SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 19-da Tofiq İsmayılov adına Uşaq - Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə paytaxtın ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri şagirdlərinin o müdhiş gecəyə həsr etdikləri rəsm əsərləri nümayiş olunur.
Sərginin açılış mərasimində iştirak edən təhsil naziri Misir Mərdanov 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu vurğulayıb. Nazir bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu qanlı hadisələr öz siyasi-hüquqi qiymətini alıb, faciənin əsl mahiyyəti dünyaya çatdırılıb.
Sonra məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Qeyd edək ki, sərgidə yeniyetmə rəssamların 20 Yanvar faciəsini rəsmlər vasitəsi ilə əks etdirən 180-dən artıq əsəri nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl