• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 30-da Təhsil Nazirliyində görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Yanvarın 30-da Təhsil Nazirliyində görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq öncə tədbir iştirakçılarını səmimi salamlayıb.
Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin xalq yazıçısı və dramaturq Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncama uyğun olaraq ölkəmizdə silsilə tədbirlərin təşkil olunduğunu deyib.
Görkəmli yazıçının Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açan nazir bildirib ki, Mirzə İbrahimov qüdrətli qələm sahibi olmaqla yanaşı, həm də tanınmış ictimai xadim, böyük vətəndaş və ziyalı olub. Nazir, həmçinin yazıçının keçdiyi şərəfli həyat yolu, ədəbiyyat tariximizə həkk olunmuş əsərləri, ümumilikdə onun fəaliyyəti barədə danışıb.
Xalq yazıçısı Mirzə İbrahimovun Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olmasında möhtəşəm xidmətlərini mərasim iştirakçılarının nəzərinə çatdıran Misir Mərdanov ədibin ana dilimiz uğrunda nümayiş etdirdiyi qətiyyət və cəsarətini bugünkü gənc nəsil üçün ibrətamiz nümunə adlandırıb.
Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Təhsil Nazirliyinin geniş tədbirlər planının təsdiq edildiyini vurğulayan Misir Mərdanov inşa müsabiqəsinin keçirilməsinin də məhz bu planda nəzərdə tutulduğunu açıqlayıb. Nazir ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş müsabiqədə minlərlə məktəblinin iştirak etdiyini, ölkəmizin bütün rayon və şəhərlərindən seçilərək Təhsil Nazirliyinə təqdim olunmuş 115 inşanın müvafiq komissiya vasitəsilə yoxlanıldıqdan sonra qaliblərin müəyyənləşdiyini deyib. I yer üzrə 7, II yer üzrə 14, III yer üzrə isə 16 qalibin olduğunu nəzərə çatdıran təhsil naziri hər bir qalibi qazandığı uğur münasibətilə təbrik edib və onlara daha yüksək nailiyyətlər əldə etməyi arzulayıb. Təhsil naziri, həmçinin müsabiqənin keçirilməsi və təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra inşa yazı müsabiqəsi qalibləri müvafiq olaraq I, II və III dərəcəli diplomla təltif edilib və onlara xalq yazıçısı haqqında kitab təqdim olunub.
Sonda Mirzə İbrahimovun qızı, respublikanın xalq artisti Sevda İbrahimova ölkə Prezidentinin müvafiq sərəncamının xüsusi önəm daşıdığını vurğulayıb və belə bir tədbirin keçirilməsində əməyi olanlara dərin minnətdarlığını ifadə edib.


10 il əvvəl