SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Beynəlxalq festivalda növbəti uğur
Belarus Respublikasının Minsk şəhərində uşaq və gənclərin “Sərhədsiz yaradıcılıq” adlı V Beynəlxalq festival-müsabiqəsi keçirilib. Beynəlxalq festivala qatılan 10 ölkənin uşaq və gəncləri rəqs və vokal nominasiyaları üzrə çıxışlar nümayiş etdiriblər.
Festivalda iştirak edən Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri ölkəmizi layiqincə təmsil ediblər. Mərkəzin 5 istedadlı dərnək üzvünün ifasında səslənən mahnı və rəqs nömrələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Nəticələrə əsasən, milli rəqs nominasiyası üzrə “Mənim Azərbaycanım” rəqsi I, vokal nominasiyası üzrə dərnək üzvü Əli Zeynallının ifasında “Azərbaycan” mahnısı isə II yerə layiq görülüb.
Sonda müsabiqə qalibləri diplomlarla təltif olunublar.
Qeyd edək ki, festival incəsənətin müxtəlif növləri üzrə istedadlı uşaq və gənclərin aşkara çıxarılması və hərtərəfli dəstəklənməsi, yaradıcılıq və beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi, vokal, xoreoqrafiya sahələri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə təşkil olunub.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl