SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 26-da 13-15 yaşlı yeniyetmələr arasında Milli Qurtuluş gününə həsr olunmuş “məhəllə kuboku” layihəsinə start veriləcək.
İlk dəfə keçirilən layihənin təşkilatçıları sırasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Təhsil İdman Mərkəzinin uşaq-gənclər futbol məktəbi, Bakı şəhərinin Nizami, Səbail, Yasamal, Nərimanov və Qaraçuxur bələdiyyələri yer alıb. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)”nda nəzərdə tutulan futbolun kütləviləşməsi, uşaq futbolunun inkişafı və istedadlı gənclərin üzə çıxması məsələlərinə töhfə vermək, yeniyetmələrin sağlam həyat tərzinə meylini daha da artırmaqdır.
Layihənin I mərhələsində Bakı şəhəri Nizami, Səbail, Yasamal, Nərimanov və Qaraçuxur bələdiyyələrinin ərazilərində daxili turnirlər təşkil olunacaq. Oyunlar olimpiya sistemi üzrə keçiriləcək. İlk mərhələnin yekununda hər bələdiyyə ərazisində qalib gələn məhəllə final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsində isə komandalar dairəvi sistem üzrə yarışacaqlar.
Yarışda iştirak etmək istəyən komandalar öz ərazilərinin bələdiyyələrinə və ya Azərbaycan Respublikası Təhsil İdman Mərkəzinin uşaq-gənclər futbol məktəbinə (tel: 012-520-18-50) 13-24 may tarixlərində müraciət edə bilərlər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl