• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika fənn olimpiadalarının finalçıları müəyyənləşib

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bəlli olub. Nəticələrə əsasən, 589 şagird fənn olimpiadalarının final mərhələsində iştirak hüququ qazanıb. Nəticələrlə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz.   Finalda iştirak edəcək şagirdlərin 272 nəfəri Bakının, 317 nəfəri isə bölgələrin payına düşür. Şagirdlərin 200 nəfəri qız, 389 nəfəri isə oğlandır.   Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank"ın sponsorluğu ilə təşkil edilir.

Peşə təhsili üzrə teledərslərin 16 mart cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 16 mart tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Direktorluğa işə qəbul üzrə imtahanlar keçirilir

Cari ilin 19 mart tarixində Bakı şəhəri daxil olmaqla, 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq təşkil ediləcək.   6 mart tarixində keçirilmiş sonuncu seansda imtahana qeydiyyatdan keçərək iştirak edə bilməyən, həmçinin 7 mart tarixi üzrə seanslara çağırılmış şəxslər imtahanlarda iştirak edə bilərlər. İmtahan qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.   Namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur.   Namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. İmtahan başlamamışdan yarım saat əvvəl imtahana qeydiyyat başa çatacaq. Namizədlər imtahan keçiriləcək binaya daxil olarkən tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər. Namizədlərdən şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaları xahiş olunur.   Qeyd edək ki, dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.   Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Türkiyə Təhsil Dərnəyinin prezidenti “Yeni çağırışlar”da

Martın 17-si saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Budəfəki buraxılışın qonağı Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti Səlcuq Pəhlivanoğludur. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.   Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da Türkiyənin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, gələcəyin məktəb modelləri, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında danışılacaq.   Türkiyə Təhsil Dərnəyi (TED) Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, tedmem düşüncə qurumu, simfonik orkestrı və digər quruluşları ilə fəaliyyət göstərir.   TED-in prezidenti Səlcuq Pəhlivanoğlu həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə Heyətinin və Qəyyumlar Şurasının sədridir. O, 35 illik idarəçilik təcrübəsinə malikdir.   Qeyd edək ki, sözügedən proqramın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun qurucusu Toni Vaqner olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla "T-network"un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.  

Təhsil naziri Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Martın 12-də təhsil naziri Emin Əmrullayev Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Regionlarda ictimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim keçirilib

Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçirilib.   Təlimdə rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) 100-dən çox əməkdaşı iştirak edib. Təlimi giriş nitqi ilə açan təhsil nazirinin müşaviri Elnur Nəsibov media ilə əməkdaşlığın əhəmiyyətinə toxunaraq görülən işlər barədə ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasının vacibliyini bildirib. Nazirin müşaviri informasiyanın vaxtında və düzgün şəkildə ictimaiyyətə çatdırılmasında medianın rolunun əvəzsiz olduğunu qeyd edib.   Təlimdə iştirak edən  ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva “Böhran vəziyyətlərinin idarəolunması, böhran vəziyyətlərində kommunikasiya, qurumun imici” mövzusunda təqdimatla çıxış edib.   Daha sonra digər təlimçilər tərəfindən “Press relizlərin yazılması, xəbər yazma texnikası, xəbər başlıqlarının qoyulması”, “Sorğuların qəbulu və cavablandırılması”, “Yerli təhsili idarəetmə qurumlarının saytının və sosial şəbəkələrdəki səhifələrinin idarəolunması, xəbərlərin sayta yerləşdirilməsi və təhlükəsizlik” kimi mövzularda təqdimatlar edilib.   Təlimdə iştirak edən nazirliyin tabe qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları da mövzu istiqamətində fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.   Sonra təlim iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.   Qeyd edək ki, təlimin təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair  iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Bu istiqamətdə təlimlərin mütəmadi təşkili nəzərdə tutulur.

Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə platformada iştirak edir

“Microsoft” korporasiyasının formalaşdırdığı, YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasının görüşü keçirilib.   Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”ndən irəli gələn fəaliyyətlər sırasında nazirliyin qeyd olunan platformada iştirakı nəzərdə tutulub.   Onlayn formatda keçirilmiş görüşdə rəqəmsal texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin hamı üçün əlçatanlılığın təmin edilməsi və bu sahədə reallaşdırılan pilot layihələr barədə təqdimatlar edilib və ölkələr arasında müzakirələr aparılıb.   Görüşdə iştirak edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Azərbaycanda pandemiya dövründə tətbiq olunmuş “Virtual məktəb” platforması haqqında məlumat verib və post-pandemiya dövründə aktiv istifadəçi sayı 1 milyonu keçən onlayn mühitin yeni istifadə imkanlarını müzakirə edib.   Görüş zamanı gələcək üçün lazım olan iş və bacarıqların transformasiyası, gələcək tələbələrin formalaşdırılması və məsafədən tədrisdə müəllimlərin yeni rolu, təhsil sistemində bərabərliyin təmin edilməsi üzrə hökumətlər tərəfindən istifadə olunan data və analitik alətlər əsas müzakirə mövzuları olub. Bununla yanaşı, tədbirdə süni intellekt, kompüter elmlərinin tədrisində yeni yanaşmalar, müəllimlərin peşəkar inkişaf proqramları, təhsilin idarəolunmasında informasiya sistemləri üzrə pilot layihələrin təqdim olunduğu sessiyalar keçirilib.  

Peşə təhsili üzrə teledərslərin 12 mart cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 5 mart tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Ekspert qrupu “Face-the-Case” seminarı üzrə onlayn təlimdə

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupu “Face-the-Case” seminarı çərçivəsində  Afrika regionu üzrə ilk təlimlərdə iştirak edib. Onlayn formatda keçirilən təlim tanınma üzrə dünya ölkələrinin məlumat mərkəzi şəbəkələri arasında məlumat mübadiləsini artıqmaq və qarşılıqlı təcrübələri bölüşmək üçün platforma rolunu oynayır.    Təlimin əsas müzakirə mövzusu Afrika ölkələrində əldə edilmiş kvalifikasiyaların tanınmasında yaranan çətinliklər və tanınma prosesi zamanı diqqət yetirilməli məqamlar olub. Əlavə olaraq təqdim olunan sənədlərin legitimliyinin təsdiq edilməsi üçün metodlar müəyyənləşdirilir. Belə ki, Efiyopiya, Kotdivuar, Benin, Somali və Malavidə təhsil almış tələbələrin tanınma üçün təqdim etdikləri diplomların həqiqiliyi, onları təqdim edən ali təhsil müəssisələrinin statusu müzakirə olunub.    Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron ərizə sistemində Afrika regionundan kvalifikasiyalarının tanınması üzrə ümumilikdə 233 ərizə qeydə alınıb. Sözügedən təlimlər ekspert qrupunun bu region üzrə daxil olan müraciətlərin ekspertizası zamanı daha da səmərəli fəaliyyətini təmin edəcək.    Qeyd edək ki, ekspert qrupu bu təlimlərlə yanaşı, cari ilin may ayınadək ümumilikdə daha 4 region (Latın Amerikası, Asiya, Yaxın Şərq, Avropa) üzrə keçiriləcək təlimlərdə davamlı iştirak edəcək.

Litvada təqaüdlü təhsil imkanı

Litva Respublikasının “Təhsil Birjalarına Dəstək Vəqfi” 2021-2022-ci tədris ili üzrə bu ölkənin müxtəlif ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil almaq üçün təqaüd proqramı elan edir.    Təqaüd proqramına müraciət üçün son tarix 7 may 2021-ci il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı