• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil sahəsində YUNESKO-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Parisdə YUNESKO-nun Baş Konfransının 40-cı sessiyasına qatılan Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov qurumun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb.

Görüşdə Təhsil naziri ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verib. Nazir Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir.

Stefania Ciannini ölkəmiz və təmsil etdiyi qurum arasında təhsil sahəsində əməkdaşlıqdan söz açaraq onu yüksək qiymətləndirib. O, əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.

 

AZƏRTAC


6 il əvvəl