SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 13-də təhsil naziri Misir Mərdanov YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen, Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Mark Herevard və nümayəndəliyin məsul əməkdaşları ilə görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığına xüsusi önəm verdiyini qeyd edən nazir bu qurumun Azərbaycanda təhsil sahəsi üzrə həyata keçirdiyi layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Nazir qeyd edib ki, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində fəal təlim metodlarının tətbiqi, müəllimlərin ixtisasının artırılması, məktəbəqədər təhsil, Valideyn-Müəllim Assosiasiyasının yaradılması və digər istiqamətlər üzrə uğurlu nəticələr əldə olunub. Nümayəndəliyin təhsil sahəsi ilə bağlı gördüyü işləri, bu qurumun əməkdaşlarının əməyini yüksək qiymətləndirən Misir Mərdanov qarşılıqlı əməkdaşlıq nəticəsində daha mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.
Sonra nazir “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən işləri qeyd edərək YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin bu sahəyə olan dəstəyindən söz açıb. Misir Mərdanov xüsusi olaraq qeyd edib ki, YUNİSEF-in ölkəmizdəki keçmiş nümayəndəsi Hanaa Singerə uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondu tərəfindən təsis edilən “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olunub.
Səmimi qəbul üçün nazirə təşəkkürünü bildirən YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen bu qurumun Azərbaycandakı nümayəndəliyinin Təhsil Nazirliyi ilə səmərəli və məhsuldar əlaqələrinin yaradılmasından və birgə əməkdaşlıqdan söz açıb. Regional direktor son illər Azərbaycanda iqtisadiyyatın inkişafı, informasiya texnologiyalarının tətbiqi və digər sahələr üzrə uğurlu addımlar atıldığından məlumatlı olduğunu qeyd edib. Stiven Allen bildirib ki, cari ilin iyununda Azərbaycan Hökuməti ilə YUNİSEF arasında 2011-2015-ci illəri əhatə edən birgə Fəaliyyət planının müzakirə edilməsi nəzərdə tutulub. Məhz bu məqsədlə də təmsil etdiyi qurumun Azərbaycanın müxtəlif dövlət təşkilatlarında görüşlər keçirməyə, aparılan işlərlə yaxından tanışlığa xüsusi əhəmiyyət verdiyini və səfərin əsas məqsədinin buna xidmət etdiyini vurğulayıb.
Uşaq hüquqlarının qorunması, onların düzgün tərbiyə olunması kimi məsələlərin əhəmiyyətini diqqətə çatdıran qonaq Valideyn-Müəllim Assosiasiyasının rolundan da söz açıb. Çıxışının sonunda Stiven Allen YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi üçün xoş sözlərə görə Misir Mərdanova təşəkkür edib.
Təhsil naziri Misir Mərdanov qeyd olunan Fəaliyyət planında məktəbəqədər təhsil sahəsi üzrə müvafiq işlərin aparılması, bu istiqamətdə yeni kurikulumların işlənilməsi, tərbiyəçilərin və müvafiq vəsaitlərin hazırlanması, Valideyn-Müəllim Assosiasiyasının işinin daha da artırılması və digər mühüm məsələlərin öz əksini tapması təklifini irəli sürüb. Nazir, həmçinin, qonağın paytaxtın bir neçə məktəbəqədər təhsil müəssisəsi ilə yaxından tanış olması təşəbbüsü ilə çıxış edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı söhbət aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl