• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

"Bu gün ali təhsilin beynəlmiləlləşməsi qloballaşmanın yaratdığı çağırış və ehtiyaclara cavab verir. Milli və ya beynəlxalq səviyyələrdə universitetlərin yeri, eləcə də onların beynəlmiləlləşməsi dərəcəsi təhsilin keyfiyyətində ən vacib amillərdəndir. Beynəlmiləlləşmə təhsilin keyfiyyətini artırır və ali təhsil müəssisələri üçün daha geniş imkanlar yaradır". Bu sözləri YUNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən təhsil nazirlərinin iclasında nazir Ceyhun Bayramov söyləyib. “Qürur hissi ilə bildirirəm ki, Azərbaycan dövlət başçısının təsdiqlədiyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında təhsil sahəsində islahatların hazırlanması, həyata keçirilməsi üçün mühüm addımlar atılır. Bu təməl sənəd təhsil sistemimizə, onun çatışmazlıqları və zəif cəhətlərinə tənqidi baxışın nəticəsidir”, - deyə nazir diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə ali təhsil sisteminin beynəlmiləlləşməsinin gücləndirilməsi istiqamətində səylər artırılıb. Bu sahədə əsas uğurlardan biri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsidir. Nazir Azərbaycan təhsil sisteminin qlobal mühitə inteqrasiyasından da söz açıb, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, bu proqram çərçivəsində xaricdə təhsil almış azərbaycanlı tələbələrdən danışıb. O, ölkəmizdə bir sıra ali təhsil müəssisələrinin tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından bəhrələndiyini qeyd edib və ölkəmizdə 10 universitetdə ikili diplom proqramının tətbiq edildiyini diqqətə çatdırıb. Ceyhun Bayramov Strasburq Universitetinin rəhbərlik etdiyi konsorsium ilə əməkdaşlıq nəticəsində yaradılmış Azərbaycan-Fransız Universitetinin (UFAZ) bu istiqamətdə uğurlu nümunə olduğunu vurğulayıb və ikili diplom proqramlarının universitetlərarası əlaqələrin təkmilləşməsinə töhfə verdiyini qeyd edib. Nazir həmçinin Azərbaycan universitetlərinin Erasmus layihələrindəki iştirakına toxunub. Bu layihə çərçivəsində 2015-2019-cu illərdə 1600-dən çox azərbaycanlı tələbənin müxtəlif Avropa universitetlərində mübadilə keçdiyini qeyd edib. Diqqətə çatdırıb ki, ölkəmizdə təhsil sahəsində görülən bütün tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünya İqtisadi Forumunun yaydığı “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən “Bacarıqlar” (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə qərarlaşıb.   AZƏRTAC

Təhsil sahəsində YUNESKO-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Parisdə YUNESKO-nun Baş Konfransının 40-cı sessiyasına qatılan Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov qurumun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb. Görüşdə Təhsil naziri ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verib. Nazir Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Stefania Ciannini ölkəmiz və təmsil etdiyi qurum arasında təhsil sahəsində əməkdaşlıqdan söz açaraq onu yüksək qiymətləndirib. O, əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.   AZƏRTAC

“Təhsildə müasir texnologiyalar”

11-12 noyabr tarixlərində Təhsil Nazirliyinin dəstəyi və Rusiya Eksport Mərkəzinin təşkilatçılığı ilə “Təhsildə müasir texnologiyalar” mövzusunda Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası təşkil olunub. Səfər çərçivəsində noyabrın 11-də təhsil işçiləri üçün “Rusiyanın təhsil mühiti üçün yeni texnologiyaları” mövzusunda konfrans keçirilib. Konfransda Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Rusiya Eksport Mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev, Rusiya şirkətlərinin nümayəndələri və təhsil işçiləri iştirak ediblər.  Konfransda çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. O, təhsildə müasir texnologiyalar sahəsində işgüzar missiyanın təşkilini yüksək qiymətləndirib və ölkələr arasında bu sahədə əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında ölkəmizdə təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə aparılan işlər barədə məlumat verib və bu texnologiyalardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb. Daha sonra Rusiya şirkətlərinin təhsil avadanlığı və tədris vəsaitləri ilə bağlı təqdimatları dinlənilib və qonaqlar şirkətlərin stendləri ilə tanış olublar. İşgüzar missiya çərçivəsində noyabrın 12-də Rusiya nümayəndə heyətinin ümumi təhsil, peşə təhsili və ali təhsil müəssisələrinə səfərləri baş tutub. Səfərlər çərçivəsində Rusiyanın təhsil sahəsində avadanlıq, proqram təminatı, məktəb mebeli, təhsilalanların yaradıcılıq istedadını püxtələşdirmək üçün alətlər təqdim olunub və əməkdaşlıq əlaqələri müzakirə olunub.

Nazir müavini Məhəbbət Vəliyeva Zərdab rayonunda

Noyabrın 13-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bölgələrə səfəri çərçivəsində Zərdab rayonunda olub. Nazir müavini səfər çərçivəsində Zərdab rayonu Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseydə olub. Ümumi təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Məhəbbət Vəliyeva müəllim və şagirdlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Daha sonra 2019-2020-ci tədris ilindən rayonun ümumtəhsil məktəblərində işə başlayan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə Məhəbbət Vəliyeva məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, həmçinin  müəllim peşəsinə marağın artmasından və müəllim əməyinə verilən dəyərdən danışıb. Məhəbbət Vəliyeva çıxışının sonunda müəllimlərə öz tapşırıq və tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran nazir müavini bir sıra göstəriş və tövsiyələr verib. Sonda görüş iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

Beynəlxalq festivalda növbəti uğur 

Belarus Respublikasının Minsk şəhərində uşaq və gənclərin “Sərhədsiz yaradıcılıq” adlı V Beynəlxalq festival-müsabiqəsi keçirilib. Beynəlxalq festivala qatılan 10 ölkənin uşaq və gəncləri rəqs və vokal nominasiyaları üzrə çıxışlar nümayiş etdiriblər. Festivalda iştirak edən Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri  ölkəmizi layiqincə təmsil ediblər. Mərkəzin 5 istedadlı dərnək üzvünün ifasında səslənən mahnı və rəqs nömrələri  münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.  Nəticələrə əsasən, milli rəqs nominasiyası üzrə  “Mənim Azərbaycanım” rəqsi I, vokal nominasiyası üzrə dərnək üzvü Əli Zeynallının ifasında “Azərbaycan” mahnısı  isə II yerə layiq görülüb. Sonda müsabiqə qalibləri diplomlarla təltif olunublar.  Qeyd edək ki, festival incəsənətin müxtəlif növləri üzrə istedadlı uşaq və gənclərin aşkara çıxarılması və hərtərəfli dəstəklənməsi, yaradıcılıq və beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi, vokal, xoreoqrafiya sahələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə təşkil olunub. 

Təhsil nazirinin Fransaya səfəri davam edir

Təhsil naziri Ceyhun Bayramovun YUNESKO-nun 40-cı Baş konfransında iştirak məqsədilə Parisə səfəri davam edir. Noyabrın 13-də Ceyhun Bayramov YUNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin birgə təşkil etdiyi “Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirak edib. Tədbirdə çıxış edən nazir Azərbaycanda müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət münasibətlərindən danışıb,  bu ənənələrin davam və inkişaf etdirilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Təhsil naziri multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə məktəblərdə tolerantlıq və qarşılıqlı hörmət anlayışlarının müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırıldığını, eləcə də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində “Multikulturalizmə giriş”, magistratura səviyyəsində isə “Azərbaycanda multikulturalizm” fənlərinin tədris olunduğunu qeyd edib. Nazir həmçinin Azərbaycanın ekstremizmdən əziyyət çəkməsi, ölkənin suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Xocalıda dinc əhalinin soyqırıma məruz qalması faktlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə Fransa Respublikası, İsveç Krallığı, Bolqarıstan Respublikası, Tunis Respublikası, Serbiya Respublikası, Uqanda Respublikası, Mali Respublikası, eləcə də Ermənistan Respublikasının təhsil nazirləri, YUNESKO-nun keçmiş Baş direktoru İrina Bokova və Fransanın sabiq Baş naziri Jan-Pier Raffarin iştirak edib.

“Sənədsiz məktəbli qalmasın” aksiyası

Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir. Tədris ilinin ilk aksiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub. Aksiya çərçivəsində Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilir. Aksiya zamanı dövlət xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasında səyyar “ASAN xidmət”in böyük rolu olduğu bildirilib. Həmçinin məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsinin şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri almasının məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırdığı vurğulanıb. Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini (ÜTİS) təkmilləşdirməklə yanaşı, qarşıya çıxan digər müvafiq sualların da aradan qaldırılmasına xidmət edir. Qeyd edək ki, həyata keçirilən tədbirlər sayəsində I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Belə ki, 2015-2016-cı tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5 faiz, 2016-2017-ci tədris ilində 48 faiz, 2017-2018-ci tədris ilində 67 faiz, 2018-2019-cu tədris ilində 89 faiz təşkil edirdisə, 2019-2020-ci dərs ilində isə bu göstərici 90 faizə yüksəlib. Ümumilikdə 2017-ci ildən etibarən "Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində məktəblilər bu xidmətdən yararlanır.

Nazir müavini Ucar rayonunda

Noyabrın 13-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Ucar rayonuna səfər edib. Məhəbbət Vəliyeva səfər çərçivəsində Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbə baş çəkib, adıçəkilən təhsil müəssisəsinin pedaqoji kollektivi ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub. Daha sonra cari tədris ilində Ucar rayonunda  pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə nazir müavini son illər müəllim əməyinin stimullaşdırılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlərdən danışıb. Məhəbbət Vəliyeva müəllimlərə öz tapşırıq və tövsiyələrini verib, həmçinin onların suallarını cavablandırıb. Ucar Rayon Təhsil Şöbəsində bu qurumun və 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əməkdaşları ilə də görüş keçirilib. Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva bir sıra göstəriş və tövsiyələr verib. Sonra görüş iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu 15, 16 və 17 noyabr 2019-cu il tarixlərində müvəqqəti olaraq dayandırılır. Buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır. Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir. Qeyd edək ki, dövlət orqanları (qurumları) tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahədə yeni standartların tətbiq edilməsi, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə şəffaflığın artırılması kimi məsələlər dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi davam edir

Məktəblər arasında basketbol, voleybol, atletika, şahmat və stolüstü tennis idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsi davam edir. Ölkə üzrə 2515 ümumi təhsil müəssisəsinin qatıldığı rayondaxili mərhələdə 50 mindən çox məktəbli iştirak edir. Yarışlara basketbol idman növü üzrə 1436, voleybol üzrə 1415, atletika üzrə 2338, şahmat üzrə 996 və stolüstü tennis üzrə isə 778 məktəb qoşulub. Çempionatın rayondaxili mərhələsi noyabrın 21-də yekunlaşacaq. Nəticələrə uyğun olaraq hər idman növü üzrə I yeri tutan məktəb komandası zona mərhələsinə vəsiqə qazanmış olacaq. Qeyd edək ki, respublika çempionatı Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur. Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, məktəblərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Şahmat, voleybol və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır. Stolüstü tennis və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı