• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Ucar rayonunda

Noyabrın 13-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Ucar rayonuna səfər edib.

Məhəbbət Vəliyeva səfər çərçivəsində Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbə baş çəkib, adıçəkilən təhsil müəssisəsinin pedaqoji kollektivi ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub.

Daha sonra cari tədris ilində Ucar rayonunda  pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə nazir müavini son illər müəllim əməyinin stimullaşdırılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlərdən danışıb. Məhəbbət Vəliyeva müəllimlərə öz tapşırıq və tövsiyələrini verib, həmçinin onların suallarını cavablandırıb.

Ucar Rayon Təhsil Şöbəsində bu qurumun və 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əməkdaşları ilə də görüş keçirilib. Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva bir sıra göstəriş və tövsiyələr verib.

Sonra görüş iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.


6 il əvvəl