• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbələr üçün “Virtual məktəb”də ilk dəfə olaraq onlayn təcrübə imkanı

Martın 16-dan etibarən Bakı Musiqi Akademiyasında təhsil alan III-IV kurs tələbələri “Virtual məktəb”də təcrübə keçməyə başlayıblar.

 

16 mart-20 aprel tarixlərini əhatə edəcək təcrübə proqramı çərçivəsində tələbələr Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında V və VI sinif dərslərinə qoşulacaqlar. Tədris prosesində təhlükəsizliyin təmin edilməsi  baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bunu nəzərə alaraq, təcrübə proqramında iştirak edən tələbələr siyahıya alınıb və yalnız təcrübə proqramı müddətində aktiv olacaq hesablarla dərslərə qoşula biləcəklər.

 

İlk dəfə olaraq onlayn formada təşkil olunan təcrübə proqramında tələbələr təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə yanaşı, müasir təlim texnologiyaları ilə iş bacarıqlarını da sınaqdan keçirmiş olacaqlar. Nəticədə gələcəyin müəllimləri müasir təhsil prosesində müəllimin qarşısında duran yeni vəzifələr barədə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, hazırda digər ali təhsil müəssisələrində pedaqoji təhsil alan tələbələrin də “Virtual məktəb”də təcrübə keçmələrinə şərait yaratmaq üçün işlər görülür. Təcrübə proqramı ilə maraqlanan ali təhsil müəssisələri teams@tsii.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.


3 il əvvəl