• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Akkreditasiya proseslərinə keyfiyyət təminatı üzrə ekspertlər dəvət edilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ali təhsil müəssisələrində strateji planlama və innovasiya, elmi fəaliyyətin təşkili, maliyyə və insan resurslarının idarə olunması, tədrisin təşkili və idarə olunması kimi sahələrin ən azı biri üzrə təcrübəsi olan mütəxəssisləri Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak etməyə dəvət edir.

 

Belə ki, TKTA mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiyasını təşkil edir.Təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılan və ödənişli əsaslarla fəaliyyət göstərən Akkreditasiya Komissiyaları tərəfindən həyata keçirilir.

 

 Müraciət üçün, Agentliyin internet saytının (www.tkta.edu.azEkspert bankı” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.


3 il əvvəl