• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 14-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Kür çayının daşması nəticəsində yaranmış vəziyyət və problemin həlli istiqamətində görülən tədbirlər barədə məlumat verib. Sonra nazir təhsil sahəsində səmərəli qarşılıqlı əlaqələrin qurulması üçün həyata keçirilmiş işlərdən və bu baxımdan qarşıda duran digər məsələlərdən danışıb, Azərbaycanda üç seçilmiş məktəbdə yapon dilinin xarici dil kimi tədrisi, azərbaycanlı gənclərin Yaponiyanın nüfuzlu ali təhsil müəssisələrində təhsili və peşə təhsili üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunub. Qonağa ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində atılan addımlar haqqında ətraflı məlumat verən Misir Mərdanov Təhsil Nazirliyi əməkdaşlarının, orta məktəb müəllimlərinin və peşə təhsili sahəsində çalışan mütəxəssislərin Yaponiyaya tədris səfərlərinin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürlərini bildirən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki son günlər Azərbaycanda daşqınların törətdiyi fəsadlardan narahatçılıq hissi keçirdiyini, bu problemin vaxtında nəzarət altına alınmasının müsbət hal olduğunu qeyd edib. Səfir yapon dilinin orta məktəblərdə xarici dil kimi tədris olunması məsələsini yüksək dəyərləndirib, həmin tədris ocaqlarının müəllim və şagirdləri ilə görüşlərdən məmnun qaldığını, texniki peşə təhsili sahəsində əlaqələrin inkişaf etdirildiyini, azərbaycanlı gənclərin Yaponiya universitetlərində təhsil almasına dəstək göstərməyə hazır olduqlarını nəzərə çatdırıb.
Görüşdə tərəflər Azərbaycanla Yaponiya arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduqlarını vurğulayıb, müzakirə olunan digər məsələlərlə bağlı fikirlərini bildiriblər.


10 il əvvəl