SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini Məhəbbət Vəliyeva Zərdab rayonunda
Noyabrın 13-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bölgələrə səfəri çərçivəsində Zərdab rayonunda olub.
Nazir müavini səfər çərçivəsində Zərdab rayonu Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseydə olub. Ümumi təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Məhəbbət Vəliyeva müəllim və şagirdlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.
Daha sonra 2019-2020-ci tədris ilindən rayonun ümumtəhsil məktəblərində işə başlayan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə Məhəbbət Vəliyeva məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, həmçinin müəllim peşəsinə marağın artmasından və müəllim əməyinə verilən dəyərdən danışıb.
Məhəbbət Vəliyeva çıxışının sonunda müəllimlərə öz tapşırıq və tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran nazir müavini bir sıra göstəriş və tövsiyələr verib.
Sonda görüş iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl