SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 18-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Mingəçevir 1 nömrəli Peşə Məktəbi və Balakən 1 nömrəli Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq peşə məktəblərinin akkreditasiyadan keçirilməsi istiqamətində ilk addımın atıldığını bildirib və bunun peşə məktəblərinin işinin səmərəli təşkili baxımından əhəmiyyətini qeyd edib.
Mingəçevir 1 nömrəli Peşə Məktəbində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının üzvü, 14 nömrəli Bakı Peşə Məktəbinin direktoru Vidadi Quliyev tədris ocağının fəaliyyətinin Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar barədə danışıb. V.Quliyev Mingəçevir 1 nömrəli Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji heyət, məzunların ixtisasları üzrə işlə təmin olunması vəziyyəti və digər göstəricilərindən söz açıb.
Balakən 1 nömrəli Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri, 12 nömrəli Bakı Peşə Məktəbinin direktor müavini Şahin Bəylərov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə geniş məlumatı nəzərə çatdırıb. Ş.Bəylərov təqdimat-məruzəsində bildirib ki, Balakən 1 nömrəli Peşə Məktəbinin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramlarının məzmunu müvafiq normativ sənədlərin və Dövlət Təhsil Standartlarının tələblərinə əsasən uyğundur.
Sonra hər iki peşə məktəbi üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.
İclasda Mingəçevir 1 nömrəli Peşə Məktəbi və Balakən 1 nömrəli Peşə Məktəbinin akkreditasiyası zamanı aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib, hər iki təhsil müəssisəsinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl