SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 24-də təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ali təhsil və elmi tədqiqatlar nazirinin müavini Mustafa Əl Advan ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini, hər iki ölkə rəhbərinin səmimi münasibətlərinin bütün sahələrdə əməkdaşlığa təkan verdiyini bildirib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu nəzərə çatdırıb, İordaniya tərəfinin Azərbaycanla bağlı hər bir məsələyə xüsusi diqqət yetirməsini yüksək dəyərləndirib.
Azərbaycanın ali məktəblərində İordaniyadan 22 tələbənin təhsil aldığını vurğulayan nazir tələbə mübadiləsi istiqamətində əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub. Misir Mərdanov, həmçinin İordaniyaya səfəri zamanı bu ölkənin ali məktəbləri, onların yüksək tədris şəraiti ilə tanış olduğunu bildirib. Bir sıra ixtisaslar üzrə azərbaycanlı tələbələrin İordaniya universitetlərinə göndərilməsinin mümkünlüyünü qeyd edən təhsil naziri bu baxımdan İKT, tibb və digər sahələrə üstünlük verilməsinin zəruriliyini nəzərə çatdırıb.
İordaniya Krallığının ali təhsil və elmi tədqiqatlar nazirinin müavini Mustafa Əl Advan səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edərək İordaniya-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. İordaniyanın təhsil sistemində qazanılan uğurlara diqqət çəkən qonaq tələbə və müəllim mübadiləsi, elm sahəsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Mustafa Əl Advan ölkəsinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və bu baxımdan təhsil sahəsindəki əlaqələrin prioritet təşkil etdiyini vurğulayıb.
Təhsil naziri Misir Mərdanov İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib, iki ölkə arasında “Qardaşlaşmış məktəblər” layihəsinin reallaşdırılması, ali təhsil sahəsində əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini bildirib. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsində birgə simpozium və konfransların keçirilməsinin səmərəli olacağına inamını ifadə edən nazir Azərbaycan-İordaniya təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimiz arasında müvafiq sazişin imzalanması təklifini irəli sürüb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adaileh də iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl