• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 1-də Təhsil Nazirliyində «Məktəb şəbəkəsinin rasionallaşdırılması» mövzusunda kollegiya iclası keçirilib.

Kollegiya iclasında ölkəmizdə məktəb şəbəkəsinin təşəkkülü tarixindən söz açan təhsil naziri Misir Mərdanov bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycanda ümumtəhsil məktəblərin sayı barmaqla sayılacaq qədər az olduğu halda, 1920-1930-cu illərdən təhsil müəssisələrinin sayı xeyli artıb. Nazir qeyd edib ki, əvvəlcə ümumi icbari ibtidai təhsilə keçid sayəsində bu proses sürətlənib, sonralar isə hər bir vətəndaşa ümumi icbari təhsil vermək məqsədinə nail olmaq üçün ən xırda yaşayış məntəqələrində belə məktəblər açılıb. Misir Mərdanov məktəbi təhsil alanın yanına aparmaqdansa, təhsil alanı məktəbə gətirməyi daha düzgün hesab etdiyini, dünyada bu cür təcrübənin artıq mövcud olduğunu, bir sıra ölkələrdə nəinki kiçik yaşayış məntəqələrində, hətta iri şəhərlərdə belə şagirdlərin məktəblərə aparılıb-gətirildiyini, bu məqsədlə xüsusi avtobuslar ayrıldığını diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanov məruzə təqdimatında şagirdlərin sayı az olan ümumtəhsil məktəblərinin rayonlar üzrə yerləşməsi, bir yaşayış məntəqəsində fəaliyyət göstərən məktəblər və bir neçə yerdə işləyən müəllimlərin sayı haqqında statistik məlumatları əks etdirən cədvəlləri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra təhsil naziri Ucar rayonunda məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə hazırlanmış təkliflərlə iştirakçıları tanış edib. Kollegiya iclasında ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə nazirliyin müvafiq şöbələrinə, rayon və şəhər təhsil şöbələrinə tapşırıqlar verilib.

Mayın 1-də Təhsil Nazirliyində “Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər” mövzusunda kollegiya iclası keçirilib.

Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə müzakirə ediləcək mövzu barədə məlumat verib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdıran təhsil naziri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsildə də əsaslı dəyişikliklərin aparıldığını, yeniliklərin tətbiq olunduğunu bildirib. Sonra Misir Mərdanov “Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər” mövzusunda məruzə-təqdimatla çıxış edib. Nazir qeyd olunan məsələnin aktuallığını nəzərə alaraq bu məqsədlə işçi qrupunun yaradıldığını diqqətə çatdırıb, metodik xidmətin təşkilində islahatların zəruriliyindən danışıb. Bu sahə üzrə mövcud vəziyyətdən söz açan təhsil naziri hazırda ölkəmizin 73 şəhər və rayonunda (Naxçıvan MR daxil olmaqla) təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəzin fəaliyyət göstərdiyini bildirib. Nazir çıxışında metodik xidmətin təşkilində müsbət təcrübələrdən danışıb, Bakı Şəhəri üzrə Metodik Mərkəzinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodik kabinetinin işini xüsusi qeyd edib. Misir Mərdanov bir sıra rayonların metodik kabinetləri tərəfindən təhsil müəssisələrinə göstərilən metodik xidmətin səmərəli formalarından istifadə edildiyini, son illərdə metodistlərin kurikulumlar üzrə təlimlərə cəlb olunması istiqamətində məqsədyönlü işlər aparıldığını bildirib. Nazir daha sonra metodik kabinetin vəzifələrindən ətraflı bəhs edib. Məruzə-təqdimatda Naxçıvan MR, eləcə də ölkəmizin digər şəhər və rayonlarında fəaliyyət göstərən metodik kabinetlər haqqında məlumatlar, həmin metodik kabinetlərdə (mərkəzlərdə) fənlər üzrə çalışan metodistlərlə bağlı statistik rəqəmlər diqqətə çatdırılıb, bununla bağlı geniş təhlil aparılıb. İclasda metodik xidmətin təşkilində mövcud problemlərdən də söz açılıb, xarici ölkələrdə metodik xidmətin təşkili təcrübəsindən danışılıb və bu istiqamətdə işin təkmilləşdirilməsi üzrə təkliflər iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Mayın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

İclasda «2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq» məsələsi müzakirə edilib. Müzakirə olunan məsələ barədə məruzə-təqdimatla çıxış edən təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasını son illər Təhsil Nazirliyinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri adlandırıb. Nazir bildirib ki, bu il XI siniflərlə yanaşı IX sinif şagirdləri də buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada verəcəklər. Bir neçə illik zəhmətin hədər getmədiyini söyləyən təhsil naziri vəziyyətin ildən-ilə yaxşılaşdığını, imtahanların mərkəzləşdirilmiş qaydada aparılmasının ictimaiyyət tərəfindən razılıqla qarşılandığını vurğulayıb. Təhsil naziri bildirib ki, yeni qiymətləndirmə siyasəti təhsilimizin inkişafına, ölkədə məktəbin, müəllimin nüfuzunun yüksəlməsinə xidmət edir və bütövlükdə təhsil prosesinin iştirakçılarında məsuliyyət hissini artırır. Builki yoxlama imtahanlarının nəticələrinin ötən illə müqayisədə 10 faiz yaxşılaşdığını söyləyən Misir Mərdanov imtahanların yekunlarını əks etdirən bəzi statistik rəqəmləri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Nazir bildirib ki, IX siniflər üzrə 138006 şagirddən 127796-sı, yəni 92,6 faizi imtahanda iştirak edib və onlardan 82691 nəfəri, yəni 64,71 faizi müsbət qiymət alıb. XI siniflər üzrə isə 96394 şagirddən 90134-ü, yəni 93,5 imtahanda iştirak etdiyini, onlardan 37181 nəfərinin, yəni 41,25 faizinin müvəffəq qiymət aldığını nəzərə çatdıran təhsil naziri 2009-cu il sentyabrın 16-dan 2010-cu il aprelin 28-dək təhsil şöbələri tərəfindən 1927 nəfər XI sinif şagirdinin müzunların siyahısından qeyri-müəyyən səbəblərdən çıxarılmasını mənfi hal kimi qiymətləndirib. Nazir kollegiya iştirakçılarını 2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarında IX və XI siniflərin müvəffəqiyyət faizindəki fərqlər, son iki ilin yoxlama imtahanlarının müqayisəli təhlili ilə tanış edib, imtahana hazırlıq işini yaxşı təşkil etmiş, eləcə də imtahana aşağı səviyyədə hazırlaşmış şəhər və rayonların adını açıqlayıb. Misir Mərdanov nümunəvi fəaliyyəti ilə fərqlənən və işini çox aşağı səviyyədə yerinə yetirmiş nəzarətçilərin adlarını qeyd edib və bir sıra digər məsələlər barədə məlumat verib. Məruzə-təqdimatında təhsil naziri buraxılış imtahanlarına hazırlıqla bağlı görüləcək işlər, məktəbdaxili, beynəlxalq və milli qiymətləndirmə sahəsində həyata keçirilmiş və keçiriləcək tədbirlər haqqında da fikirlərini bildirib.

Mayın 3-də Bakıdakı «Crescent Beash» otelində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq məktəblilərin Beynəlxalq Mendeleyev Olimpiadası iştirakçılarını və qonaqları salamlayıb. Nazir olimpiadanın təşkilində Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, təşkilat komitəsinin həmsədri Valeri Vasilyeviç Luninin, kimyaçı alim, AMEA-nın müxbir üzvü professor Vaqif Abbasovun, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun xüsusi rolu olduğunu vurğulayıb və onlara təşəkkür edib. Təhsil naziri olimpiadanın gedişi zamanı 70 yaşı tamam olmuş V.V.Lunini təbrik edib, ona səmərəli fəaliyyətində yeni uğurlar arzulayıb. Tədbirdə çıxış edən münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Vaqif Abbasov Beynəlxalq Mendeleyev Olimpiadasına Azərbaycanda belə yüksək səviyyədə marağın olmasında dövlətimizin başçısı cənab İlham Əliyevin qayğısının xüsusi rol oynadığını qeyd edib. Möhtəşəm bilik yarışmasının uğurla başa çatdığını söyləyən Vaqif Abbasov olimpiadada fərqlənənlərə diplomların, bürünc, gümüş və qızıl medalların veriləcəyini nəzərə çatdırıb. Sonra olimpiada qaliblərinə mükafatlar təqdim edilib. Qeyd edək ki, yarışın qalibləri görkəmli kimyaçı alimlərdən ibarət beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. 14 ölkənin məktəblilərinin qatıldığı olimpiadada 10 qızıl medaldan 1-ni, 27 bürünc medaldan 3-nü azərbaycanlı şagirdlər qazanıb. Bilik yarışında ölkəmizi təmsil edən 12 məktəblidən Lənkəran Özəl Türk Liseyinin şagirdi Aqil Əzimzadə qızıl medala, Quba Özəl Türk Liseyinin XI sinif şagirdi Rəşad Yusifov, Dədə Qorqud liseyinin X sinif şagirdi Aqil Səfərəlizadə, Bakıdakı 60 nömrəli məktəbin XI sinif şagirdi Vüqar Mirzəxanov isə bürünc medala layiq görülüblər. Məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının ikinci dəfə Bakıda keçirilməsindən məmnun olduğunu bildirən təşkilat komitəsinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, fiziki kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Lunin ölkəmizdə müşahidə edilən hərtərəfli inkişaf və tərəqqidə ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb. Olimpiadaya yaxşı hazırlıq görüldüyünü qeyd edən V.V.Lunin bu bilik yarışının təşkilinə göstərdiyi köməyə görə təhsil naziri Misir Mərdanova və bütün digər təşkilatçılara minnətdarlığını çatdırıb. 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının bütün qaliblərini təbrik edən təhsil naziri Misir Mərdanov təşkilatçılara təşəkkürünü bildirib. Azərbaycan müəllimlərinin, Azərbaycan şagirdlərinin, Azərbaycan alimlərinin belə bir mötəbər bilik yarışından qələbə ilə çıxdığını söyləyən nazir bir qızıl, üç bürünc medalın qazanılmasını böyük uğur hesab etdiyini nəzərə çatdırıb. Uğur qazanan uşaqların artıq M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Kanadanın Toronto Universiteti və dünyanın ən nüfuzlu digər universitetlərinə kimya ixtisası üzrə imtahansız qəbul olmaq imkanı əldə etməsini mühüm nailiyyət kimi dəyərləndirən təhsil naziri bildirib ki, indiyədək olimpiada qaliblərindən 21 nəfər Moskva Dövlət Universitetinin kimya fakültəsində təhsillərini uğurla davam etdirirlər.

Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.

Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində yenidən görməyinə məmnun olduğunu bildirib. Nazir Fransa ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra məsələlərə toxunub, ölkəmizin orta məktəblərində fransız dilinin tədrisi vəziyyəti barədə danışıb. Misir Mərdanov mövcud olan əməkdaşlıq çərçivəsində digər əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu qeyd edib. Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Səfir ölkələrarası əlaqələrin son illər daha da inkişaf etdirilməsindən və bu əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğundan söz açıb. Azərbaycan – Fransız məktəbinin yaradılması ilə bağlı bir sıra məsələlərə diqqət çəkən qonaq belə bir məktəbin Gürcüstanda da açıldığını və “Qafqazın fransız məktəbi” adı altında fəaliyyət göstərdiyini vurğulayıb. Qabriel Keller, həmçinin, bu məktəbin Qafqazda yeganə olmaması arzusunu dilə gətirib və bununla əlaqədar nəzərdə tutulan məsələləri qeyd edib. Nazir qonağın bu fikri ilə razılaşaraq onu dəstəklədiyini, hazırda ölkəmizdə belə bir məktəbə ehtiyac duyulduğunu bildirib. Misir Mərdanov bununla bağlı müvafiq sənədin imzalanması məsələsinə toxunub, təhsil sahəsində qarşılıqlı əlaqələrimizin daha da möhkəmlənəcəyinə inamını ifadə edib. Görüşdə, həmçinin, Fransa universitetlərində təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdıqları bir sıra problemlərin aradan qaldırılması məqsədilə təkliflər səsləndirilib və bununla bağlı birgə işçi qrupunun yaradılması qərara alınıb.

Mayın 6-da "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Respulikası Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə qərənfillər düzüblər. Mərasimi təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, müstəqil Azərbaycanın hər yerində çağdaş dövlətçiliyimizin memarı və qurucusu, təhsil strategiyasının müəllifi, uşaqların, məktəblilərin, gənclərin böyük dostu ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd edilməkdədir. Nazir ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş inşa-yazı müsabiqəsi haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. "Ulu öndər Heydər Əliyevi düşünərkən" nominasiyası üzrə ümumtəhsil məktəbləri və peşə liseylərinin 600 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışının 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) təşkil edildiyini vurğulayan təhsil naziri onlardan 5 nəfərin I yerə, 5 nəfərin II yerə, 11 nəfərin III yerə layiq görüldüyünü, 56 nəfərin isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunduğunu nəzərə çatdırıb. Misir Mərdanov inşa yazılarında məktəblilərin ulu öndər haqqında fikir və düşüncələrini özünəməxsus səmimi hisslərlə, həm də bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə ifadə etdiklərini bildirib. Təhsil naziri onu da qeyd edib ki, müsabiqənin respublika mərhələsində iştirak edən VII-XI sinif şagirdlərinin ümummilli lider Heydər Əliyevin şərəfli həyat yoluna, parlaq siyasi və zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş inşa yazılarının "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında ayrıca kitab şəklində nəşr olunub qaliblərə və onların oxuduqları məktəblərə hədiyyə edilməsi artıq bir ənənəyə çevrilib. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında həmin nominasiya üzrə keçirilmiş müsabiqənin 10 nəfər qalibinin inşa yazıları da adıçəkilən kitaba daxil edilib. Təhsil naziri müstəqil Azərbaycanın milli təhsil quruculuğu strategiyasının banisi Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən təhsil sisteminin davamlı inkişaf yolunun bir sıra məqamlarından bəhs edib. Son illərdə Azərbaycan təhsilinin dinamik inkişafının əsas səbəblərini sadalayan nazir çıxışının sonunda bütün təşkilatçılara və müsabiqənin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirib. Yeni Azərbaycan Partiyası sədrinin müavini, millət vəkili Əli Əhmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsini, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onların dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib. Əli Əhmədov ötən il olduğu kimi bu il də I, II, III yerləri tutmuş qaliblərin hər birinə gələcəkdə hansı ali məktəblərə daxil olmalarından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən aylıq təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb və qaliblərə uğurlar arzulayıb. Azərbaycan Respulikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını və bu məsələnin ölkə başçısı cənab İlham Əliyev tərəfindən də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. Millət vəkili müsabiqənin qaliblərinə nailiyyətlər arzulayaraq onların pulla mükafatlandırılacaqlarını bildirib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb. Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən layihələrdən söz açıb. Fondunun icraçı direktoru müsabiqənin əhəmiyyətli olduğunu, Heydər Əliyev Fondun prezidenti Mehriban xanım Əliyevanın qərarına əsasən bu müsabiqənin 21 qalibinin Belçika Krallığına, Fransa Respublikası və Almaniya Federativ Respublikasına göndəriləcəklərini bildirib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müsabiqə qaliblərini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. Sonra I, II, III yerlərin qalibləri olan 21 nəfər və Fəxri fərmana layiq görülən 56 nəfər səhnəyə dəvət edilib. I, II, III yerlərin qaliblərinə noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə xatirə hədiyyələri təqdim olunub.

Mayın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə gerçəkləşdirilən "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda elmi-metodik konfransın yekun toplantısı keçirilib.

Toplantını Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfransın istedadlı şagirdlərin aşkara çıxarılması və potensial imkanlarının inkişaf etdirilməsi sahəsində paytaxt müəllimlərinin yaradıcı fəaliyyətinə böyük təkan verdiyini bildirib. Toplantının əlamətdar bir vaxtda keçirildiyini söyləyən Nailə Rzaquliyeva ulu öndərin istedadlı uşaq və gənclərin inkişafına həmişə böyük diqqət yetirdiyini, onun 1996-cı il 22 iyun tarixli fərmanı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nın yaradıldığını diqqətə çatdırıb, bu siyasətin hazırda ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın istedadlı gənclərə böyük diqqət və qayğı göstərdiklərini vurğulayıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri konfrans çərçivəsində keçirilmiş müsabiqənin yekunları ilə toplantı iştirakçılarını tanış edərək yaradıcılıq yarışında paytaxtın 65 müəlliminin qalib gəldiyini, onların məqalələrinin toplu şəklində dərc olunduğunu, daha çox fərqlənən 21 müəllimin isə Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldığını söyləyib və qalibləri təbrik edib. Müsabiqə qaliblərindən Bakının 8 nömrəli məktəbinin biologiya müəllimi Sevinc Əliyeva, 1 nömrəli məktəbin müəllimi Vüsalə Həsənova, bağça-məktəb-lisey kompleksinin psixoloqu Elnarə Məmmədova, 8 nömrəli məktəbin müəllimi İlhamə Əkbərova və 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlünün təqdimat çıxışları dinlənilib. Toplantıda çıxış edən BDU-nun professoru Qasım Hüseynov, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov ümummilli lider Heydər Əliyevin Vətənimiz, xalqımız qarşısındakı xidmətlərindən, istedadlı gənclərin inkişafına göstərdiyi qayğıdan söz açıblar. Sonra qaliblərə mükafatlar təqdim olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov qalibləri təbrik ediblər. Təhsil naziri təbrik çıxışında bu günlər ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün əsl bayram təntənəsi ilə qeyd olunduğunu bildirib. Bütün dünyada istedadların cəmiyyətin sərvəti, aparıcı qüvvəsi kimi dəyərləndirildiyini diqqətə çatdıran nazir ölkəmizdə də onların dövlətin qayğısı ilə əhatə olunduğunu, istedadların vaxtında aşkara çıxarılıb inkişaf etdirilməsində müəllimlərin böyük rol oynadığını söyləyib. Misir Mərdanov konfransın əhəmiyyətini yüksək qiymətləndirib, onun keçirilməsinə dəstək verdiyinə, təhsil işçiləri ilə bağlı bir çox tədbirlərin təşəbbüsçüsü kimi çıxış etdiyinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə minnətdarlığını bildirib.

Aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 1003 müraciət daxil olub.

Müraciətlərin 919-u (91.6%) telefonla, 84-ü (8.4%) elektron poçt vasitəsilə qəbul edil­ib. Daşıdığı informasiyanın əhəmiyyətindən, mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən mü­ra­ciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq qaydada araşdırılıb, ün­van­lı mü­raciətlər isə yazılı şəkildə cavablandırılıb. Ötən aylarda olduğu kimi müraciətlərin böyük əksəriyyəti yenə də ano­nim­ olub, sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. Aprel ayı ərzində “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI si­nif­lərində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nə­ti­cə­lə­ri, bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar rəy və təkliflər, müəllimlərin işə qə­bulu üzrə yeni mexanizmin gələcəkdə geniş tətbiqinin səmərəliliyi barədə mü­la­hizələr, Respublika fənn olimpiadalarının və Beynəlxalq olimpiadaların təşkili, ke­çirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sənədlərinin tanınması qaydaları ilə əlaqədar olub. Hə­min müraciətlər ümumi sorğuların 75-80 faizindən çoxunu təşkil edib. Başqa sor­ğularda isə müəllimlərin əmək haqqının dərəcələr üzrə hesablanması qay­da­ları, təhsil sənədlərinin alınması və sair məsələlərlə bağlı olub. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı mü­ra­ciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi isə Gəncə, Sumqayıt və Şir­van şəhərlərindəndir. Bakıdan 74, Sumqayıtdan 5, Gəncədən 3, Min­­gə­çevirdən 3, Şirvandan 1 müraciət daxil olub. Rayonlar üzrə Abşeron, Go­ran­boy, Qəbələ, Gədəbəy, Şamaxı, Cəlilabad, Lənkəran, Biləsuvar, Fizuli və Şa­ma­xıdan daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəs­sisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində ça­tış­mazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər mə­sələlər öz əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciət əsasında Bakı şəhərinin 63 nömrəli mək­tə­bdə yaranmış vəziyyət araşdırılıb, burada şagird-müəllim-vali­deyn münasibətlərinin düzgün qurul­ma­sı, sanitar-gigiyenik nor­ma­lara əməl olunması istiqamətində zəruri iş­lərin aparıl­ma­dığı müəyyən olunub, mək­təbin direktoruna töhmət elan edilib. Daxil olmuş digər müraciətlər əsasında Cəlilabad şəhər 1 və 8 saylı mək­təb­lər­də­ki vəziyyət araşdırılıb, işdə yol verdikləri nöq­san­la­ra görə hər iki məktəbin direktoru tutduqları vəzifədən azad olun­ublar. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət etmiş şəxslərdən onların şi­ka­yət­lərinə operativ şəkildə baxıldığına görə təşəkkür məktubları da daxil olub.

Mayın 7-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq və Norveç nümayəndə heyəti ilə görüşüb.

Mayın 7-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq və Norveç nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər Azərbaycanla Norveç arasında mövcud olan əlaqələrin, xüsusilə, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini qeyd edib. Nazir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq öncə səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü bildirib. Ölkələrimiz arasındakı təhsil əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan səfir universitetlərin birgə əməkdaşlığı məsələsinə də toxunub. Səfir Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında həyata keçirilən layihənin əhəmiyyətindən söz açıb və bu layihəyə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Sonra səfir Norveç universitetlərində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı tələbələrin təhsili, Beynəlxalq İqtisadiyyat Məktəbi (İSET) proqramının Azərbaycanda reallaşdırılması, Norveç Humanitar Elmlər Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasındakı əlaqələrin inkişafı, eləcə də digər yeni layihələrin həyata keçirilməsi məsələlərindən söz açıb. Təhsil naziri Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında reallaşdırılan layihəyə xüsusi önəm verdiyini vurğulayıb və müzakirə olunan digər məsələlərə öz münasibətini bildirərək lazımi dəstək göstərməyə hazır olduğunu qeyd edib. Sonra Norveç Xarici İşlər Nazirliyi baş direktorunun müavini Bard Svendsen, Oslo Universitetinin professoru Vibeke Roggen həyata keçirilən layihələr və nəzərdə tutulan məsələlərlə bağlı fikirlərini bildiriblər. Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov da iştirak edib.

Mayın 7-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası» rəsm qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, Fuad Muradov iştirak ediblər. Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb. Keçirilmiş müsabiqə barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan rəsm müsabiqəsi 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) keçirilib. Elmar Qasımov ümumtəhsil məktəblərinin on minlərlə şagirdinin qatıldığı müsabiqənin respublika mərhələsinə təqdim olunmuş 300-ə yaxın rəsmdən 18-nin qalib hesab edildiyini, yaradıcılıq işlərində gənc rəssamların ulu öndərə sonsuz məhəbbətlərinin duyulduğunu nəzərə çatdırıb. Nazir müavini çıxışının sonunda müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib, qalibləri təbrik edib. Çıxış üçün söz alan millət vəkili Fəttah Heydərov dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından, Azərbaycan xalqının ulu öndərə tükənməz sevgisindən söz açıb. Təhsil naziri Misir Mərdanov bu günlər ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün təntənə ilə qeyd edildiyini bildirib. Nazir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı söhbət açıb. Keçirilən rəsm müsabiqəsinin əhəmiyyətinə toxunan təhsil naziri qaliblərə yeni-yeni uğurlar arzulayıb. Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimindən sonra iştirakçılar uşaqların yaradıcılıq işləri ilə tanış olublar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı