• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

"Bu gün ali təhsilin beynəlmiləlləşməsi qloballaşmanın yaratdığı çağırış və ehtiyaclara cavab verir. Milli və ya beynəlxalq səviyyələrdə universitetlərin yeri, eləcə də onların beynəlmiləlləşməsi dərəcəsi təhsilin keyfiyyətində ən vacib amillərdəndir. Beynəlmiləlləşmə təhsilin keyfiyyətini artırır və ali təhsil müəssisələri üçün daha geniş imkanlar yaradır".

Bu sözləri YUNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən təhsil nazirlərinin iclasında nazir Ceyhun Bayramov söyləyib.

“Qürur hissi ilə bildirirəm ki, Azərbaycan dövlət başçısının təsdiqlədiyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında təhsil sahəsində islahatların hazırlanması, həyata keçirilməsi üçün mühüm addımlar atılır. Bu təməl sənəd təhsil sistemimizə, onun çatışmazlıqları və zəif cəhətlərinə tənqidi baxışın nəticəsidir”, - deyə nazir diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə ali təhsil sisteminin beynəlmiləlləşməsinin gücləndirilməsi istiqamətində səylər artırılıb. Bu sahədə əsas uğurlardan biri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsidir.

Nazir Azərbaycan təhsil sisteminin qlobal mühitə inteqrasiyasından da söz açıb, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, bu proqram çərçivəsində xaricdə təhsil almış azərbaycanlı tələbələrdən danışıb.

O, ölkəmizdə bir sıra ali təhsil müəssisələrinin tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından bəhrələndiyini qeyd edib və ölkəmizdə 10 universitetdə ikili diplom proqramının tətbiq edildiyini diqqətə çatdırıb.

Ceyhun Bayramov Strasburq Universitetinin rəhbərlik etdiyi konsorsium ilə əməkdaşlıq nəticəsində yaradılmış Azərbaycan-Fransız Universitetinin (UFAZ) bu istiqamətdə uğurlu nümunə olduğunu vurğulayıb və ikili diplom proqramlarının universitetlərarası əlaqələrin təkmilləşməsinə töhfə verdiyini qeyd edib.

Nazir həmçinin Azərbaycan universitetlərinin Erasmus layihələrindəki iştirakına toxunub. Bu layihə çərçivəsində 2015-2019-cu illərdə 1600-dən çox azərbaycanlı tələbənin müxtəlif Avropa universitetlərində mübadilə keçdiyini qeyd edib. Diqqətə çatdırıb ki, ölkəmizdə təhsil sahəsində görülən bütün tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünya İqtisadi Forumunun yaydığı “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən “Bacarıqlar” (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə qərarlaşıb.

 

AZƏRTAC


6 il əvvəl