SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 14-də “Trend” informasiya agentliyinin mətbuat mərkəzində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə “Müasir müəllimin nüfuzu - bu gün və sabah” mövzusunda mətbuat konfransı keçirilib.
Cəmiyyət, ictimaiyyət və KİV-in müəllim nüfuzunun bərpasında roluna həsr edilən bu konfransda valideynlər, müəllimlər, müxtəlif sahələrin nüfuzlu elm xadimləri və alimlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova təhsilin, sağlamlığın, iqtisadiyyatın, mədəniyyətin, ümumilikdə bütün inkişaf sahələrinin yolgöstərəni olan, işinə məsuliyyətlə yanaşan, gənc nəslin formalaşmasında mühüm rol oynayan peşəkar müəllimlər və onların fəaliyyətindən danışıb, dövlətin onlara göstərdiyi qayğını xüsusi qeyd edib. T.Şərifova daha sonra ötən illərə nisbətən cəmiyyətdə müəllim nüfuzunun bir qədər aşağı düşdüyünü bildirərək bununla bağlı rəhbərlik etdiyi qurumun Bakıda və regionlardakı orta məktəblərdə 345 müəllim və valideyn arasında sosioloji sorğu keçirdiyini diqqətə çatdırıb.
Mətbuat konfransında müasir müəllimin nüfuzuna dair keçirilən sosioloji sorğunun nəticələri slaydlar vasitəsilə iştirakçılara təqdim edilib və müvafiq təhlillər aparılıb. Daha sonra psixoloqlar tərəfindən IX-XI sinifdə təhsil alan 300 şagird arasında müəllim olmaq istəyi ilə bağlı sorğu keçirildiyi bildirilib və onun nəticəsi açıqlanıb.
Cəmiyyətdə müəllim nüfuzunun yüksəldilməsi, onun bərpası istiqamətində lazımi işlərin görülməsinin əhəmiyyətini qeyd edən T.Şərifova bununla bağlı müvafiq təkliflər verilməsinin zəruriliyindən danışıb, həmin təkliflərin aidiyyəti qurumlara göndəriləcəyini vurğulayıb.
Tədbirdə AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Südeyif İmamverdiyev, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 177 saylı orta məktəbin direktoru Həqiqə Məmmədova və başqaları çıxış edərək ölkəmizdə müəllim nüfuzunun aşağı düşməsinin səbəbləri, onu yüksəltməyin yolları ilə bağlı fikir və mülahizələrini bildiriblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl