SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 14-də Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə III Respublika Çempionatının açılış mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə Respublika Çempionatının üçüncü ildir keçirildiyini nəzərə çatdırıb. Çempionatın təşkilində əməyi olanlara təşəkkürünü bildirən nazir ali məktəb tələbələrinin bu yarışlarda fəal iştirakını təqdirəlayiq hal kimi dəyərləndirib və onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və başqaları belə yarışların keçirilməsinin əhəmiyyətindən bəhs edib, ənənəvi çempionatın Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına layiqli töhfələr verəcəyinə inandıqlarını bildiriblər.
“Şəfa” stadionunda keçirilən çempionatın ilk oyununda Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları qarşılaşıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl