• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 3-də təhsil naziri Misir Mərdanov Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri qonaqları səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında təhsil sahəsindəki əlaqələrin xüsusi rol oynadığını bildirib. Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərdiyini vurğulayan nazir bu baxımdan Argentina ilə gələcəkdə səmərəli əlaqələrin qurulacağına inamını ifadə edib.
Bu yaxınlarda Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının (CONISET) prezidenti Marta Rovira ilə görüşünü xatırladan Misir Mərdanov qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinin mümkünlüyünü vurğulayan təhsil naziri bu görüşü gələcək əməkdaşlığın inkişafı baxımından yüksək dəyərləndirib.
Səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın və Argentinanın təbii sərvətlərlə zəngin olduğunu söyləyən qonaq bunların elmi potensiala çevrilməsinin və biliklərə əsaslanan iqtisadiyyatın qurulmasının əhəmiyyətinə toxunub. Dinamik inkişaf edən müasir dünyada yeni texnologiyaların tətbiqinin zəruriliyini önə çəkən nazir bu baxımdan gənclərin qüvvəsindən istifadə edilməsinin vacib olduğunu bildirib.
Argentinada Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin 2007-ci ildən fəaliyyət göstərdiyini nəzərə çatdıran Lino Baranao rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq tələbə mübadiləsi sahəsində əlaqələrin faydalı olacağına inamını ifadə edib.
Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra qazandığı uğurlar barədə ətraflı söhbət açan Misir Mərdanov bu dövrdə ölkə təhsilinin keçdiyi inkişaf yolundan bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhsil sahəsinin də inkişafına olduqca mənfi təsir göstərdiyini vurğulayan nazir respublikamızın beynəlxalq aləmdə artan nüfuzu sayəsində bu problemin tezliklə ədalətli həllini tapacağına əminliyini bildirib.
Nazir Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurlu nəticələrinə toxunub və təhsil sahəsində həyata keçirilən islahatlar və əldə edilmiş nailiyyətlər barədə qonaqları məlumatlandırıb. Ölkəmizdə alimlərin 80 faizindən çoxunun təhsil sistemində çalışdığını vurğulayan Misir Mərdanov elm adamlarının qarşılıqlı səfərlərinin təşkili və birgə elmi konfransların keçirilməsinin mümkünlüyü məsələlərini nəzərə çatdırıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə də iştirak edib.


10 il əvvəl