• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Ürgə kənd tam orta məktəbinin müəllimi Yaşar Kazımova həsr olunub. Yaşar Kazımov sözügedən məktəbdə biologiya fənnini tədris edir. O, 2016-cı ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 59 bal toplayıb. Yaşar Kazımov deyir ki, müəllim daim mütaliə etməyə həvəsli olmalıdır.  Yaşar müəllim xüsusi fəaliyyətinə görə cari tədris ilində Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Peşə Təhsili üzrə Dövlət Agentliyi, peşə təhsili müəssisələri və işəgötürən şirkətlərin nümayəndələrindən ibarət heyət Bosniya-Herseqovina və Serbiya respublikalarında təlim səfərinə qatılıb. Nümayəndə heyəti  Bosniya və Hersoqovina Respublikasının Dövlət Qulluğu Nazirliyini, müxtəlif kantonlarda yerləşən peşə təhsili müəssisələrini və işəgötürən şirkətləri ziyarət edib.  Səfərin iştirakçıları dual peşə təhsilinin tətbiqi üçün hüquqi bazanın formalaşdırılması, özəl sektor nümayəndələri, maraqlı tərəflərlə əməkdaşlıq strukturlarının gücləndirilməsi, iş yerlərində təlimlərin keçirilməsi, maliyyə müstəqilliyinin artırılması və idarə edilməsi prosesləri ilə tanış olublar. Qeyd edək ki, təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən  “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir. Məqsəd Şərqi Avropa ölkələrində dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı  qabaqcıl təcrübələrlə tanışlıq, dual peşə təhsili və təlimi  modelinin Azərbaycanın peşə təhsili sahəsində həyata keçirilməsi  metodlarının öyrənilməsidir.

Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2020-ci il tarixlərində olacaq.  Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları

Bakı şəhərindəki ümumtəhsil, lisey, gimnaziya və internat məktəblərinin şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur. Ekskursiyalar Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşmaya əsasən təşkil olunub. Məqsəd məktəblilərin Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə etmələrinə nail olmaqdır. Tədris ili boyu təşkil edilən ekskursiyalarda şagirdlərə Şirvanşahlar sarayı, Qız qalası, Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, Qoşa Qala Qapıları və qala divarlarının tarixi, ilkin memarlıq üslubu haqqında məlumat verilir, məktəbliləri maraqlandıran suallar cavablandırılır. Qeyd edək ki, təsdiq olunmuş qrafikə uyğun keçirilən ekskursiyalar tədris ilinin sonuna qədər davam edəcək.      

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyinin SABAH qrupları və “Sağlam təhsil-sağlam millət” layihələrinin birgə əməkdaşlığı ilə Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin direktoru Şamil Süleymanlı, universitetin əməkdaşları və digər şəxslər iştirak ediblər. Mərasimdə qeyd olunub ki,  ADPU-nun SABAH qruplarının ibtidai sinif müəllimliyi ixtisası üçün nəzərdə tutulan auditoriya “Sağlam təhsil – sağlam millət” layihəsinin konsepsiyasına uyğun olaraq təchiz olunub və  tələbələrin yeni təhsil texnologiyalarından birbaşa istifadəsinə imkan verir. Sağlam təhsil şəraitli tədris tələbələrin təhsil keyfiyyətini yüksəldir, onlara yeni bilik və bacarıqlar aşılayaraq dərslərin sağlam təhsil modeli üzrə aparılmasına imkan yaradır. Sağlam təhsil auditoriyası SABAH tələbələri üçün müasir təhsil laboratoriyası qismində çıxış edir. Qeyd edilib ki, hər iki layihənin 5 illik birgə fəaliyyəti çərçivəsində SABAH tələbələri üçüncü tədris ilinin qış tətili dövründə plandan kənar olaraq ümumtəhsil məktəblərində “Sağlam təhsil sinifləri”ndə təlimlərdə iştirak edir,  2 həftəlik təcrübəyə cəlb olunur, bu siniflərin quruluş və iş prinsipləri ilə yaxından tanış olurlar. Bu müddət ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 97 SABAH tələbəsi “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübəyə cəlb olunub. Layihələrin birgə əməkdaşlığı əmək bazarının tələblərinə uyğun savadlı, bacarıqlı, hazırlıqlı mütəxəssisləri formalaşdırıb fiziki-psixi və mənəvi cəhətdən sağlam, yüksək təlim və yaradıcılıq qabiliyyətinə malik proqressiv vətəndaşın yetişməsinə imkan yaradır.

İncəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı artırılıb

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirilməsi aparılan heyətin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarına uyğun olaraq artırılıb. Qeyd edək ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib. Ümumilikdə 150 minədək müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib, onların dərs yükü 1.5, əməkhaqqı 2 dəfə artırılıb.

Məktəblilərin Bakı şəhər birinciliyinin məktəbdaxili mərhələsi davam edir

“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin məktəbdaxili mərhələsi davam edir. Məktəbdaxili yarışlara badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb qoşulub. Bakı şəhəri üzrə 291 ümumi təhsil müəssisəsindən 13 mindən artıq şagirdin qatıldığı məktəbdaxili mərhələyə noyabr ayının 16-da yekun vurulacaq. Birinciliyin rayondaxili mərhələsi noyabrın 21-də start götürəcək. Nəticələrə uyğun olaraq hər idman növü üzrə I yeri tutan məktəb komandası final mərhələsinə vəsiqə qazanmış olacaq. Qeyd edək ki, birincilikdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin məktəbliləri badminton (IX-X siniflər), veloidman (qızlar, VII-VIII siniflər) və həndbol (VIII-X siniflər) idman növləri üzrə iştirak edəcəklər. Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktəbləri arasında əməkdaşlığı gücləndirmək, olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir. Qeyd edək ki, idman növləri üzrə yarışların ikinci mərhələsinin qalibləri təşkilatçılar tərəfindən diplom və sertifikatla, final mərhələsinin qalib komanda və məşqçiləri kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin yarışlara mütəmadi azarkeşlik edən məktəbə “Ən yaradıcı və coşğulu azarkeş” nominasiyası üzrə xüsusi mükafat təqdim ediləcəkdir.

Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində

“Təhsildə müasir texnologiyalar” mövzusunda konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirib. Nümayəndə heyətinin tərkibində Rusiyanın elm və təhsil müəssisələrinin, dövlət və özəl şirkətlərinin nümayəndələri olub. Görüş zamanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov qonaqlara Peşə Təhsili Mərkəzi haqqında ətraflı məlumat verib, mərkəzin strateji inkişaf hədəflərindən danışıb. Rəşad Xanlarov qeyd edib ki, mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq 8 istiqamətdə müəyyən edilib. Mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Görüşdə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı İxtiyar Abdullayev də öz növbəsində ölkə iqtisadiyyatının inkişafı naminə mərkəz tərəfindən həyata keçirilən layihələrin və beynəlxalq şirkətlərlə əməkdaşlığın Azərbaycanda peşə təhsilinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Daha sonra nümayəndə heyətinin üzvləri peşə təhsili müəssisəsinin infrastrukturu ilə yaxından tanış olub, mərkəzin Koreya Respublikasında təlim keçmiş  ixtisaslı mütəxəssisləri ilə gələcək perspektivlərə dair fikir mübadiləsi aparıb, ən müasir maddi - texniki baza ilə təchiz olunmuş emalatxanalarda və tədris-mühazirə otaqlarında gedən dərs prosesində iştirak ediblər.  

146-2 “Qaynar xətt” xidmətinə oktyabr ayında 28 müraciət daxil olub

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 28 müraciət daxil olub. Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Saatlı, İsmayıllı, Astara, Ağdaş, Samux, Ağsu, Biləsuvar və Yevlax rayonlarından daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri 19, 31, 85 və 261 nömrəli tam orta məktəblərində, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində və 33 nömrəli tam orta məktəbdə, Astara rayonu Şahağacı kənd 2 nömrəli məktəbdə, Samux rayonu Alabaşlı kənd tam orta məktəbində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş məsul şəxslərdən birinə yazılı xəbərdarlıq, yeddi nəfərə isə töhmət verilib.

Ceyhun Bayramov Türkiyə, Rusiya və Malayziyanın Təhsil nazirləri ilə görüşüb

YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransa Respublikasında rəsmi səfərdə olan Təhsil naziri Ceyhun Bayramov  Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Səlçuk, Rusiya Federasiyası Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb. Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı