SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev muzey-lektoriyasının açılışı və Britaniya Şurası ilə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Yanvarın 28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev muzey-lektoriyasının açılışı və Britaniya Şurası ilə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Mərasim iştirakçıları ulu öndərin həyatını, çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla tanış olublar. Daha sonra ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlara həsr olunmuş film nümayiş olunub.
Tədbir iştirakçılarına ətraflı məlumat verən institutun rektoru Asəf Zamanov bu təhsil ocağının keçdiyi zəngin inkişaf yolu, beynəlxalq əlaqələri barədə söhbət açıb. İnstitutda son 4 il ərzində bir neçə nüfuzlu beynəlxalq elmi konfransın keçirildiyini diqqətə çatdıran rektor bildirib ki, əsas məqsəd təhsilə və ölkədə aparılan təhsil islahatlarına layiqli töhfə verməkdən ibarətdir.
Sonra Britaniya Şurası ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun yüksək səviyyəli elm və təhsil mərkəzinə çevirilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Nazir qeyd edib ki, institutda hazırlanmış dərsliklər, dərs vəsaitləri, əməkdaşların elmi əsərləri bu təhsil müəssəsinin kadr potensialının imkanlarından xəbər verir.
Britaniya Şurasının Təhsil Nazirliyi ilə sıx əlaqə yaratdığını söyləyən Misir Mərdanov həyata keçirilən birgə layihələrə görə bu qurumun rəhbərliyinə təşəkkürünü bildirib. Təhsil naziri Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə Britaniya Şurası arasında imzalanan Anlaşma Memorandumunun ölkəmizdə ingilis dilinin öyrənilməsi işinin və institutun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Bəxtiyar Əliyev, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Pol Klementson və digərləri Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun ölkənin müxtəlif təhsil ocaqları üçün mütəxəssislərin, xüsusilə ingilis dili üzrə kadrların hazırlanmasındakı rolundan danışıblar.
Sonra mərasim iştirakçıları institut əməkdaşlarının elmi əsərləri, monoqrafiya, dərslik, metodik vəsait və elmi məqalələri ilə tanış olublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl