• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 13-də təhsil naziri Misir Mərdanov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçlə görüşüb.

Misir Mərdanov qonağı salamlayaraq son illər ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin inkişafı istiqamətində atılan mühüm addımlardan söhbət açıb.
Belarus Respublikasının  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç öz ölkəsinin təhsil sistemi, ali məktəblərdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Səfir təhsil sahəsində əlaqələrin inkişafının müxtəlif istiqamətlərindən bəhs edib, Belarusun elm və təhsil müəssisələrinin uğurlarından söhbət açıb. İlkin peşə təhsili sahəsində həyata keçirilən birgə layihə çərçivəsində görüləcək işlərə toxunan qonaq Belarus ali məktəblərinin bir çox prioritet ixtisaslar üzrə yüksək təhsil imkanlarına malik olduqlarını bildirib.
Azərbaycanla Belarus arasında təhsil sahəsindəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələlərindən bəhs edən təhsil naziri Misir Mərdanov azərbaycanlı gənclərin Belarus universitetlərində bir sıra prioritet ixtisaslar üzrə təhsil almasının mümkünlüyünü qeyd edib. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Belarus ali məktəbləri ilə əlaqələrin yaradılması istiqamətində görülən işləri nəzərə çatdırıb. İlkin peşə təhsili istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl