• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Azərbaycan vətənimdir!” adlı onlayn beynəlxalq rəqs müsabiqəsi keçirilir

15 mart-28 may 2021-ci il tarixlərini əhatə edən “Azərbaycan vətənimdir!” adlı onlayn beynəlxalq rəqs müsabiqəsinə start verilib.

 

Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

Respublika üzrə uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri və xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı uşaqların rəqs kollektivləri arasında keçirilən müsabiqənin məqsədi uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək və təbliğ etmək, uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, istedadlı gəncləri üzə çıxartmaqdan ibarətdir.

 

Onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupunda (6-10,11-14,15-18) “Azərbaycan xalq rəqsləri” nominasiyası üzrə 2 mərhələdə keçirilir:

 

I mərhələ: 15 mart - 30 aprel 2021-ci il - Bu mərhələdə seçilmiş rəqs videoları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına (2-ugim@mail.ru) göndərilməlidir.

 

II mərhələ: 1 - 28 may 2021-ci il - Bu mərhələdə qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qalib və fəal iştirakçılar diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

 

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

 

- İştirakçılar müsabiqəyə müxtəlif yaş qrupları üzrə tək (solo) və ya kollektiv (qrup) formada qatıla bilərlər;

 

- İştirakçı müsabiqəyə yalnız bir rəqs videosu təqdim edə bilər;

 

- Videonun müddəti 3-5 dəqiqədən çox olmamalıdır;

 

- İştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

 

- Təqdim olunan videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;

 

- Videonun əvvəlində iştirakçının adı, soyadı, yaşı, məşğul olduğu mərkəzin və ölkənin adı qeyd edilməlidir.

 

Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda +99455-232-31-73 və +99455-540-08-54 telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür.


3 il əvvəl