• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Akkreditasiya proseslərinə keyfiyyət təminatı üzrə ekspertlər dəvət edilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ali təhsil müəssisələrində strateji planlama və innovasiya, elmi fəaliyyətin təşkili, maliyyə və insan resurslarının idarə olunması, tədrisin təşkili və idarə olunması kimi sahələrin ən azı biri üzrə təcrübəsi olan mütəxəssisləri Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak etməyə dəvət edir.   Belə ki, TKTA mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiyasını təşkil edir.Təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılan və ödənişli əsaslarla fəaliyyət göstərən Akkreditasiya Komissiyaları tərəfindən həyata keçirilir.    Müraciət üçün, Agentliyin internet saytının (www.tkta.edu.azEkspert bankı” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.

Tələbələr üçün “Virtual məktəb”də ilk dəfə olaraq onlayn təcrübə imkanı

Martın 16-dan etibarən Bakı Musiqi Akademiyasında təhsil alan III-IV kurs tələbələri “Virtual məktəb”də təcrübə keçməyə başlayıblar.   16 mart-20 aprel tarixlərini əhatə edəcək təcrübə proqramı çərçivəsində tələbələr Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında V və VI sinif dərslərinə qoşulacaqlar. Tədris prosesində təhlükəsizliyin təmin edilməsi  baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bunu nəzərə alaraq, təcrübə proqramında iştirak edən tələbələr siyahıya alınıb və yalnız təcrübə proqramı müddətində aktiv olacaq hesablarla dərslərə qoşula biləcəklər.   İlk dəfə olaraq onlayn formada təşkil olunan təcrübə proqramında tələbələr təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə yanaşı, müasir təlim texnologiyaları ilə iş bacarıqlarını da sınaqdan keçirmiş olacaqlar. Nəticədə gələcəyin müəllimləri müasir təhsil prosesində müəllimin qarşısında duran yeni vəzifələr barədə yaxından tanış olmaq imkanı əldə edəcəklər.   Qeyd edək ki, hazırda digər ali təhsil müəssisələrində pedaqoji təhsil alan tələbələrin də “Virtual məktəb”də təcrübə keçmələrinə şərait yaratmaq üçün işlər görülür. Təcrübə proqramı ilə maraqlanan ali təhsil müəssisələri teams@tsii.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.

VI Qafqaz Riyaziyyat Olimpiadasından 7 medal

12-17 mart 2021-ci il tarixlərində Adıgey Respublikasının Maykop şəhərində VI Qafqaz Riyaziyyat Olimpiadası təşkil edilib. Qaydalara əsasən, olimpiadada ölkəmizi aşağı və yuxarı yaş qrupları olmaqla 2 müxtəlif liqalar üzrə 8 nəfərdən ibarət komanda təmsil edib.   Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 qızıl, 3 gümüş və 1 bürünc medal olmaqla, ümumilikdə 7 medal və 1 “Həvəsləndirici sertifikat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov, həmin liseyin X sinif şagirdi Toğrul Abbasov qızıl, sözügedən liseyin X sinif şagirdi Muhammed Nuriyev, Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin X sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Amin Cəfərzadə bürünc medala və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Fidan Cəfərli isə “Həvəsləndirici sertifikat”a layiq görülüb.   Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!

3D rəqəmsal oyun sənəti ixtisası üzrə təlimlərə başlanılıb

15 iyun-15 avqust 2021-ci il tarixlərində keçiriləcək “WorldSkills Asia Onlayn Bacarıq Yarışları”na hazırlıq çərçivəsində Finlandiyanın “Omnia Education Partnership” şirkəti tərəfindən 3D Rəqəmsal Oyun Sənəti bacarıq istiqaməti üzrə beynəlxalq təlimlərə start verilib.       16 mart tarixindən etibarən üç gün müddətində davam edəcək təlimlərdə “STEAM Azerbaijan” layihəsini təmsil edən beş mütəxəssisin iştirakı nəzərdə tutulub.   Təlimlər “WorldSkills” standartları əsasında yarışların keçirilmə prosesi, o cümlədən texniki təsvir, infrastruktur və test tapşırığı sənədlərinin hazırlanması, virtual qiymətləndirmənin aparılması kimi mövzuları əhatə edir. Beynəlxalq yarışlarda “WorldSkills Azerbaijan” platformasının üç bacarıq istiqaməti üzrə iştirakı planlaşdırılıb.     Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. “WorldSkills” hərəkatına qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. 

Təhsil naziri Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Martın 17-də təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb. Görüş zamanı Azərbaycan və Almaniya arasında ümumi təhsil, ali təhsil, eləcə də peşə təhsili sahələrində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

V qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu aprelin 1-dək davam edəcək. Proses www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.   Fərdi və ümümi təhsil kateqoriyaları üzrə təşkil edilən müsabiqənin əsas iştirak şərtləri aşağıdakılardır: - “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər; - “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər; -  Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər; -  Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış, yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.   Müsabiqə “İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması”, “Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması”, “Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması”, “Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği” və “Məktəb idarəetməsinin təkmilləşdirilməsi” mövzularını əhatə edir.

“Yeni çağırışlar”da Türkiyənin təhsil təcrübəsindən danışılacaq

17 mart saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Budəfəki buraxılışın qonağı Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti Səlcuq Pəhlivanoğludur. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.    Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da Türkiyənin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, gələcəyin məktəb modelləri, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında danışılacaq.   Türkiyə Təhsil Dərnəyi (TED) Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, tedmem düşüncə qurumu, simfonik orkestrı və digər quruluşları ilə fəaliyyət göstərir. TED-in prezidenti Səlcuq Pəhlivanoğlu həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə Heyətinin və Qəyyumlar Şurasının sədridir. O, 35 illik idarəçilik təcrübəsinə malikdir.   Qeyd edək ki, "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla "T-network"un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

Onlayn respublika kubokunun qalibləri müəyyənləşib

VI-IX sinif şagirdləri arasında “Nə?Harada?Nə zaman?” intellektual oyunu üzrə keçirilən onlayn respublika kuboku başa çatıb.   Yarışın ilk mərhələsinə 450-dən çox komanda qatılıb. Final mərhələsində isə 133 komanda iştirak edib. Nəticələrə əsasən, Şirvan şəhəri 1 nömrəli məktəb-liseyin “Moonlight” komandası yarışın qalibi elan edilib. Bakı şəhəri 234 nömrəli tam orta məktəbin “İstiqlal” komandası II, İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbin “Cavanşir yurdu” komandası isə III yerə layiq görülüb.   Qaliblər kubok, diplom, medal, kitab kuponları ilə mükafatlandırılıb.    Qeyd edək ki, respublika kuboku Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində keçirilib.

“Azərbaycan vətənimdir!” adlı onlayn beynəlxalq rəqs müsabiqəsi keçirilir

15 mart-28 may 2021-ci il tarixlərini əhatə edən “Azərbaycan vətənimdir!” adlı onlayn beynəlxalq rəqs müsabiqəsinə start verilib.   Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.   Respublika üzrə uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri və xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı uşaqların rəqs kollektivləri arasında keçirilən müsabiqənin məqsədi uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək və təbliğ etmək, uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, istedadlı gəncləri üzə çıxartmaqdan ibarətdir.   Onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupunda (6-10,11-14,15-18) “Azərbaycan xalq rəqsləri” nominasiyası üzrə 2 mərhələdə keçirilir:   I mərhələ: 15 mart - 30 aprel 2021-ci il - Bu mərhələdə seçilmiş rəqs videoları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına (2-ugim@mail.ru) göndərilməlidir.   II mərhələ: 1 - 28 may 2021-ci il - Bu mərhələdə qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qalib və fəal iştirakçılar diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.   Müsabiqə üzrə tələblər aşağıdakılardır:   - İştirakçılar müsabiqəyə müxtəlif yaş qrupları üzrə tək (solo) və ya kollektiv (qrup) formada qatıla bilərlər;   - İştirakçı müsabiqəyə yalnız bir rəqs videosu təqdim edə bilər;   - Videonun müddəti 3-5 dəqiqədən çox olmamalıdır;   - İştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;   - Təqdim olunan videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;   - Videonun əvvəlində iştirakçının adı, soyadı, yaşı, məşğul olduğu mərkəzin və ölkənin adı qeyd edilməlidir.   Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda +99455-232-31-73 və +99455-540-08-54 telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür.

Birinci sinfə şagird qəbulu apreldə başlayacaq

2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.   Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.   Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.   Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı