• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Onlayn respublika kubokunun qalibləri müəyyənləşib

VI-IX sinif şagirdləri arasında “Nə?Harada?Nə zaman?” intellektual oyunu üzrə keçirilən onlayn respublika kuboku başa çatıb.

 

Yarışın ilk mərhələsinə 450-dən çox komanda qatılıb. Final mərhələsində isə 133 komanda iştirak edib. Nəticələrə əsasən, Şirvan şəhəri 1 nömrəli məktəb-liseyin “Moonlight” komandası yarışın qalibi elan edilib. Bakı şəhəri 234 nömrəli tam orta məktəbin “İstiqlal” komandası II, İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbin “Cavanşir yurdu” komandası isə III yerə layiq görülüb.

 

Qaliblər kubok, diplom, medal, kitab kuponları ilə mükafatlandırılıb.

 

 Qeyd edək ki, respublika kuboku Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində keçirilib.


3 il əvvəl