• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 24-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçükün başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Şimali Kipr Türk Respublikası ilə qarşılıqlı əlaqələrin mövcudluğunu diqqətə çatdıran nazir son illər təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini qeyd edib. Nazir qonağın Azərbaycana gəlişini bu əlaqələrin bariz nümunəsi kimi dəyərləndirib və təhsil sahəsi üzrə qurulmuş əlaqələrin səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.
Uşaqların rifahının yüksəldilməsinin ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu nəzərə çatdıran Misir Mərdanov bu istiqamətdə aparılan işlərdən söz açıb. Təhsil naziri qonağın “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2011-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılmasının önəmini qeyd edib. Eyni zamanda nazir müvafiq proqram çərçivəsində mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkil edildiyini deyib.
 Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçük öncə səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib və Şimali Kipr Türk Respublikası Baş nazirinin salamını çatdırıb. Qonaq Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında yaradılan əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğunu bildirib. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışan Gülin Küçük birgə əlaqələrin yüksək töhfələr verəcəyinə inamını ifadə edib.
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu qeyd edib ki, iki ölkə arasında təhsil sahəsindəki əlaqələr son illər daha da genişlənib. Zəki Qazioğlu Şimali Kipr Türk Respublikasının ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayının artmasını müsbət dəyərləndirdiklərini diqqətə çatdırıb və bildirib ki, ötən il həmin gənclərin sayı 407 olduğu halda, cari ildə isə bu göstərici 600-ə yüksəlib.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.


10 il əvvəl