• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 27-də Təhsil Nazirliyində müşavirə keçirilib.

Yanvarın 27-də Təhsil Nazirliyində müşavirə keçirilib. 
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov tədbirin gündəliyi barədə iclas iştirakçılarına məlumat verib. Nazir müzakirə olunacaq əsas məsələnin elektron xidmətlərin təşkili ilə əlaqədar müvafiq sənədlərin icrası və qarşıda duran vəzifələr olduğunu bildirib.
   Təhsil naziri Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli fərmanına əsasən nəzərdə tutulan məsələlərdən söz açıb. Nazir bu sənədin dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması baxımından mühüm əhəmiyyətini və müvafiq tapşırıqların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Misir Mərdanov müvafiq fərmanın birinci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları”nın və “Elektron xidmət növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” qərar imzaladığını deyib. Nazir bu siyahıda Təhsil Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət növlərinin müəyyənləşdirildiyini nəzərə çatdırıb,  həmin sənədə bir sıra əlavələrin daxil edilməsi barədə təkliflər verildiyini bildirib. Eyni zamanda Misir Mərdanov “Elektron xidmət növlərinin siyahısı”na uyğun olaraq Təhsil Nazirliyinin internet saytının müvafiq bölməsində verilmiş məlumatların mütəmadi yeniləşdirilməsinin və təkmilləşdirilməsinin  zəruriliyini qeyd edib.
Nazir elektron sənəd dövriyyəsi və elektron imzanın tətbiqini də elektron xidmətlər sahəsində əhəmiyyətli məsələlər kimi dəyərləndirib və bu sahədə müvafiq işlərin görülməsinin labüd olduğunu nəzərə çatdırıb. Qarşıda duran vəzifələrdən danışan təhsil naziri müvafiq struktur bölmə rəhbərlərinə qeyd edilən məsələlərin yaxın müddətdə həll edilməsi, lazımi tədbirlərin reallaşdırılması və “Qaynar xətt” xidməti telefonlarının üçrəqəmli sistemə keçirilməsi ilə bağlı tapşırıqlar verib.
Sonra Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov elektron xidmətlərin göstərilməsinin təşkili istiqamətində mövcud təcrübədən söz açıb, milli təhsil məlumat bazasının yaradılması üzrə mühüm nailiyyətlər əldə olunduğunu və hazırda bununla bağlı iş aparıldığını söyləyib. S.Məmmədov  “Elektron xidmət növlərinin siyahısı”nda əksini tapan məsələlər və əlavələrlə bağlı fikirlərini də bildirib.
Ultra” Şirkətinin prezidenti Tahir Mirkişili İKT-nin insan həyatında oynadığı roldan söz açaraq Təhsil Nazirliyinin müvafiq sahədə həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyət daşıdığını deyib. O, məktəblərin İKT avadanlıqları ilə təmin edilməsi, Data Mərkəzin yaradılması, müəllimlər üçün təlimlərin keçirilməsi, müəllimlərin işə qəbulu prosesində elektron mexanizmin tətbiqi və digər bu kimi istiqamətlər üzrə irəliləyişləri xüsusi qeyd edib. T.Mirkişili, həmçinin Təhsil Nazirliyi daxilində elektron sənəd mübadiləsinin yaradılması, elektron imzanın tətbiq edilməsi ilə bağlı təkliflərini nəzərə çatdırıb.
Müşavirədə təhsil naziri Misir Mərdanov müvafiq struktur bölmə rəhbərlərinə cari məsələlərlə bağlı bir sıra tövsiyə və tapşırıqlarını verib.


10 il əvvəl