• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 28-də “Hilton-Baku” otelində Minilliyin layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin (AFC) 5 illik yubileyi və “Gələcək nəsillərlə üz-üzə” IV ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Müsabiqə Rabitə və İnformasiya Texnologiyaları (RİTN), Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və AFC-nin birgə layihəsi olan Minilliyin layihəsinin 15 Qlobal Çağırışı üzrə orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilmişdir.  Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova qurumun 5 illik fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, 2006-cı ildə AFC və Minilliyin layihəsi arasında əməkdaşlıq və AFC-nin Minilliyin layihəsinin Azərbaycan bölməsi statusunun əldə edilməsi barədə Memorandum imzalanmışdır. Bununla, Azərbaycan bu beynəlxalq təsisatın bölməsinin açıldığı sayca 29-cu ölkə olmuşdur.  Minilliyin layihəsinin dünya üzrə 40 bölməsinin fəaliyyət göstərdiyini söyləyən R.Hüseynova demişdir ki, bu layihə qlobal, uzunmüddətli strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olan beyin mərkəzidir. Professor Cerom Kleyton Qlenin rəhbərlik etdiyi Minilliyin layihəsi illik olaraq 15 Qlobal Çağırış üzrə qlobal dəyişiklikdə siyasi qərarların hazırlanması zamanı yeganə buraxılış olan “Gələcəyin durumu” hesabatını hazırlayır. Bu hesabatın 2006-2008-ci və 2011-ci illər üzrə buraxılışı AFC tərəfindən Azərbaycan və rus dillərinə tərcümə edilmişdir. AFC Azərbaycanda ilk bu tipli tədqiqat mərkəzi olaraq, qarşısında müasir meyilləri müəyyən etmək məqsədini qoymuşdur. AFC gələcəyin tədqiqatları zamanı müxtəlif fənlərarası yanaşmalardan, o cümlədən siyasi, iqtisadi, sosial, geosiyasi analizdən istifadə edir və mentalitet, tarix, din, yerli münaqişələr, təhlükəsizlik məsələləri və qlobal meyillər kimi amilləri nəzərə alır. R.Hüseynova AFC-nin fəaliyyətinin bir istiqamətinin də Azərbaycanın mədəni dəyərlərinin təbliği ilə bağlı olduğunu demişdir. Bildirmişdir ki, AFC-nin RİTN və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirdiyi ən son layihələrdən biri “Azərbaycanın gələcək durumu” indeksi araşdırmasıdır. Bu araşdırmanın ilk mərhələsində ölkənin gələcək durumu ilə bağlı onlayn tədqiqat sorğusu keçirilmiş və hesabat şəklində çap edilmişdir. Sonra AFC-nin fəaliyyətinə həsr olunmuş videosüjet nümayiş olunmuşdur.  Elmi tədqiqat işlərindən danışan Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlend qeyd etmişdir ki, dünya tədqiqatçıları qarşımızda böyük problemlər olduğunu bildirmişlər. Lakin 15 illik tədqiqatlardan sonra mən inanmışam ki, bütün bu problemlərin əslində həlli vardır. Sadəcə olaraq zəkalı, ağıllı insanları tapıb, onların birgə fəaliyyətini təşkil etmək lazımdır.  Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AFC-nin fəaliyyətini yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, 5 ildə fəaliyyətini bir sıra istiqamətlərdə həyata keçirən AFC-nin müxtəlif qurumlarla birgə əməkdaşlığı nəticəsində gələcəyin tədqiqatları ilə bağlı tanınmış xarici mütəxəssislər Azərbaycana cəlb edilmiş, beynəlxalq konfrans və toplantılarda Azərbaycan təmsil olunmuşdur.  Tədbirdə cəmiyyətin xarici əməkdaşlarının videotəbrikləri səsləndirilmişdir.  Sonda qaliblərə sertifikat və qiymətli hədiyyələr təqdim olunmuşdur.   AzərTAc

Noyabrın 29-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XXII Respublika elmi konfransının və konfrans çərçivəsində «Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir» adlı müsabiqənin açılış mərasimi keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq tələbələrin Respublika elmi konfransının ölkəmizin ali məktəblərində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə marağının artırılmasına, elmi araşdırmalarının nəticələrini məruzə etməyə, elmi fikir mübadiləsi aparmağa imkan və şərait yaratdığını bildirib. Nazir konfransın əlamətdar bir tarixi məqama–Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd olunması dövrünə təsadüf etdiyini deyərək bu il həmin əlamətdar hadisənin ölkəmizdə dövlət səviyyəsində, həmçinin respublikamızın hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunduğunu nəzərə çatdırıb. XXII Respublika elmi konfransının fərqli cəhətlərinə toxunan təhsil naziri konfrans çərçivəsində «Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir» adlı müsabiqənin də keçirilməsinin qərara alındığını qeyd edib. Nazir müstəqilliyimizin 20 illik inkişaf yolundan danışaraq bu illər ərzində ölkəmizin bütün istiqamətlərdə olduğu kimi, elm və təhsil sahəsində də ciddi uğurlar əldə edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov vurğulayıb ki, məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsil sektorunda da əsaslı dəyişikliklər, bir sıra müsbət nəticələr qazanılıb. Bu illərdə milli təhsil quruculuğuna, təhsilin və elmin inkişafına, istedadlı uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açan nazir hazırda ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq işlərin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Misir Mərdanov ölkə başçısının rəhbərliyi ilə  Azərbaycan təhsili və elminin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən, gənclərin yüksək bilik və təhsil almaları üçün yaradılan şəraitdən bəhs edib, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində görülən işlərdən danışıb. Hazırda Azərbaycandan kənarda təhsil alan azərbaycanlıların sayının 10000-i keçdiyinə diqqət çəkən təhsil naziri ölkəmizin ali məktəblərində təhsil alan əcnəbilərin sayının isə 7 min civarında olduğunu bildirib. Tələbələrin XXII Respublika elmi konfransı haqqında danışan Misir Mərdanov qeyd edib ki, ildən-ilə tələbələrin bu tədbirə marağı artmaqdadır. Bununla bağlı  statistik rəqəmləri diqqətə çatdıran nazir ötən il 360, bu il isə 21 dövlət və 4 qeyri-dövlət ali təhsil müəssisəsindən 454 məruzənin konfransa təqdim edildiyini vurğulayıb. İkigünlük konfransın 17 bölmə üzrə davam edəcəyini bildirən nazir «Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir» adlı müsabiqə barəsində də ətraflı danışıb. Təhsil naziri qeyd edib ki, müsabiqənin birinci mərhələsindən keçən 28 məruzənin dinlənilməsi və qiymətləndirilməsi nəzərdə tutulur. Misir Mərdanov ali məktəb tələbələrinin elmi konfransının münsiflər heyətində respublikamızın tanınmış alim və pedaqoqlarının təmsil olunduğunu nəzərə çatdırıb, konfransın keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Sonra nazir elmi konfransın iştirakçıları olan tələbələrə bir sıra dəyərli tövsiyələrini verib, onlara uğurlar arzulayıb. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev belə bir elmi konfransa professor-müəllim heyətinin və tələbələrin böyük önəm verdiyini, məsuliyyətlə yanaşdıqlarını bildirib və konfrans iştirakçılarına müvəffəqiyyətlər diləyib. Konfransın qaliblərinə Təhsil Nazirliyi tərəfindən diplom və pul mükafatları təqdim olunacaq.

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin akt zalında tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Zamanovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi tədbiri giriş sözü AMEA-nın prezidenti Mahmud Kərimov açaraq bildirib ki, zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərib. Təhsil naziri Misir Mərdanov Abbas Zamanovun Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından biri olduğunu nəzərə çatdırıb, onun yüksək ixtisaslı kadrların azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsində böyük xidmətləri olduğunu vurğulayıb. Nazir deyib ki, Abbas Zamanovun Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafındakı xidmətləri danılmazdır. Təhsil naziri daha sonra Abbas Zamanovun Bakı Dövlət Universitetindəki fəaliyyətindən, onun tələbələr və professor-müəllim heyəti arasında yüksək nüfuz qazanmasından söhbət açıb. Sonra tədbir iştirakçılarına Abbas Zamanovun 100 illiyinə həsr olunmuş film nümayiş olunub. Filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, professor Pənah Xəlilov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov görkəmli alim Abbas Zamanov haqqında xatirələrini söyləyib, onun bir insan, bir alim kimi vətən və xalq qarşısındakı xidmətlərindən söhbət açıblar. Tədbirin sonunda professor Abbas Zamanovun nəvəsi Gülgün Rzayeva babasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Noyabrın 30-da Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında ali məktəb tələbələri arasında “Azərbaycan-çiçəklənən diyar” mövzusunda təşkil olunmuş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil nazirinin müavini Qulu Novruzov qalibləri təbrik edərək bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərə dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhu aşılamaq və rəsm sahəsində istedadı olanları üzə çıxarmaqdan ibarətdir. Ali məktəb tələbələri arasında ilk dəfə təşkil olunmuş müsabiqənin 2 mərhələdə keçirildiyini vurğulayan nazir müavini Respublika mərhələsinə 100-ə yaxın rəsm işinin təqdim edildiyini nəzərə çatdırıb. Q.Novruzov Azərbaycan Rəssamlıq Akademiyası istisna olmaqla bir çox digər ali məktəb tələbələrinin iştirak etdiyi müsabiqəyə məzmunlu və dolğun əsərlərin çıxarıldığını bildirib. Müsabiqənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirən nazir müavini belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Təhsil nazirinin müavini müsabiqənin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdən olduğuna diqqət çəkib. Müsabiqə qaliblərinin Azərbaycan Rəssamlıq Akademiyasının əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirildiyini söyləyən Q.Novruzov bütün iştirakçılara uğurlar arzulayıb. Digər çıxış edənlər gənclərin potensial imkanlarının aşkara çıxarılması baxımından müsabiqənin əhəmiyyətindən bəhs ediblər. Daha sonra müsabiqədə fərqlənmiş tələbələrə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.

Dekabrın 1-də Bakıdakı “Park İnn” otelində YUNESKO və Azərbaycan hökumətinin təşkilatçılığı ilə “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər” mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin başlıca kompetensiyaları (İKT, pedaqoji və sosial kompetensiyalar) əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır. Tədbirin təşkilatçıları YUNESKO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Konfransın Azərbaycanda keçirilməsinin təşəbbüskarı YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutudur. Qeyd edək ki, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun (TİTİ) əsas məqsədlərindən biri təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə proqramların işlənib hazırlanmasına və reallaşdırılmasına dəstək göstərmək, həm bütün dünyanın, həm də ayrı-ayrı ölkələrin tələblərinə istiqamətlənən proqramlar həyata keçirməkdir. Öz statusu və funksiyaları çərçivəsində TİTİ bütün səylərini ömürboyu təhsil və tədrisə yardım imkanlarının genişləndirilməsi, informasiya texnologiyaları sahəsində milli potensialın gücləndirilməsi, təhsildə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması və hamının təhsil ala biləcəyi cəmiyyətin formalaşmasına dəstək göstərilməsi istiqamətinə yönəldir. TİTİ, həmçinin texniki-peşə təhsili sahəsində İKT-nin tətbiqi üzrə geniş təcrübə toplayıb. 2001-ci ildə institut tərəfindən “Texniki-peşə təhsilində informasiya və kommunikasiya texnologiyaları” layihəsi həyata keçirilib və bu istiqamətdə bir sıra mühüm nəticələr əldə edilib. Konfransda Türkiyə, Rusiya, Malayziya, Slovakiya, Finlandiya, Niderland, Ukrayna, İtaliya, Litva və Belarusdan olan beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov öncə iştirakçıları təhsil naziri Misir Mərdanovun adından salamlayaraq ölkəmizdə İKT-nin və digər sahələrin inkişafında mühüm rol oynayacaq bu konfransın əhəmiyyətindən söz açıb. Nazir müavini bildirib ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyası dünyanın ən qabaqcıl təcrübəsinin öyrənilməsi və təhsildə daha səmərəli tətbiq edilməsi məsələlərinin əhəmiyyətini artırıb. Ölkəmizdə İKT-nin inkişafı ilə bağlı atılan addımlara toxunan Q.Novruzov bu baxımdan qəbul edilmiş sənədlərin icrası sayəsində əldə olunmuş uğurlara diqqət çəkib. Son illər İKT-nin tətbiqi ilə bağlı kadrların hazırlanması, elektron təhsil və elektron idarəetmənin həyata keçirilməsi məqsədilə bir sıra nailiyyətlər əldə edildiyini vurğulayan nazir müavini “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında məlumat verib. Tədbirdə çıxış edən  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Dendev Badarç konfransın əhəmiyyətindən danışıblar. Tədbir plenar iclaslar və müəllimlərin İKT sahəsində kompetensiyaları, açıq təlim resursları və peşə təhsilinin inkişafı mövzuları üzrə işçi qruplarda müzakirələr aparılmaqla davam etdirilib. Konfrans dekabrın 2-də öz işini davam etdirəcək.

Dekabrın 1-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq tədris ocaqlarının akkreditasiyadan keçirilməsi istiqamətində atılan addımların təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili baxımından əhəmiyyətini qeyd edib. Siyəzən Peşə Məktəbində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru Elxan Cəfərov tədris ocağının fəaliyyəti barədə danışıb. E.Cəfərov Siyəzən Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji heyət və digər göstəricilərindən söz açıb. Balakən 2 nömrəli Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri, 14 nömrəli Bakı Peşə Məktəbinin direktoru Vidadi Quliyev qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. V.Quliyev daha sonra təqdimat-məruzəsində Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə fəaliyyət imkanlarından bəhs edib. Sonra hər iki peşə məktəbi üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib. İclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyası zamanı aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib, hər iki təhsil müəssisəsinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Dekabrın 3-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Kollegiya iclasında “İstedadlı uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının icrası”, “2008-2011-ci illərdə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələri”, “2010-2011-ci dərs ilində keçirilən buraxılış imtahanlarının və Milli qiymətləndirmənin yekunları”, “2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri və kadr təminatı”, “2012-2013-cü dərs ilində V siniflərdə yeni fənn kurikulumlarının tətbiqinə keçidlə əlaqədar müəllimlər üçün təlim kurslarının təşkili” və digər məsələlər müzakirə edilib. Kollegiya iclasında təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov  “İstedadlı uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində görülmüş işlər, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələri, mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanları və Milli qiymətləndirmənin yekunları, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri və kadr təminatı, 2012-2013-cü dərs ilində V siniflərdə yeni fənn kurikulumlarının tətbiqinə keçidlə əlaqədar müəllimlər üçün təlim kurslarının təşkili, ümumtəhsil məktəblərinin istiliklə təminatı, yaş senzi ilə əlaqədar həyata keçirilmiş tədbirlər, pedaqoji işçilərinin dərs yükü normalarının müəyyənləşdirilməsi, dərslik hazırlığı, məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, tam orta təhsilin təmayüllər üzrə təşkili və bir sıra digər məsələlərdən bəhs edib, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanovun təqdimat-məruzəsi

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA-nın) təşkilatçılığı, BMT və TİKA-nın dəstəyi ilə «Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları» adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Konfransda respublikanın dövlət qurumlarının təmsilçiləri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, Litva, Estoniya, Özbəkistan və digər ölkələrin idarəçilik akademiyalarının, institut və elmi mərkəzlərinin rəhbərləri, müvafiq sahə üzrə ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi Əlikram Abdullayev açaraq bildirib ki, tədbirin əsas məqsədi Azərbaycan Respublikasında dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatların elmi təhlili, əldə olunan uğurlar və nəticələr, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarının araşdırılmasından ibarətdir. Təhsil naziri Misir Mərdanov ilk öncə tədbirdə iştirak edən qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Nazir Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə DİA-da belə bir konfransın keçirilməsini yüksək qiymətləndirib. Azərbaycanın müstəqilliyinin bərpasında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışan təhsil naziri bu gün onun siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir dövlət başçısının rəhbərliyi altında təhsil sahəsində həyata keçirilən islahatlardan və əldə olunmuş uğurlardan söz açaraq qeyd edib ki, son illər Azərbaycanda təhsil ocaqlarının maddi–texniki bazası xeyli möhkəmlənib və təhsil almaq üçün hər cür şərait yaradılıb. Misir Mərdanov 90 yaşı tamam olan DİA-nın fəaliyyətindən ətraflı danışıb və bu təhsil ocağının yüksək səviyyəli kadrların yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. Konfransda BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçura, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və başqaları da çıxış ediblər. Sonda Azərbaycanın müstəqillik və inkişaf yoluna həsr olunmuş video-çarx nümayiş etdirilib. Konfrans öz işini bölmələr üzrə dekabrın 6-da davam etdirəcək.

Dekabrın 5-də 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) icraçı direktoru Florian Şröder, MDB üzrə KNAUF Akademiyasının rəhbəri Andrey Bıkov, «KNAUF Marketinq Baku» MMC-nin baş direktoru Samir Quliyev, Almaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər müvəkkili Peter Zigler, KNAUF şirkətlər qrupunun Almaniya, Rusiya və Gürcüstandakı  mərkəzlərinin rəhbərləri və başqaları iştirak ediblər. Qeyd edək ki, KNAUF Resurs Mərkəzi 2010-cu il dekabrın 8-də Təhsil Nazirliyi ilə KNAUF şirkətlər qrupu arasında imzalanmış Niyyət Protokolu əsasında yaradılıb. Mərkəzin yaradılmasının əsas məqsədi inşaat sahəsi üzrə ölkəmizin əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, dünyanın qabaqcıl peşə hazırlığı təcrübəsindən geniş istifadə edilməsi, məzunların daxili və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılması və ölkəmizin tikinti sektorunun ixtisaslı kadrlarla təmin olunmasından ibarətdir. Hazırda 4 nömrəli Bakı Peşə Liseyində KNAUF texnologiyaları üzrə kadrların hazırlanmasına başlanılıb. Təhsil naziri Misir Mərdanov 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib və bu münasibətlə mərasim iştirakçılarını təbrik edib. Sonra iştirakçılar mərkəzlə yaxından tanış olublar. Ən müasir avadanlıqlarla təchiz olunmuş emalatxana və nəzəri təlim otağında olan qonaqlar, həmçinin burada şagirdlər üçün yaradılan şəraitlə maraqlanıblar. «KNAUF Marketinq Baku» MMC-nin baş direktoru Samir Quliyev təmsil etdiyi şirkətin ölkəmizdə gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verib, resurs mərkəzinin əsas məqsəd və məramı haqqında danışıb. S.Quliyev qeyd edib ki, gələcəkdə digər ilk peşə-ixtisas təhsili müəssisələrində də belə mərkəzlərin yaradılması nəzərdə tutulur. Resurs Mərkəzi ilə ətraflı tanış olan nazir Misir Mərdanov burada gənclərin seçdikləri ixtisasa uyğun təhsil almaları və istehsalat təcrübəsi keçmələri üçün yaradılan şəraitdən razı qaldığını, görülən işlərin qaneedici olduğunu söyləyib. Sonra peşə təhsili müəssisəsinin akt zalında MDB üzrə KNAUF Akademiyasının rəhbəri Andrey Bıkov «KNAUF şirkətlər qrupunun MDB ölkələrinin təhsilin idarəetmə təşkilatları və təhsil müəssisələri ilə əməkdaşlığı» mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda KNAUF şirkətinin ayrı-ayrı ölkələrdəki fəaliyyəti, təhsillə bağlı gördüyü işlər və digər məsələlər barədə ətraflı məlumat verilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov peşə təhsilinin inkişafının dövlət siyasətində prioritet məsələlərdən biri olduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş «Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)» çərçivəsində görülən işlər barədə məlumat verən nazir son illər peşə təhsilinin inkişafı istiqamətində müəyyən addımların atıldığını, bir sıra xarici təşkilatların, şirkətlərin bu sahəyə ciddi maraq göstərdiklərini, müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olduqlarını təqdirəlayiq hal kimi dəyərləndirib. Misir Mərdanov texniki peşə təhsilinin ölkədə sosial-iqtisadi infrastrukturun qurulmasında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyərək qarşıda duran həlli vacib məsələlərə də toxunub. Çıxışının sonunda təhsil naziri ən müasir avadanlıqlarla təchiz olunmuş belə bir resurs mərkəzinin açılmasının peşəkar fəhlə kadrların hazırlanmasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini vurğulayıb, peşə təhsilinin inkişafı ilə bağlı beynəlxalq təşkilatlar və şirkətlərlə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.

Dekabrın 6-da təhsil naziri Misir Mərdanov “Tomson Röyters” Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki, satış üzrə meneceri Mətin Tunç ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra “Tomson Röyters” Agentliyinin fəaliyyətinə ölkəmizdə böyük maraq olduğunu vurğulayıb. Nazir bu agentliklə əməkdaşlığın yaradılmasının Azərbaycanda elmin inkişafı və onun beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyəti olacağına inamını ifadə edib. Misir Mərdanov mövcud istiqamətdə əlaqələrin yaradılması təklifini irəli sürərək bu işin müvafiq qurumlarla birgə aparılmasının məqsədəuyğunluğunu vurğulayıb. “Tomson Röyters” Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Təmsil olunduğu agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən qonaq deyib ki, “Tomson Röyters” Agentliyinin məlumat bazasından dünyanın 100-dən artıq ölkəsində istifadə edilir. Devid Horki onu da əlavə edib ki, dünyanın nüfuzlu universitetlərinin reytinqinin müəyyənləşdirilməsində də məhz bu agentliyin məlumat bazasına istinad edilir. Qonaq bu bazada impakt faktoru olan elmi jurnalların, beynəlxalq konfranslar və patentlər barədə məlumatların yer aldığını diqqətə çatdırıb. Eyni zamanda Devid Horki birgə əməkdaşlığın yaradılması istiqamətində dəstək göstərməyə hazır olduqlarını bildirib. “Tomson Röyters” Agentliyinin satış üzrə meneceri Mətin Tunç Türkiyə Respublikasında 2001-ci ildən başlayaraq bu sahədə müvafiq iş aparıldığını deyib və qeyd olunan agentliyin məlumat bazasından istifadənin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yüksək elmi potensialın olduğundan söz açan qonaq ölkəmizdə elm və texnologiyanın inkişafına verilən önəmdən danışıb. Sonra təhsil naziri Misir Mərdanov “Tomson Röyters” Agentliyinin məlumat bazasından istifadə edilməsi hüququnun əldə olunması üçün müvafiq layihə sənədinin hazırlanmasının və bir sıra qurumlarla birgə həmin layihəyə baxılmasının vacibliyini diqqətə çatdırıb. Görüşdə “Tomson Röyters” Agentliyinin məlumat bazasından gələcəkdə istifadə istiqaməti və imkanları barədə fikir mübadiləsi aparılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı