• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil nazirinin Fransaya səfəri davam edir

Təhsil naziri Ceyhun Bayramovun YUNESKO-nun 40-cı Baş konfransında iştirak məqsədilə Parisə səfəri davam edir.

Noyabrın 13-də Ceyhun Bayramov YUNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin birgə təşkil etdiyi “Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən nazir Azərbaycanda müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət münasibətlərindən danışıb,  bu ənənələrin davam və inkişaf etdirilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Təhsil naziri multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə məktəblərdə tolerantlıq və qarşılıqlı hörmət anlayışlarının müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırıldığını, eləcə də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində “Multikulturalizmə giriş”, magistratura səviyyəsində isə “Azərbaycanda multikulturalizm” fənlərinin tədris olunduğunu qeyd edib.

Nazir həmçinin Azərbaycanın ekstremizmdən əziyyət çəkməsi, ölkənin suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Xocalıda dinc əhalinin soyqırıma məruz qalması faktlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Fransa Respublikası, İsveç Krallığı, Bolqarıstan Respublikası, Tunis Respublikası, Serbiya Respublikası, Uqanda Respublikası, Mali Respublikası, eləcə də Ermənistan Respublikasının təhsil nazirləri, YUNESKO-nun keçmiş Baş direktoru İrina Bokova və Fransanın sabiq Baş naziri Jan-Pier Raffarin iştirak edib.


6 il əvvəl