söyləyən Misir Mərdanov həyata keçirilən birgə layihələrə görə bu qurumun rəhbərliyinə təşəkkürünü bildirib. Təhsil naziri Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə Britaniya Şurası arasında imzalanan Anlaşma Memorandumunun ölkəmizdə ingilis dilinin öyrənilməsi işinin və institutun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirdə çıxış edən Milli Məclisin üzvü Bəxtiyar Əliyev, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Pol Klementson və digərləri Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun ölkənin müxtəlif təhsil ocaqları üçün mütəxəssislərin, xüsusilə ingilis dili üzrə kadrların hazırlanmasındakı rolundan danışıblar. Sonra mərasim iştirakçıları institut əməkdaşlarının elmi əsərləri, monoqrafiya, dərslik, metodik vəsait və elmi məqalələri ilə tanış olublar.
08/07/2015 16:52
Yanvarın 30-da Təhsil Nazirliyində görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Yanvarın 30-da Təhsil Nazirliyində görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq öncə tədbir iştirakçılarını səmimi salamlayıb. Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin xalq yazıçısı və dramaturq Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncama uyğun olaraq ölkəmizdə silsilə tədbirlərin təşkil olunduğunu deyib. Görkəmli yazıçının Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açan nazir bildirib ki, Mirzə İbrahimov qüdrətli qələm sahibi olmaqla yanaşı, həm də tanınmış ictimai xadim, böyük vətəndaş və ziyalı olub. Nazir, həmçinin yazıçının keçdiyi şərəfli həyat yolu, ədəbiyyat tariximizə həkk olunmuş əsərləri, ümumilikdə onun fəaliyyəti barədə danışıb. Xalq yazıçısı Mirzə İbrahimovun Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olmasında möhtəşəm xidmətlərini mərasim iştirakçılarının nəzərinə çatdıran Misir Mərdanov ədibin ana dilimiz uğrunda nümayiş etdirdiyi qətiyyət və cəsarətini bugünkü gənc nəsil üçün ibrətamiz nümunə adlandırıb. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Təhsil Nazirliyinin geniş tədbirlər planının təsdiq edildiyini vurğulayan Misir Mərdanov inşa müsabiqəsinin keçirilməsinin də məhz bu planda nəzərdə tutulduğunu açıqlayıb. Nazir ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş müsabiqədə minlərlə məktəblinin iştirak etdiyini, ölkəmizin bütün rayon və şəhərlərindən seçilərək Təhsil Nazirliyinə təqdim olunmuş 115 inşanın müvafiq komissiya vasitəsilə yoxlanıldıqdan sonra qaliblərin müəyyənləşdiyini deyib. I yer üzrə 7, II yer üzrə 14, III yer üzrə isə 16 qalibin olduğunu nəzərə çatdıran təhsil naziri hər bir qalibi qazandığı uğur münasibətilə təbrik edib və onlara daha yüksək nailiyyətlər əldə etməyi arzulayıb. Təhsil naziri, həmçinin müsabiqənin keçirilməsi və təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra inşa yazı müsabiqəsi qalibləri müvafiq olaraq I, II və III dərəcəli diplomla təltif edilib və onlara xalq yazıçısı haqqında kitab təqdim olunub. Sonda Mirzə İbrahimovun qızı, respublikanın xalq artisti Sevda İbrahimova ölkə Prezidentinin müvafiq sərəncamının xüsusi önəm daşıdığını vurğulayıb və belə bir tədbirin keçirilməsində əməyi olanlara dərin minnətdarlığını ifadə edib.
08/07/2015 16:52
Yanvarın 30-da Təhsil Nazirliyində Avropa İttifaqının (Aİ) TAIEX proqramı çərçivəsində “Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirməsi” mövzusunda seminarın açılış mərasimi keçirilib.
Yanvarın 30-da Təhsil Nazirliyində Avropa İttifaqının (Aİ) TAIEX proqramı çərçivəsində “Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirməsi” mövzusunda seminarın açılış mərasimi keçirilib. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Avropa İttifaqı tərəfindən təşkil edilmiş seminar fevralın 3-dək davam edəcək. Açılış mərasimində Təhsil Nazirliyinin, Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, ali məktəblərin nümayəndələri və Aİ-nin ekspertləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, seminarın məqsədi Azərbaycanın ali təhsil sisteminin Bolonya sistemi standartlarına uyğunlaşdırılması baxımından normativ–hüquqi sənədlərin monitorinqinin aparılması və qiymətləndirilməsindən ibarətdir. Avropa İttifaqı ekspertlərinin Avropa ölkələrinin qabaqcıl təcrübəsi əsasında müvafiq istiqamətlərdə Azərbaycandakı mövcud vəziyyətin müqayisəli təhlilini aparacaqlarını nəzərə çatdıran nazir seminarın ölkəmizdə ali təhsilin inkişafına mühüm töhfələr verəcəyinə əmin olduğunu söyləyib. Avropa İttifaqı ekspertlərinin Azərbaycanın təhsil qanunvericiliyi ilə yaxından tanış olduğu haqda məlumat verən Misir Mərdanov ölkəmizin Avropa təhsil məkanına – Bolonya prosesinə qoşulduğunu qeyd edib. Nazir tədbirə qatılan Avropa İttifaqının ekspert missiyası üzvlərinin yüksək səviyyəli mütəxəssislər kimi tanındığını bildirib və onların təkliflərinin, seminar ərzində aparılan müzakirələrin ali təhsil sistemində həyata keçirilən islahatların səmərəliliyinin artırılması baxımından əhəmiyyətinə diqqət çəkib. Daha sonra çıxış edən Avropa İttifaqının ekspertləri – Təhsil Hüququ və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti Jan De Groof, Ali təhsil üzrə İsveç Milli Agentliyinin nümayəndəsi Lennart Stahle, Finlandiyanın Ali Təhsilin Qiymətləndirilməsi Şurasının baş eksperti Karl Holm, təhsil nazirinin müavini Qulu Novruzov və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı beynəlxalq və Avropa təhsil sisteminə inteqrasiyanın əsas prinsipləri, təhsil müəssisələrinin akkreditasiyası qaydaları, ali təhsil sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi, universitetlər üçün reytinqlərin müəyyən edilməsi sisteminin yaradılması, tələbələrin biliklərinin qiymətləndirilməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.
08/07/2015 16:52
TƏHSİL NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, hava şəraiti ilə əlaqədar ölkənin bütün orta ümumi təhsil müəssisələrində fevralın 2-dən 5-dək tədris müvəqqəti olaraq dayandırılır. Əmrə əsasən, həmçinin 4-5 fevral tarixlərində Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə keçirilməsi nəzərdə tutulan mərkəzləşdirilmiş yoxlama imtahanları təxirə salınır. Qeyd olunan şəhər və rayonlarda mərkəzləşdirilmiş yoxlama imtahanlarının keçirilmə vaxtı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
08/07/2015 16:52
Avqustun 20-dən 22-dək Masallı rayonunda Valideyn–Müəllim Milli Assosiasiyasının növbəti seminarı keçirilib. Seminarda orta məktəblərdə yaradılmış Valideyn-Müəllim Assosiasiyalarının (VMA) konsepsiyasının və strategiyasının layihələrinin hazırlanması və strukturunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Seminarda Bakı şəhərinin 20, 28, 181, 276 nömrəli, Quba rayonu 1 nömrəli, Lənkəran rayonu 4, 8 nömrəli və Haftoni kənd məktəblərinin direktorları, Gəncə şəhər 4 nömrəli, Bakı şəhəri 46 və 16 nömrəli məktəblərin və “Avropa” liseyinin müəllimləri, “Resurs” gənclər təşkilatının sədri, bir sıra məktəblərin Valideyn–Müəllim Assosiasiyalarının prezidentləri, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru və Təhsil Nazirliyinin əməkdaşı iştirak ediblər. Seminarın gedişində işçi qrupu yaradılıb və VMA-nın yeni strukturu, strategiya və konsepsiyasının layihələri hazırlanaraq müzakirəyə çıxarılıb. Seminarin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Fevralın 13-də təhsil naziri Misir Mərdanov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçlə görüşüb.
Misir Mərdanov qonağı salamlayaraq son illər ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin inkişafı istiqamətində atılan mühüm addımlardan söhbət açıb. Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç öz ölkəsinin təhsil sistemi, ali məktəblərdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Səfir təhsil sahəsində əlaqələrin inkişafının müxtəlif istiqamətlərindən bəhs edib, Belarusun elm və təhsil müəssisələrinin uğurlarından söhbət açıb. İlkin peşə təhsili sahəsində həyata keçirilən birgə layihə çərçivəsində görüləcək işlərə toxunan qonaq Belarus ali məktəblərinin bir çox prioritet ixtisaslar üzrə yüksək təhsil imkanlarına malik olduqlarını bildirib. Azərbaycanla Belarus arasında təhsil sahəsindəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələlərindən bəhs edən təhsil naziri Misir Mərdanov azərbaycanlı gənclərin Belarus universitetlərində bir sıra prioritet ixtisaslar üzrə təhsil almasının mümkünlüyünü qeyd edib. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Belarus ali məktəbləri ilə əlaqələrin yaradılması istiqamətində görülən işləri nəzərə çatdırıb. İlkin peşə təhsili istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha da möhkəmlənəcəyinə inamını ifadə edib. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı