SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 30-da Təhsil Nazirliyində Avropa İttifaqının (Aİ) TAIEX proqramı çərçivəsində “Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirməsi” mövzusunda seminarın açılış mərasimi keçirilib.
Yanvarın 30-da Təhsil Nazirliyində Avropa İttifaqının (Aİ) TAIEX proqramı çərçivəsində “Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirməsi” mövzusunda seminarın açılış mərasimi keçirilib.
Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Avropa İttifaqı tərəfindən təşkil edilmiş seminar fevralın 3-dək davam edəcək.
Açılış mərasimində Təhsil Nazirliyinin, Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, ali məktəblərin nümayəndələri və Aİ-nin ekspertləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, seminarın məqsədi Azərbaycanın ali təhsil sisteminin Bolonya sistemi standartlarına uyğunlaşdırılması baxımından normativ–hüquqi sənədlərin monitorinqinin aparılması və qiymətləndirilməsindən ibarətdir. Avropa İttifaqı ekspertlərinin Avropa ölkələrinin qabaqcıl təcrübəsi əsasında müvafiq istiqamətlərdə Azərbaycandakı mövcud vəziyyətin müqayisəli təhlilini aparacaqlarını nəzərə çatdıran nazir seminarın ölkəmizdə ali təhsilin inkişafına mühüm töhfələr verəcəyinə əmin olduğunu söyləyib.
Avropa İttifaqı ekspertlərinin Azərbaycanın təhsil qanunvericiliyi ilə yaxından tanış olduğu haqda məlumat verən Misir Mərdanov ölkəmizin Avropa təhsil məkanına – Bolonya prosesinə qoşulduğunu qeyd edib. Nazir tədbirə qatılan Avropa İttifaqının ekspert missiyası üzvlərinin yüksək səviyyəli mütəxəssislər kimi tanındığını bildirib və onların təkliflərinin, seminar ərzində aparılan müzakirələrin ali təhsil sistemində həyata keçirilən islahatların səmərəliliyinin artırılması baxımından əhəmiyyətinə diqqət çəkib.
Daha sonra çıxış edən Avropa İttifaqının ekspertləri – Təhsil Hüququ və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti Jan De Groof, Ali təhsil üzrə İsveç Milli Agentliyinin nümayəndəsi Lennart Stahle, Finlandiyanın Ali Təhsilin Qiymətləndirilməsi Şurasının baş eksperti Karl Holm, təhsil nazirinin müavini Qulu Novruzov və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı beynəlxalq və Avropa təhsil sisteminə inteqrasiyanın əsas prinsipləri, təhsil müəssisələrinin akkreditasiyası qaydaları, ali təhsil sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi, universitetlər üçün reytinqlərin müəyyən edilməsi sisteminin yaradılması, tələbələrin biliklərinin qiymətləndirilməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl