• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 11-də təhsil nazirinin müavini Qulu Novruzov Belarus Respublikası Təhsil Nazirliyinin Texniki Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar və Belarus Respublikası Peşə Təhsili İnstitutunun rektoru Arkadiy Şklyarla görüşüb.

Təhsil nazirinin müavini Qulu Novruzov öncə qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Q.Novruzov bildirib ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin 2010-2011-ci illərdə həyata keçirilməsi barədə Protokol təsdiq edilib. Həmin Protokola əsasən hər iki ölkənin peşə və orta ümumtəhsil sistemi ilə tanışlıq məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsinin və birgə layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirən nazir müavini bununla bağlı işçi qruplarının yaradıldığını, pilot olaraq ilk-peşə ixtisas təhsili müəssisəsinin seçildiyini diqqətə çatdırıb.
Son illər ölkəmizdə ilk peşə-ixtisas təhsilinin inkişaf etdiyini vurğulayan Q.Novruzov dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012- ci illər)” çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmiri istiqamətində görülmüş işlər barədə məlumat verib. İqtisadiyyatın inkişafında bu sahənin mühüm rolunu vurğulayan Q.Novruzov hazırda bir sıra ölkələrlə peşə təhsili üzrə birgə layihələrin həyata keçirildiyini bildirib. Nazir müavini müvafiq istiqamət üzrə Belarus Respublikası ilə əlaqələrin də əhəmiyyətli olacağına inamını ifadə edib. 
Belarus Respublikası Təhsil Nazirliyinin Texniki Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar səmimi qəbul üçün təşəkkürünü bildirib. Belarus Respublikasında peşə təhsili üzrə mövcud vəziyyət və bu sahədə atılan addımlar barədə ətraflı məlumat verən qonaq birgə layihənin reallaşdırılması istiqamətində lazımı dəstək göstəriləcəyini nəzərə çatdırıb. 
Daha sonra Belarus Respublikası Peşə Təhsili İnstitutunun rektoru Arkadiy Şklyar peşə təhsili üzrə kadr hazırlığından, müvafiq dərsliklərdən, elmi-metodik vəsaitlərdən və rəhbəri olduğu təhsil müəssisəsindəki resurs mərkəzinin fəaliyyət istiqamətlərindən söz açıb. A.Şklyar peşə təhsili istiqamətində birgə layihənin həyata keçirilməsi ilə bağlı təkliflərini bildirib, pilot müəssisədə tədris ediləcək ixtisaslar barədə fikirlərini diqqətə çatdırıb.
Görüşdə ölkəmizdə pilot olaraq yaradılacaq ilk peşə-ixtisas təhsili müəssisəsində tədris ediləcək peşələrin müəyyənləşdirildiyi qeyd olunub və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda həmin müəssisənin konsepsiyasının, təhsil proqramlarının hazırlanması, mühəndis-pedaqoji heyətin yenidənhazırlanması və qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.


10 il əvvəl