• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xarici ali təhsil müəssisələrinin lisenziyalı Bakı filialları

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 385 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya Federasiyasının ölkəmizdə filialları fəaliyyət göstərən ali təhsil müəssisələrinə məxsusdur: - Dağıstan Dövlət Universiteti; - Cənubi Rusiya Humanitar İnstitutu; - Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu; - Rusiya Dövlət Sosial Universiteti.    Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır: - Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində); - Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində); - V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən); - İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).    Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az"Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

“Nizami Gəncəvi əsərləri təsviri sənətdə” müsabiqəsi yekunlaşıb

 “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə yekun vurulub.   Baxış-müsabiqəsinə Bakı şəhəri üzrə 32 ümumtəhsil, respublika üzrə 50 uşaq-gənclər inkişaf mərkəzlərinin şagird və dərnək üzvləri qatılıb. Müsabiqəyə ümumilikdə 570 rəsm və 250 əl işi daxil olub.   Müsabiqənin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və təşəkkürnamələri ilə təltif olunublar.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Məqsəd uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri - tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkminləşdirmək olub.

Peşə təhsili üzrə teledərslərin 19 mart cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 19 mart tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Direktorların işə qəbulu üzrə test imtahanları keçirilir

Martın 19-da respublika üzrə 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. Bu mərhələdə 1600-dən çox namizədin iştirakı nəzərdə tutulub.   İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq. Namizədlər bütün mərkəzlərdə hər imtahan seansı başa çatdıqdan sonra 10 dəqiqə ərzində onlara təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olacaqlar.   Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.   Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 623 vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

“Əmək bazarının təhlili” mövzusunda onlayn görüş keçiriləcək

Aprelin 2-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif, prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda konfrans təşkil olunacaq.   Onlayn keçirilməsi nəzərdə tutulan konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin müəyyənləşdirilməsində yaranan problemlər, cari ildə prioritet peşə ixtisaslarının qiymətləndirilməsi və tanınması yönündə görüləcək işlər kimi aktual mövzular müzakirə olunacaq. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim olunacaq.   Konfransda iştirak etmək üçün müvafiq link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://docs.google.com/forms/d/e/1FAIpQLSfo7fuGt1tXfrjWhg35ZDBF36-EXFPemKyuzfZYvdwraOCkwg/viewform?usp=sf_link   Qeyd edək ki, onlayn konfransa dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək

“Yeni çağırışlar”da Türkiyənin təhsil təcrübəsindən danışılıb

Martın 17-si “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanıb. Bu buraxılışda qonaq olan Türkiyənin Təhsil Dərnəyinin (TED) prezidenti Səlcuq Pəhlivanoğlu ölkəsinin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında fikirlərini bölüşüb.   Səlcuq Pəhlivanoğlu təhsilin məqsədi haqqında danışarkən bildirib ki, prezidenti olduğu qurumda uşaqlara uğurlu yox, xoşbəxt olmaları üçün təhsil verilir. Qonağın fikrincə uğur imtahan nəticələri ilə ölçülür, xoşbəxtlik isə insanın özünü tanıması, özü ilə barışıq olması ilə əlaqəlidir. Buna görə TED-in təhsil prosesində incəsənət və sosial fəaliyyət də əsas yer alır. TED prezidenti təhsilalanların qiymətləndirilməsi barədə fikirlərini paylaşarkən qeyd edib ki, TED-də qiymətləndirmənin məqsədi fərqlidir. İmtahanlar biliyin qiymətləndirilməsini deyil, yetkinliyi, səriştəni ölçmək məqsədi daşıyır. Çünki biliyi ölçən imtahanlar əzbərçiliyə söykənir, səriştəni ölçmək məqsədi ilə keçirilən imtahanlar isə mühakiməni, yaradıcılığı dəyərləndirir. PISA kimi qiymətləndirmə proqramları da səriştəni, təməli bacarıqları ölçür. Bizim məqsədimiz uşaqları  imtahana hazırlamaq yox, həyata hazırlamaq olmalıdır. Qonağın sözlərinə görə, Allahdan  sonra  gələcəyi dəyişdirə biləcək yeganə məxluq müəllimdir. Müəllim tək bir qığılcımla gələcəyi işıqlandıra bilər. Səlcuq Pəhlivanoğlu 2015-ci ildə TED-in təqdim etdiyi “Milli təhsil proqramı” haqqında da danışıb. Bildirib ki, Milli proqramda məktəb müdiri yox, təhsil lideri, il boyu açıq məktəblər, müstəqil monitorinq mərkəzləri kimi təkliflər yer alıb. Çünki məktəblərin yay tətilində tamamilə bağlanması düzgün deyil. Yay tətillərində yoxsul uşaqlar üçün kurs təşkil etmək olar. Məktəb müdirlərini müəllimlərin arasından da seçmək düzgün deyil. Çünki idarəçilik bir karyera, peşədir və həmin şəxs mütləq liderlik bacarığına malik olmalıdır. Bütün qiymətləndirilmələr müstəqil qurumlar tərəfindən həyata keçirilməlidir.     TED prezidenti həmçinin deyib ki, məktəbi səhər evdən çıxıb, axşam evə geri dönəcəyimiz yerə deyil, inkişaf  məkanına çevirməliyik. Bunun üçün məktəblər dərs əzbərləmə yeri yox, bacarıqların önə çıxmasına səbəb olan təhsil ocağına çevrilməlidir. Məktəblərdə idman, musiqi, incəsənət kimi fənlər riyaziyyat qədər dəstəklənməlidir. Qonaq buna misal olaraq məzunlardan və müxtəlif peşə sahiblərindən ibarət olan TED simfonik orkestrini, basketbol, voleybol komandalarını nümunə göstərib.   Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Səlcuq Pəhlivanoğlu belə cavablandırıb: “Bugünkü təhsil XXI əsrin bacarıqlarına yönəlməlidir. Bunu nəzərə alsaq 1-ci guşə qlobal şüuru, 2-ci guşə yaradıcılığı, 3-cü tənqidi düşüncəni, 4-cü liderliyi təmsil etməlidir.  5-ci guşə isə sosial və mədəniyyətlərarası səriştəni, 6-cı guşə öhdəlik götürməyi və təşəbbüskarlığı, 7-ci media savadlılığını, 8-ci guşə isə maliyyə və rəqəmsal savadlılığı əks etdirməlidir”.    Qeyd edək ki, Səlcuq Pəhlivanoğlu həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə heyyətinin və Qəyyumlar Şurasının sədridir. Türkiyə Təhsil Dərnəyi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, “tedmem” düşüncə qurumu, eləcə də simfonik orkestri və digər qurumları ilə fəaliyyət göstərir.   Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”ın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

"Sənətkarlığın gələcəyi”nə yekun vurulub

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Plimut İncəsənət Kollecinin tərəfdaşlığı ilə "British Council"ın “Sənətkarlığın Gələcəyi” ("Crafting Futures") proqramı çərçivəsində keçirilən “Craft Talk” müzakirələrinin yekununa dair görüş keçirilib.   Proqramın həyata keçirilməsində məqsəd gənc müəllimlərin sənətkarlıq təcrübələrinin öyrənilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, sənətkarlığa dair müvafiq tədqiqat işlərinin aparılması, müxtəlif maarifləndirmə tədbirləri ilə ustaların təcrübə mübadiləsinin və peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olub.   Onlayn formatda təşkil edilən görüşdə Təhsil Nazirliyinin  Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, “British Council”in Azərbaycan üzrə direktoru Samr Şah, Plimut İncəsənət Kollecinin müəllimi Dr.Kim Beqli və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış ediblər.   Proqram çərçivəsində Plimut İncəsənət Kollecinin müəllim və sənətkarları tərəfindən “Yaradıcılığın stimullaşdırılması üçün müstəqil şəkildə inkişaf etdirilən parametrlər”, “Yaradıcılıqdan keçən düşüncə: Studiyada risk almaq və problemləri həll etmək”, "Yaradıcı insanlar üçün məkanın yaradılması: yaradıcı sinif otağının formalaşdırılması" mövzuları üzrə sənətkarlıq, rəssamlıq, incəsənət və digər istiqamətləri əhatə edən müəllimlər üçün təşkil olunan vebseminarlar sosial şəbəklərdə üç gün canlı yayımlanaraq geniş auditoriya kütləsini əhatə edib.   Qeyd edək ki, bütün dünyada sənətkarlığın və tətbiqi sənətin növlərinin inkişafını dəstəklən “British Council”ın “Sənətkarlığın Gələcəyi”  proqramı sənət və dizaynın müxtəlif sahələrində peşəkar təlim verən Plymouth Art College (Böyuk Britaniya), Asmart Creative Hub (Azərbaycan), Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə icra edilir.

"Sehirli Novruz” virtual rəsm sərgisi keçirilib

1 fevral-16 mart 2021-ci il tarixlərini əhatə edən “Sehirli Novruz” adlı virtual rəsm sərgisi keçirilib. Sərgi Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim Yolum) Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Sərginin keçirilməsində məqsəd Amerikada yaşayan uşaqlara Novruz bayramının adət-ənənələrini, milli dəyərlərimizi öyrətmək, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub. Çəkilən rəsmlərdə bayram adət-ənənələri, atributları, yazın gəlişi əks olunub. Sərgiyə hər iki ölkənin məktəbliləri tərəfindən 60-a yaxın rəsm işi təqdim edilib. Virtual sərgi sosial şəbəkələr vasitəsilə yayımlanıb.

Rumıniya Xarici İşlər Nazirliyinin təqaüd proqramı

Rumıniya Xarici İşlər Nazirliyi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Ali təhsilin bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.   Təqaüd proqramına müraciət üçün son tarix 30 aprel 2021-ci il nəzərdə tutulub.   Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Təhsil naziri Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Martın 17-də təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.   Görüşdə Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı