SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupu bu günlərdə Türkiyənin Fəthiyə şəhərində beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.
20 ölkənin uşaq rəqs kollektivinin iştirakı ilə keçirilən beynəlxalq festivalda xüsusilə fərqlənən kollektiv minlərlə tamaşaçı qarşısında Azərbaycanı layiqincə təmsil edib. Festival çərçivəsində “Qızıl günəş” adı altında rəqs yarışması keçirilib. Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan, İndoneziya, Rusiya, Gürcüstan, Litva və digər ölkələrdən gələn rəqs qrupları gözəl rəqslər nümayiş etdiriblər.
“Azəri inciləri” rəqs qrupunun 3 rəqsi (Nəlbəki, Naz eləmə, Qaytağı) özündə birləşdirən kompozisiyası tamaşaçıların alqışları ilə qarşılanıb. Münsiflər heyəti qrupun çıxışına yüksək qiymət verib, rəqqaslarımız III yeri tutub və medallar qazanıblar.
Fəthiyə şəhərində keçirilən böyük qala konsertdə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Dram” dərnəyinin üzvü Elnur Əliyev Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini ifa edib. Tamaşaçılar onun çıxışını sürəkli alqışlarla qarşılayıblar. Sonra rəqs qrupumuz öz şux rəqsləri ilə konserti daha da rövnəqləndirib. Çıxışdan sonra şəhər bələdiyyəsinin rəhbəri kollektivə uğurlar arzulayıb, hədiyyə və medalları uşaqlara təqdim edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl