• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

VI Qafqaz Riyaziyyat Olimpiadasından 7 medal

12-17 mart 2021-ci il tarixlərində Adıgey Respublikasının Maykop şəhərində VI Qafqaz Riyaziyyat Olimpiadası təşkil edilib. Qaydalara əsasən, olimpiadada ölkəmizi aşağı və yuxarı yaş qrupları olmaqla 2 müxtəlif liqalar üzrə 8 nəfərdən ibarət komanda təmsil edib.

 

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 qızıl, 3 gümüş və 1 bürünc medal olmaqla, ümumilikdə 7 medal və 1 “Həvəsləndirici sertifikat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov, həmin liseyin X sinif şagirdi Toğrul Abbasov qızıl, sözügedən liseyin X sinif şagirdi Muhammed Nuriyev, Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin X sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Amin Cəfərzadə bürünc medala və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Fidan Cəfərli isə “Həvəsləndirici sertifikat”a layiq görülüb.

 

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!


3 il əvvəl