SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 14-də «Təhsil» Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş açıq şahmat turniri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə təhsil nazirinin müavini Qulu Novruzov açaraq təhsil naziri Misir Mərdanovun təbriklərini tədbir iştirakçılarına çatdırıb. Ümumrespublika şahmat turniri haqqında ətraflı məlumat verən nazir müavini bildirib ki, ölkəmizin 48 şəhər və rayonundan 244 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Turnirin çox yüksək səviyyədə təşkil olunduğunu deyən Q.Novruzov yarışın obyektiv və şəffaf keçirilməsində əməyi olan məşqçilərə, hakimlərə və bu işdə yaxından köməklik göstərən «Təhsil» Respublika İdman Mərkəzinin kollektivinə təşəkkürünü bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycanda şahmat məktəblərinin, şahmatla məşğul olan şagirdlərin sayı ilbəil artır və bu sahədə qazanılan uğurların sırası durmadan genişlənir. Respublika üzrə şahmatın kütləviliyinin təmin olunması üçün məktəblərdə şahmatın fənn kimi tədrisi istiqamətində ciddi müzakirələrin aparıldığını vurğulayan Qulu Novruzov bu idman növü ilə məşğul olan şagirdlərin hərtərəfli yetişdiklərini və dərslərində kifayət qədər uğur qazandıqlarını diqqətə çatdırıb.
Sonda fərqlənmiş şagirdlərə daha böyük uğurlar arzulayan Q.Novruzov turnirin 5 yaş qrupu üzrə 30 qalibinə diplom və medalları təqdim edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl