• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 3-də təhsil naziri Misir Mərdanov Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri qonaqları səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında təhsil sahəsindəki əlaqələrin xüsusi rol oynadığını bildirib. Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərdiyini vurğulayan nazir bu baxımdan Argentina ilə gələcəkdə səmərəli əlaqələrin qurulacağına inamını ifadə edib. Bu yaxınlarda Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının (CONISET) prezidenti Marta Rovira ilə görüşünü xatırladan Misir Mərdanov qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinin mümkünlüyünü vurğulayan təhsil naziri bu görüşü gələcək əməkdaşlığın inkişafı baxımından yüksək dəyərləndirib. Səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın və Argentinanın təbii sərvətlərlə zəngin olduğunu söyləyən qonaq bunların elmi potensiala çevrilməsinin və biliklərə əsaslanan iqtisadiyyatın qurulmasının əhəmiyyətinə toxunub. Dinamik inkişaf edən müasir dünyada yeni texnologiyaların tətbiqinin zəruriliyini önə çəkən nazir bu baxımdan gənclərin qüvvəsindən istifadə edilməsinin vacib olduğunu bildirib. Argentinada Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin 2007-ci ildən fəaliyyət göstərdiyini nəzərə çatdıran Lino Baranao rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq tələbə mübadiləsi sahəsində əlaqələrin faydalı olacağına inamını ifadə edib. Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra qazandığı uğurlar barədə ətraflı söhbət açan Misir Mərdanov bu dövrdə ölkə təhsilinin keçdiyi inkişaf yolundan bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhsil sahəsinin də inkişafına olduqca mənfi təsir göstərdiyini vurğulayan nazir respublikamızın beynəlxalq aləmdə artan nüfuzu sayəsində bu problemin tezliklə ədalətli həllini tapacağına əminliyini bildirib. Nazir Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurlu nəticələrinə toxunub və təhsil sahəsində həyata keçirilən islahatlar və əldə edilmiş nailiyyətlər barədə qonaqları məlumatlandırıb. Ölkəmizdə alimlərin 80 faizindən çoxunun təhsil sistemində çalışdığını vurğulayan Misir Mərdanov elm adamlarının qarşılıqlı səfərlərinin təşkili və birgə elmi konfransların keçirilməsinin mümkünlüyü məsələlərini nəzərə çatdırıb. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə də iştirak edib.

Noyabrın 11-də təhsil nazirinin müavini Qulu Novruzov Belarus Respublikası Təhsil Nazirliyinin Texniki Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar və Belarus Respublikası Peşə Təhsili İnstitutunun rektoru Arkadiy Şklyarla görüşüb.

Təhsil nazirinin müavini Qulu Novruzov öncə qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Q.Novruzov bildirib ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin 2010-2011-ci illərdə həyata keçirilməsi barədə Protokol təsdiq edilib. Həmin Protokola əsasən hər iki ölkənin peşə və orta ümumtəhsil sistemi ilə tanışlıq məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsinin və birgə layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirən nazir müavini bununla bağlı işçi qruplarının yaradıldığını, pilot olaraq ilk-peşə ixtisas təhsili müəssisəsinin seçildiyini diqqətə çatdırıb. Son illər ölkəmizdə ilk peşə-ixtisas təhsilinin inkişaf etdiyini vurğulayan Q.Novruzov dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012- ci illər)” çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmiri istiqamətində görülmüş işlər barədə məlumat verib. İqtisadiyyatın inkişafında bu sahənin mühüm rolunu vurğulayan Q.Novruzov hazırda bir sıra ölkələrlə peşə təhsili üzrə birgə layihələrin həyata keçirildiyini bildirib. Nazir müavini müvafiq istiqamət üzrə Belarus Respublikası ilə əlaqələrin də əhəmiyyətli olacağına inamını ifadə edib.  Belarus Respublikası Təhsil Nazirliyinin Texniki Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar səmimi qəbul üçün təşəkkürünü bildirib. Belarus Respublikasında peşə təhsili üzrə mövcud vəziyyət və bu sahədə atılan addımlar barədə ətraflı məlumat verən qonaq birgə layihənin reallaşdırılması istiqamətində lazımı dəstək göstəriləcəyini nəzərə çatdırıb.  Daha sonra Belarus Respublikası Peşə Təhsili İnstitutunun rektoru Arkadiy Şklyar peşə təhsili üzrə kadr hazırlığından, müvafiq dərsliklərdən, elmi-metodik vəsaitlərdən və rəhbəri olduğu təhsil müəssisəsindəki resurs mərkəzinin fəaliyyət istiqamətlərindən söz açıb. A.Şklyar peşə təhsili istiqamətində birgə layihənin həyata keçirilməsi ilə bağlı təkliflərini bildirib, pilot müəssisədə tədris ediləcək ixtisaslar barədə fikirlərini diqqətə çatdırıb. Görüşdə ölkəmizdə pilot olaraq yaradılacaq ilk peşə-ixtisas təhsili müəssisəsində tədris ediləcək peşələrin müəyyənləşdirildiyi qeyd olunub və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda həmin müəssisənin konsepsiyasının, təhsil proqramlarının hazırlanması, mühəndis-pedaqoji heyətin yenidənhazırlanması və qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

Noyabrın 14-də «Təhsil» Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş açıq şahmat turniri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə təhsil nazirinin müavini Qulu Novruzov açaraq təhsil naziri Misir Mərdanovun təbriklərini tədbir iştirakçılarına çatdırıb. Ümumrespublika şahmat turniri haqqında ətraflı məlumat verən nazir müavini bildirib ki, ölkəmizin 48 şəhər və rayonundan 244 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Turnirin çox yüksək səviyyədə təşkil olunduğunu deyən Q.Novruzov yarışın obyektiv və şəffaf  keçirilməsində əməyi olan məşqçilərə, hakimlərə və bu işdə yaxından köməklik göstərən «Təhsil» Respublika İdman Mərkəzinin kollektivinə təşəkkürünü bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycanda şahmat məktəblərinin, şahmatla məşğul olan şagirdlərin sayı ilbəil artır və bu sahədə qazanılan uğurların sırası durmadan genişlənir. Respublika üzrə şahmatın kütləviliyinin təmin olunması üçün məktəblərdə şahmatın fənn kimi tədrisi istiqamətində ciddi müzakirələrin aparıldığını vurğulayan Qulu Novruzov bu idman növü ilə məşğul olan şagirdlərin hərtərəfli yetişdiklərini və dərslərində kifayət qədər uğur qazandıqlarını diqqətə çatdırıb. Sonda fərqlənmiş şagirdlərə daha böyük uğurlar arzulayan Q.Novruzov turnirin 5 yaş qrupu üzrə 30 qalibinə diplom və medalları təqdim edib.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin oktyabrında 2256 müraciət daxil olub.

Müraciətlərdən 1992-si telefonla, 264-ü isə elektron poçt vasitəsilə qəbul edilib. Qeyd edək ki, ötən ay sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. Sorğularda məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələrinə, orta ixtisas və ali məktəblərə dair məsələlərdən, müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, məktəblilərin dərsliklərlə təminatı, təhsil müəssisələrində yaş senzinin tətbiqi, özəl ali məktəblər, təhsil sənədlərinin tanınması, məktəbli forması və digər mövzulardan bəhs olunur. Bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki nöqsan və problemlər əksini tapıb. Bu qəbildən olan 140 müraciət əsasında araşdırmalar apa­rıl­ıb, prob­lem­lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ötən ay Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 7 şikayət daxil olub. Həmin müraciətlərdə yeməklərin verilmə vaxtı, keyfiyyəti, eləcə də uşaqların bağçaya qəbulu və digər bu kimi problemlərdən bəhs edilir. “Qaynar xətt” xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 70-i Bakı, 3-ü Gəncə, 2-si Sumqayıt şəhərlərindəndir. Abşerondan 5, Cəlilabad və Yardımlı rayonlarının hər birindən 4, Şəki, Bərdə və Lerik rayonlarının hər birindən 3, Kürdəmir, Göygöl, Daşkəsən, Neftçala, Tovuz rayonlarının hər birindən 2, İmişli, Masallı, Cəbrayıl, Ağstafa, Kəlbəcər, Şabran, Şəmkir, Xaçmaz və Ağsu rayonlarının hər birindən 1 müraciət daxil olub. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında fəaliyyətində nöqsan aşkarlanmış təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırma aparılan məktəblərin direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub. İşdə yol verilmiş nöqsanlara görə bir neçə nəfərə inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74 nömrəli orta  məktəbin müəlliminə töhmət elan edilib, işə üzrsüz səbəbdən gəlmədiyinə görə 249 nömrəli orta məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin təqaüdünün gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi ilə bağlı “Qaynar xətt”ə daxil olmuş 17 şikayət də aidiyyəti struktur bölmələrə yönəldilib, qaldırılan bütün məsələlər vaxtında həllini tapıb.

Noyabrın 18-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Mingəçevir 1 nömrəli Peşə Məktəbi və Balakən 1 nömrəli Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq peşə məktəblərinin akkreditasiyadan keçirilməsi istiqamətində ilk addımın atıldığını bildirib və bunun peşə məktəblərinin işinin səmərəli təşkili baxımından əhəmiyyətini qeyd edib. Mingəçevir 1 nömrəli Peşə Məktəbində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının üzvü, 14 nömrəli Bakı Peşə Məktəbinin direktoru Vidadi Quliyev tədris ocağının fəaliyyətinin Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar barədə danışıb. V.Quliyev Mingəçevir 1 nömrəli Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji heyət, məzunların ixtisasları üzrə işlə təmin olunması vəziyyəti və digər göstəricilərindən söz açıb. Balakən 1 nömrəli Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri, 12 nömrəli Bakı Peşə Məktəbinin direktor müavini Şahin Bəylərov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə geniş məlumatı nəzərə çatdırıb. Ş.Bəylərov təqdimat-məruzəsində bildirib ki, Balakən 1 nömrəli Peşə Məktəbinin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramlarının məzmunu müvafiq normativ sənədlərin və Dövlət Təhsil Standartlarının tə­ləb­lərinə əsasən uyğundur. Sonra hər iki peşə məktəbi üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib. İclasda Mingəçevir 1 nömrəli Peşə Məktəbi və Balakən 1 nömrəli Peşə Məktəbinin akkreditasiyası zamanı aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib, hər iki təhsil müəssisəsinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Texniki Universitetinin (AzTU) 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Ayrı-ayrı müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır. Dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan nazir ölkəmizdə iqtisadiyyatın, elm və təhsilin və digər sahələrin inkişaf etdiyini diqqətə çatdırmışdır. M.Mərdanov Prezident İlham Əliyevin adından əlamətdar gün münasibətilə Azərbaycan Texniki Universitetinin professor və müəllimlərini, bütün əməkdaşlarını, tələbələri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Texniki Universitetin bir əməkdaşının “Şöhrət” ordeni, 18 nəfərin “Tərəqqi” medalı ilə təltif olunduğunu, 3 nəfərin “Əməkdar Elm Xadimi”, 16 nəfərin “Əməkdar Müəllim”, 8 nəfərin “Əməkdar Mühəndis”, bir nəfərin “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına layiq görüldüyünü bildirmişdir. Eyni zamanda, AzTU-nun bir qrup professor və müəllimi Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına və fəxri fərmanlara layiq görülmüşdür. Mükafatlar sahiblərinə təqdim edilmişdir. M.Mərdanov təhsilimizə göstərdiyi böyük diqqət və qayğıya görə təhsil işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin sədri Oqtay Əsədovun universitetin kollektivinə təbrik məktubunu oxumuşdur. Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin müvafiq ali təhsil müəssisələrindən Azərbaycan Texniki Universitetinin 60 illik yubileyi münasibətilə göndərilmiş təbrik məktubları da oxunmuşdur. Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov elm və təhsilimizə böyük töhfələr verən AzTU-nun fəaliyyətindən, inkişaf mərhələlərindən bəhs etmişdir. Bildirmişdir ki, hər bir elm, təhsil müəssisəsi kimi, AzTU-nun da əldə etdiyi bütün nailiyyətlər, ilk növbədə, tarixi təmələ əsaslanır. Bu ali məktəbin müstəqil təhsil müəssisəsi kimi yaradılması ideyası 1945-ci ildə irəli sürülmüşdür. Həmin il oktyabrın 20-də SSRİ Xalq Komissarları Soveti Azərbaycan Politexnik İnstitutunun (AzTU) açılması haqqında xüsusi qərar qəbul edərək onun icrasını Ali Təhsil Nazirliyinə tapşırmışdır. 1950-ci ilin noyabrında Bakıda 4 fakültədən ibarət Azərbaycan Politexnik İnstitutu yaradılmışdır. 1978-ci ildən institut xarici ölkələr üçün də kadr hazırlamağa başlamış, bu da onun beynəlxalq əlaqələrinin genişlənməsinə imkan vermişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Texniki Universitetinə daim böyük diqqət və qayğı göstərdiyini xatırladan rektor ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə universitetin mühüm inkişaf və tərəqqi mərhələləri keçdiyini söyləmişdir. Qeyd etmişdir ki, keçən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərilən azərbaycanlı gənclər sonralar ölkəmizin ayrı-ayrı sahələrinin, o cümlədən təhsilin, AzTU-nun inkişafına töhfələrini vermişlər. Professor H.Məmmədov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra müasir tələblərə uyğun olaraq təhsil sistemində baş verən mühüm yeniliklərin AzTU-nun fəaliyyətində də keyfiyyətcə yeni mərhələnin əsasını qoyduğunu nəzərə çarpdırmışdır. O, Prezident İlham Əliyevin elmə, təhsilə böyük diqqət göstərdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, hazırda AzTU-da 9 fakültə, 47 kafedra, 1 elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası, 550 min kitab fonduna malik əsaslı kitabxana fəaliyyət göstərir. Burada 26 istiqamət və 68 ixtisas üzrə bakalavr və magistr hazırlanır. Universitetdə 633 professor-müəllim, o cümlədən 70- dən çox elmlər doktoru, professor, 330 nəfər elmlər namizədi, dosent çalışır. 7 mindən çox tələbə təhsil alır. 2010-cu ildə təhsil müəssisəsi MDB ölkələri Humanitar Yardım Fondunun qrantını qazanmışdır. Bu da AzTU-ya həmin məkandakı elektron kitabxanalara ödənişsiz giriş imkanı vermişdir. Universitetə ilk dəfə olaraq müasir kommunikasiya texnologiyaları - CAD-CAM texnologiyaları ilə idarə olunan nadir maşınqayırma dəzgahları alınmış və “Tədris-texnoloji mərkəz” yaradılmışdır ki, bu da tələbələrin dünyanın ən inkişaf etmiş ölkələrinin tələblərinə uyğun hazırlanmasında mühüm rol oynayacaqdır. AzTU-da müasir tipli elektron ATS quraşdırılmış, “ETİ” şirkətinin köməyi ilə kommunikasiya sistemləri üzrə güclü laboratoriya bazası da yaradılmışdır. Hazırda universitetdə geniş elmi-tədqiqatlar aparılır. Müasir dövrün tələblərinə uyğun olaraq burada “Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri”, “Neft və neft məhsullarının istilik-fiziki xassələri” elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlamışdır. 2000-2010-cu illərdə AzTU-nun əməkdaşları tərəfindən 100-dək patent alınmış, ixtiralar edilmişdir. Son on ildə 24 nəfər elmlər doktoru, 80-dək elmlər namizədi hazırlanmışdır. Son illərdə universitet alimlərinin xarici ölkələrin elmi məcmuələrində 600-dək məqaləsi nəşr edilmişdir. AzTU-nun beynəlxalq əlaqələrindən danışan professor H.Məmmədov universitetin 10-dək gənc aliminin Almaniyanın müxtəlif ali məktəblərində və elm-istehsalat müəssisələrində uğurla çalışdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, son on ildə 60-dan çox əməkdaş Alman Akademik Mübadilə Xidməti (DAAD) xətti ilə Almaniyada elmi təcrübədə olmuşdur. Hazırda universitetin dünyanın ayrı-ayrı ölkələrinin (ABŞ, Almaniya, Rusiya, İtaliya, Türkiyə, Kanada və s.) müvafiq ali məktəbləri ilə səmərəli əlaqələri vardır. Azərbaycanın Avropa təhsil məkanına qoşulduğunu xatırladan professor H.Məmmədov AzTU-da bu prosesin tələblərinə uyğun olaraq mühüm tədbirlərin reallaşdırıldığını da diqqətə çatdırmışdır. Çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Şaiq Əsgərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev elm və təhsilimizə göstərilən dövlət qayğısından danışmışlar. Azərbaycan Texniki Universitetinin elm və təhsilimizin inkişafındakı xidmətlərini vurğulayan natiqlər təhsil müəssisəsinin əməkdaşlarını, professor və müəllimlərini, tələbələri təbrik etmiş, xoş arzularını bildirmişlər. AzərTAc

2009-2010-cu tədris ilinə respublikamızın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün (təlim Azərbaycan və rus dillərində) 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Bu sıraya II siniflər üçün kurikulum əsasında 40 adda 1.112.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik daxildir. Prosedur qaydalara uyğun olaraq Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra keçid balını toplayan dərslik komplektləri çapa verilib. Yeni dərs ilinə qədər dərsliklər bütün ümumtəhsil məktəblərinə çatdırılacaqdır.

Noyabrın 24-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçükün başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Şimali Kipr Türk Respublikası ilə qarşılıqlı əlaqələrin mövcudluğunu diqqətə çatdıran nazir son illər təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini qeyd edib. Nazir qonağın Azərbaycana gəlişini bu əlaqələrin bariz nümunəsi kimi dəyərləndirib və təhsil sahəsi üzrə qurulmuş əlaqələrin səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıb. Uşaqların rifahının yüksəldilməsinin ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu nəzərə çatdıran Misir Mərdanov bu istiqamətdə aparılan işlərdən söz açıb. Təhsil naziri qonağın “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2011-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılmasının önəmini qeyd edib. Eyni zamanda nazir müvafiq proqram çərçivəsində mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkil edildiyini deyib.  Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçük öncə səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib və Şimali Kipr Türk Respublikası Baş nazirinin salamını çatdırıb. Qonaq Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında yaradılan əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğunu bildirib. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışan Gülin Küçük birgə əlaqələrin yüksək töhfələr verəcəyinə inamını ifadə edib. Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu qeyd edib ki, iki ölkə arasında təhsil sahəsindəki əlaqələr son illər daha da genişlənib. Zəki Qazioğlu Şimali Kipr Türk Respublikasının ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayının artmasını müsbət dəyərləndirdiklərini diqqətə çatdırıb və bildirib ki, ötən il həmin gənclərin sayı 407 olduğu halda, cari ildə isə bu göstərici 600-ə yüksəlib. Görüşdə ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Noyabrın 24-də təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ali təhsil və elmi tədqiqatlar nazirinin müavini Mustafa Əl Advan ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini, hər iki ölkə rəhbərinin səmimi münasibətlərinin bütün sahələrdə əməkdaşlığa təkan verdiyini bildirib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu nəzərə çatdırıb, İordaniya tərəfinin Azərbaycanla bağlı hər bir məsələyə xüsusi diqqət yetirməsini yüksək dəyərləndirib. Azərbaycanın ali məktəblərində İordaniyadan 22 tələbənin təhsil aldığını vurğulayan nazir tələbə mübadiləsi istiqamətində əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub. Misir Mərdanov, həmçinin İordaniyaya səfəri zamanı bu ölkənin ali məktəbləri, onların yüksək tədris şəraiti ilə tanış olduğunu bildirib. Bir sıra ixtisaslar üzrə azərbaycanlı tələbələrin İordaniya universitetlərinə göndərilməsinin mümkünlüyünü qeyd edən təhsil naziri bu baxımdan İKT, tibb və digər sahələrə üstünlük verilməsinin zəruriliyini nəzərə çatdırıb. İordaniya Krallığının ali təhsil və elmi  tədqiqatlar nazirinin müavini Mustafa Əl Advan səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edərək İordaniya-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. İordaniyanın təhsil sistemində qazanılan uğurlara diqqət çəkən qonaq tələbə və müəllim mübadiləsi, elm sahəsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Mustafa Əl Advan ölkəsinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və bu baxımdan təhsil sahəsindəki əlaqələrin prioritet təşkil etdiyini vurğulayıb. Təhsil naziri Misir Mərdanov İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib, iki ölkə arasında “Qardaşlaşmış məktəblər” layihəsinin reallaşdırılması, ali təhsil sahəsində əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini bildirib. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsində birgə simpozium və konfransların keçirilməsinin səmərəli olacağına inamını ifadə edən nazir Azərbaycan-İordaniya təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimiz arasında müvafiq sazişin imzalanması təklifini irəli sürüb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adaileh də iştirak edib.

Noyabrın 25-də “Avropa” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2011-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ““Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” icrası ilə bağlı beş illik hesabat və qarşıda duran vəzifələr” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Nazir dünyada və Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi təhsil sahəsinə verilən önəmdən söz açıb və bildirib ki, insan inkişafı konsepsiyasına görə hər bir uşağa onun fərdi qabiliyyətlərini, potensial imkanlarını inkişaf etdirmək üçün iqtisadi, sosial, mədəni sahələrdə əlverişli mühit yaradılmalıdır. Ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, uşaqların rifahının yaxşılaşmasına yönəlmiş 16 inkişaf və dövlət proqramının həyata keçirilməsi barədə məlumat verən Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın uşaqların etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyəti olduğunu nəzərə çatdırıb.  Təhsil Nazirliyinin Dövlət Proqramının həyata keçirilməsində Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir, həmçinin müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının bu işə yaxından dəstək verdiklərini söyləyib. Təhsil naziri deyib ki, Dövlət Proqramı qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanmış “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı”na əsasən son 5 ildə ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat məktəbi və uşaq evi yenidən qurulub, əsaslı təmir edilib, ən müasir avadanlıqlarla təchiz olunub. Ötən 5 il ərzində Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verən Misir Mərdanov illər üzrə görülmüş işləri nəzərə çatdırıb, atılmış addımlar nəticəsində bir sıra ümumtəhsil internat məktəblərinin ümumtəhsil məktəblərinə çevrilməsini ciddi uğur kimi dəyərləndirib. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi məsələlərinə toxunan təhsil naziri Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarına əsasən Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Nazir bu qurum yarandıqdan sonra Dövlət Proqramı çərçivəsində uşaqların ailələrdə yaşamaq hüququnun təmin edilməsi və onların müdafiəsi ilə bağlı həyata keçirilən irihəcmli layihələr, pilot rayonlarda valideyn himayəsindən məhrum olmuş uşaqlarların bioloji ailələrə verilməsi, ailələrə dəstək tədbirləri və alternativ xidmətlərin yaradılması haqqında fikirlərini bildirib. Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plana əsasən, 4 günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzinin yaradıldığını vurğulayan nazir mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlar və uşaqların daşınması üçün mini avtobusların verildiyini qeyd edib. Misir Mərdanov günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin yaradılmasından ötən müddət ərzində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasını müsbət hal kimi dəyərləndirərək bildirib ki, uşaqlar verilən himayədar (foster) ailələrə maliyyə dəstəyinin göstərilməsi də de-institutlaşma prosesinin həyata keçirilməsində həlli vacib vəzifələrdəndir. Təhsil naziri dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan uşaqlar və ailələr arasında aparılan sistemli preventiv tədbirlərə diqqət çəkib, Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edildiyini söyləyib. Son 2 il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 12-17 yaş arası 13 uşağın övladlığa verildiyini bildirən nazir 12 uşağın övladlığa verilməsi ilə bağlı işlərə isə hazırda məhkəmələrdə baxıldığını nəzərə çatdırıb. Ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, küçə həyatına məruz qalmış 38 uşağın təhsilə cəlb edilməsi və təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət uşaq müəssisələrinə yerləşdirilməsi barədə məlumat verən Misir Mərdanov 2011-2012-ci tədris ilində ölkəmizdəki 44 dövlət uşaq müəssisəsində 9776 uşağın təlim-tərbiyə aldığını bildirib. Nazir onlardan 3750 nəfərinin müəssisədə gecələdiyini, 6026 uşağın müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə etdiyini və gecəni ailəsi ilə birgə keçirdiyini söyləyib. Son illərdə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların ilbəil azaldığını vurğulayan təhsil naziri onların sayının 2008-ci ildə 14389, 2009-cu ildə 10055, 2010-cu ildə 9874, 2011-ci ildə isə 9776 nəfər olduğunu diqqətə çatdırıb. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən internat məktəbi və uşaq evlərindən məzun olan uşaqlar haqqında fikirlərini bildirən Misir Mərdanov sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsillə (inkluziv təhsilə) təmin olunması üçün YUNİSEF-lə birgə həyata keçirilən tədbirlərdən bəhs edib. De-institutlaşma ilə bağlı əhalinin məlumatlandırılmasının əhəmiyyətinə toxunan nazir mütəmadi olaraq televiziya kanallarında təşkil olunan xüsusi verilişləri və diskussiyaları yüksək dəyərləndirib. Ölkəmizdə de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatların Avropa Sosial Şəbəkəsi təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran təhsil naziri Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqların müdafiəsi sahəsində görülən işlər barədə hazırlanmış sənədli filminin ingilis dilində səsləndirilən versiyasının təbliğat məqsədilə bu qurumun saytında yerləşdirildiyini bildirib. Nazir çıxışının sonunda uşaqların müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən islahatlara hər zaman dəstək göstərən YUNİSEF-ə və digər müvafiq qurumlara təşəkkürünü bildirib. Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçük, millət vəkili Qənirə Paşayeva, YUNİSEF-in beynəlxalq eksperti Vesna Bosnjak, Türkiyə Cümhuriyyəti Ankara Valiliyi İl Sosial Xidmətlər müdiri Lale Öcal, Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Aydan Başkurt, Gürcüstanın Sosial Xidmətlər Agentliyi Övladlıq və qəyyumluq şöbəsinin baş məsləhətçisi Lia Mamatsaşvili və başqaları de-institusionalizasiya prosesi və uşaqlar üçün sosial xidmətlərin təşkili ilə bağlı fikirlərini bildirib, bu sahədə Azərbaycanda həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndiriblər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı